"NAĞIL QAPISI"

 

Rafiq Yusifoğlunun yeni kitabı barəsində oxucu sözü

 

Ötən ayın son günləri idi. Həmişə bir-birimizi arayıb-axtardığımