Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük
bir qismi Azərbaycanda maarifçiliyin müxtəlif
sahələri ilə bağlı olmuşdur. Ali və orta təhsil
məktəbləri üçün onlarla dərsliyin müəllifi
olmuş Abdulla Şaiqin uzun müddətli pedaqoji
fəaliyyəti milli təhsilimizin yeni mərhələyə
yüksəlişində mühüm rol oynamışdır
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Bu qism sadə dildə yazılmış və mənası öz
məişətimizdən götürülmüş əsərlər yenicə başlayır
meydana gəlməyə və bu yolda Sizin xidmətinizin qədrü
qiyməti yoxdur... Xırdaca uşaqlar üçün yazılan
nağıl, hekayələr nə qədər asan və sadə olsa, nə
qədər açıq dildə yazılsa və uşaqların fəhminə yaxın
olsa, bir o qədər məzmunda olan mətləblər artıq
dərəcədə hasilə gəlib, yaxşı meyvələr gətirər.
Firidun bəy Köçərli,
Görkəmli ədəbiyyatşünas alim,yazıçı
Abdulla
Şaiqin insanpərvərlik təbliğ edən məhşur
şeirlərindən biri “Həpimiz bir günəşin zərrəsiyiz”
sərlövhəli, bir qədər mahnı ruhunda, oynaq vəzn və
müvəffəqiyyətli ifadə vastələri ilə yazılmış
şeirdir. 1910-cu ildə yazılmış bu əsərdə insanlığa
səmimi bir xitab vardır. Şaiqin fikrincə, bəşər
əslən qardaş yaranmışdır. Insanlar hamısı bir
günəşin şüasından əmələ gəlmiş, bir ananın, təbiətin
qoynunda böyümüşlər.
Mir Cəlal,
ədəbiyyatşünas alim,yazıçı
Gərək Cavadın, Gərəksə Cavidin şeirlərində
qullandıqları lisan İstanbulun təkamül etməkdə
bulunan ədəbi və sadə lisanıdır. Bu iki şairlə
bərabər, şimdi mərhum olan Abbas Səhhət ismini də
zikir etməliyiz. Şocuqlara məxsus hekayələri ilə
məşhur olan Abdulla Şaiqi də unutmayalım.
Məhəmməd Əmin Rəsulzadə
ictimai xadim
Doğma vətən torpağına, zəhmətkeş insanlara,
Azərbaycanın zəngin təbiətinə sonsuz məhəbbət
aşılayan Abdulla Şaiqin uşaq şeirləri qəlbimizdəki
Şaiq guşəsinin heç vaxt unudulmaz ən cazibədar
xatirələrindən biridir. Zaman keçdikcə bu guşə
təzə-təzə lirik şeir, hekayə, poema, povest, roman
və pyeslərlə daha da zənginləşmiş, qəlb
sahiblərini də uca bəşəri ideallar, zərif insani
hisslər və yüksək duyğularla zənginləşdirmişdir.
Bəkir Nəbiyev,
AMEA-nın
həqiqi üzvü
...Şaiq
öz biliyi, insani rəftarı, tələbələrə göstərdiyi
atalıq qayğısı ilə müəllimlər içərisində xüsusi yer
tuturdu. Bu gün belə tələbəlik günlərinin sönməz bir
xatirəsi olaraq Şaiqə dərin ehtiram hissləri yaşayır
və yaşayacaqdır.
Yusif Məmmədəliyev
Akademik
Şaiq kimdir? İyirmi ildən bəridir ki, bütün
Azərbaycan gəncliyi pək gözəl tanıyır. Əvət, hər
kəscə: o çalışqan və tərcübəli bir müəllim, həssas,
nazik bir şair, xüluq səmimi bir insandır. Fəqət
məncə: O, bir heçdir ki, gözə çarpan bir çox ulduzlu
varlıqlardan daha böyük, daha möhtərəmdir.
Hüseyn Cavid,
yazıçı-dramaturq
Səninlə məktublaşmağı mən özümə fəxr və səadət bilib
də qəbr evinədək kağızımın arasını kəsməməyi sənə
söz verirəm. Özümü yaddan çıxarsam da, səni unuda
bilmərəm. Məndən kənarsan, amma yanımdasan, məndən
uzaqsan, amma özümdəsən.
Mən Şaiq müəllimin tələbəsi olub, onun tərbiyyəsilə
böyümüşəm. Mənim tərcümeyi-halımı ondan soruş.
Cəfər Cabbarlı,
yazıçı-dramaturq
Azərbaycanda Şaiq qədər çoxlu ədəbiyyat dərsliyi
tərtib edən ikinci bir müəllif yoxdur.O, müxtəlif
zamanlarda on bir ədəbiyyat dərsliyi tərtib
etmişdir.Məktəblərimizdə ana dili və ədəbiyyat uzun
müddət əsasən Şaiqin dərslikləri üzrə
öyrənilmişdir.Bu dərslikləri ədib sadəcə olaraq
tərtib etmirdi, onlarda gedən hekayələrin və
şeirlərin çoxunu özü yazırdı.
Abbas Zamanov
ədəbiyyatşünas, alim
Abdulla Şaiq uşaqlar üçün müntəzəm bədii əsərlər
yazan ilk qoca sənətkardır. Bir uşaq yazıçısı kimi
Şaiq müəllimliyə borcludur. Onu bu şərəfli yola sövq
edən balalarımızın ana dilində bədii əsərlərə böyük
ehtiyac hiss etməsi olmuşdur. Abdulla Şaiq bütün bir
seriya təşkil edən əsərləri ilə məktəb kitabxanası
yaratmışdır. “Tıq-tıq xanım”, “Yaxşı arxa”, “Tülkü
həccə gedir”, “Murad”, “Şələquyruq” və bir çox
başqaları gənclərimizə ilk dəfə bədii ədəbiyyatı
dərk etdirmiş, bədii dili sevdirmişdir.
Məmməd Arif
akademik
Abdulla Şaiqin üslubu vahid bir istiqamətdə inkişaf
etmir; o həm realistdir, həm romantik; onun sənətkar
xəyalı gah soyuq və dumanlı fəzalara dikilib qalır,
gah da konkret tarixi şəraitlə, canlı real varlıqla
bağlanır.
Əli Sultanlı,
ədəbiyyatşünas, alim
Abdulla
Şaiqi bir müəllim və bir tərbiyəçi kimi sevdirən
səbəblərdən biri də məktəbli gənclərin yaradıcılıq
meyllərinə qol-qanad vermək, onların bədii zövqünü
və istedadının inkişafına kömək etmək üçün böyük səy
göstərməsi idi. Təkcə sinifdə dərs və tərbiyə vermək
onu qane etmirdi.Zəkalı və istedadlı uşaqları
bir-bir tapıb, onlara göz olmaq, daim qayğı ilə
əhatə etmək, yazıçılıq həvəsində olanlara, səhnə
eşqilə yaşayanlara, musiqiyə meyl edənlərə
ağıllı məsləhətlər vermək müəllim Şaiq üçün dünyada
ən xoş məşğələ idi.
Əziz Mirəhmədov,
ədəbiyyatşünas, alim
Sadəlik, təvazökarlıq Şaiqdə daimi nəzərə çarpan
səciyyəvi xüsusiyyətlərdən biri idi... yüksək
sadəlik onun təbiəti kimi görünürdü və ya sadəlik,
təvazökarlıq onda ikinci təbiət olmuşdu. Görüşlərdə
“Böyük xalq müəllimi və şair Abdulla Şaiq” haqqında
çox tərif eşidəndə özünü yaxşı hiss etmirdi.
Məmməd Cəfər,
akademik
Yeni ədəbiyyatın təməl daşını qoyanlardan biri
Abdulla Şaiqdir.
Abdulla Şaiq...daxili bir atəş və ilhamla bütün
sinfi ələ alırdı.Dərs saatının tez qurtarmağı bizim
hamımızda təəssüf hissi oyadırdı. O, hər bir
mövzudan bəhs edərkən, az qala bizə sinifdə olduğunu
unutdurur, özünün inam və etiqadını bizə də
aşılamağı bacarırdı.
Seyid Hüseyn,
yazıçı
İyirmi il ərzində yorulmadan müəllimlik vəzifəsini
ifa edən Abdulla Şaiq ustadımız Azərbaycan
hökumətinə bir cox mədəni qüvvələr verməyə müvəffəq
olmuşdur.
Tağı Şahbazi(Simurğ),
yazıçı
...Abdulla
Şaiq Azərbaycanda uşaq ədəbiyyatının əsasını
qoymuşdur. O, uşaq əsərləri ilə yeni nəsillərə
dil açmağı, göz açmağı, həyatı, insanları tanımağı,
sevməyi öyrədirdi...
Mikayıl Rzaquluzadə,
nasir-şair
Əziz Abdulla Şaiq, anadan olmanızın 75 illiyi
münasibətilə Sizi ürəkdən təbrik edir və
Azərbaycanın ən hörmətli qocaman yazıçısına
möhkəm can sağlığı və yaradıcılıq nailiyyətləri
arzulayırıq.
Surkov, Leonov, Simonov, Smirnov, Tixonov, Fadeev və
Fedinin SSRİ Yazıçıları İttifaqı idarə heyəti
adından
Abdulla Şaiqdən tək bir yazıçı, pedaqoq, maarif
xadimi, yalnız tənqidçi, ədəbiyyatşünas və dilşünas
kimi, yaxud dərsliklər müəllifi, yüksək
əxlaqi-mənəvi keyfiyyətlərə malik vətəndaş və
şəxsiyyət kimi ayrı-ayrılıqda danışmaq onun haqqında
tam təsəvvür oyada bilməz, buna ancaq ədibin
çoxşaxəli fəaliyyətini tam halda əhatə etmək və
mənalaşdırmaqla nail olmaq olar.
Kamal Talıbzadə
akademik
Ey azəri şairi, sən çox çalışdın,
Kəndi şeirin ilə haqqa alışdın.
Cəhd adilə daim hərbə qalxışdın,
Yazıq Şaiqləri olmayanlar
Məmməd Səid Ordubadi
xalq yazıçısı
Şaiqdə nadir bir müəllimlik xüsusuiyyəti vardı. O,
hər tələbənin qəlbinə nüfuz etməyi bacarırdı. O, öz
tələbələrinin hansı ailədə nə kimi şəraitdə
yaşadıqlarını yaxından öyrənir və hər tələbəyə onun
xasiyyətinə görə yanaşmağı bacarırdı. O , həm də çox
tələbkar bir müəllim idi... Demək olar ki,
ədəbiyyatı bizə çox sevdirənlərdən, ədəbi zövqümüzü
tərbiyyə edənlərdən biri sevimli ədibimiz Abdulla
Şaiq olmuşdu.
Süleyman Rüstəm,
xalq şairi
Abdulla Şaiq yazıçı, maarif xadimi və insan olaraq
bizim ədəbiyyat tarixində nadir şəxsiyyətlərdən
biridir. Onun adı indi də işıq saçır, indi də böyük
hörmətlə yad edilir. Uşaqlarımız onun əsərlərini
indi də maraqla oxuyub fərəhli xəyallara dalırlar.
İlyas Əfəndiyev,
xalq yazıçısı
Abdulla
Şaiqin yaradıcılığı xalqımızın həyatının
yarıməsirlik bir dövrünün ədəbi salnaməsidir.Abdulla
Şaiqin əsərləri Azərbaycan klassik ədəbiyyatı və
xalq yaradıcılığının ən yaxşı ənənələri əsasında
yaranmışdır.
Mirzə İbrahimov,
akademik
XX əsr Azərbaycan mədəniyyəti tarixində görkəmli yer
tutan Abdulla Şaiq Talıbzadə xalq müəllimi,
şair, nasir, dramaturq kimi şöhrət qazanmışdır.
Qara Namazov,
professor
Abdulla Şaiq inqilabdan əvvəlki uşaq ədəbiyyatının
görkəmli nümayəndəsi və sovet uşaq ədəbiyyatının
əsasını qoyanlardandır.
Zahid Xəlil
professor
Abdulla Şaiq kimi böyük bir simanın teatrımıza
gəlməsini xüsusi qeyd etməliyik. Bu qocaman
yazıcımız və müəllimimizin Gənc Tamaşaçılar teatrına
gəlməsi, nəyinki teatrın repertuarında böyük dönüş
yaratdı hətta istedadlı bəstəkar və rəssamların
teatrımıza cəlb edilməsi işinə səbəb oldu.
Kazım Ziya
SSR Xalq Artisti
Abdulla Şaiq böyük yazıçı olmaqla bərabər, təvazökar
,alicənab,səmimi bir insan, qayğıkeş və tələbkar bir
müəllim idi. O adamı hec zaman kollektiv qarşısında
utandırmazdı. Əgər kollektivdən və ya tamaşaçılardan
bir nəfər pis hərəkət etmiş olsaydı A.Şaiq dolayı
yollarla özünə məxsus sakit, mülayim bir tərzdə onu
başa salar və düzgün yol göstərərdi.
Zəfər Neymətov,
əməkdar incəsənət xadimi
Əgər Şaiq olmasaydı, “Milli qiraətimiz” yox idi.
“Müntəxabat” nəşr olunmamışdı, “Ədəbiyyat”
dərsliyindən məhrum idik. Türk çələngini görməmiş,
Türk ədəbiyyatını eşitməmişdik. Əgər bu kitablar
olmasaydı, məktəblərimiz yoxsul ,müəllimlərimiz
yalavac qalmışdı. Sözün qısası: onun varlığındakı
əhəmiyyəti layiqiylə idrak edə bilmək üçün bircə
dəqiqəlik yoxluğunu düşünməli!
Qafur Əfəndizadə,
ədəbiyyatşünas, alim
Azərbaycanda olan bu intibah dövrünün ən böyük
qəhramanı sayılan Abdulla Şaiqin namı dünya durduqca
tarixi-ədəbiyyatımızda baqi olacaq.
Şəfiqə Əfəndizadə,
ədəbiyyatşünas, alim
Şaiq -əvvəla ruhundakı inciklik və heysiyyat
etibarı ilə ən yüksək bir insandır.. Şaiq
cəmiyyətimizin yetişdirdiyi əxlaqi bəndlər üzərində
bir şəhiqədir ki, çıxılması ancaq Şaiq kimi ictimai
iradə və fəaliyyətə malik adamlara mübaliğəyə
gəlməzsə, dahilərə məxsusdur
Atababa Musaxanlı,
ədəbiyyatşünas -tənqidçi
Mərhum Şaiq bizim hamımızı özünün kölgəsində
saxlayan qocaman bir dağ idi. Mehriban, səmimi
və ürəyi məhz yumşaqlıqla dolu həqiqi ata və müəllim
idi. Əvəz edilməz dost və yoldaş ömrünün son
dəqiqələrinə qədər xalqına xidmətdən əl götürmədi.
Unudulmaz bir insan, müəllim və şair Şaiqin heykəli
daima gözümüz qarşısındadır...Xalqımızın ona olan
məhəbbəti böyük rəhmətdir.
Camo Cəbrayılbəyli,
ictimai xadim
Cəfər Cabbarlı, Hüseyn Cavid, Seyid Hüseyn, Abdulla
Şaiq, M.Müşfiq kimi yoldaşların hal-hazırda öz
məharətli qələmləri ilə sosializm quruluşuna xidmətə
çalışmaları axırıncı ildən ən görkəmli
müvəffəqiyyətlərdən sayılmalıdır....
Əlisəttar İbrahimov,
yazıçı
Abdulla Şaiq, demək olar ki, ədəbi fəaliyyətə
başladığı gündən son illərədək şeir yazmışdır. Lakin
o, öz istedadını daha parlaq şəkildə nəsr,
dramaturgiya janrında, uşaqlar və gənclər üçün
müxtəlif əsərlər yazmaq sahəsində göstərdiyi üçün
diqqətini də, gücünü də daha çox bu işə vermiş,
fərəhli nəticələr əldə etmişdir.
Yaqub İsmayılov,
ədəbiyyatşünas, alim
Şaiq müəllim özü pak ,təmiz, vicdanlı, sadə,
sərvətdən , şöhrətdən yuxarıda duran, ürəyi xalq
məhəbbəti ilə dolu insan, müəllim, yazıçı idi.
Yaqut Dilbazi,
ədəbiyyatşünas
Firudin Köçərli ilə başlayan çocuqlara məxsus
ədəbiyyat, ağır tempo ilə iləriləməsinə rəğmən
Abdulla Şaiqdə ən iyi bir hamisini bulmuşdur.
Əhməd Cəfəroğlu
ədəbiyyatşünas
Şaiq məfkurə baxımından təmamən milliyətçi, türkçü,
hətta turançı bir münəvvərdi. Sovet hökumətinin ilk
sənələrində qələmə alınmış bulunduğu mütəəddid dərs
kitablarından belə bu türkçülüyü və turançılığı gözə
çarpmaqdadır.
Əbdülvəhab Yurdsevər
türk yazıçısı
Biz bütün müəllimlər ruhən Şaiqə bənzəyə bilsək, nə
mutlu!
Xəlil Fikrət,
türk yazıçısı və pedaqoqu
Nə
diyorlar, bəşərlə firdovsə
Dönəcəkmiş, deyilmi dünyamız?!
Biri: İnsan mələk olurmu desə
Bən derim: Bir misalı var bakınız,
Bu təbii şüari- munisinə,
Bəncə: Şaiq nümunədir mələkə!...
İsmayıl Hikmət
türk alimi
Шаиг-яркий, самобытный писатель, внесший в развитие
азербайджанской педагогики, литературы болшой вклад.
Его чудесные сказки, басни, замечательные рассказы
составляют золотой фонд классической азербайджанской
детской литературы. В них- глубокое знание
писателем возрастных особенностей детей, любовь к
детьям, умение развить в детях высокие
нравственные качества.
Касимова Н.Ф.
|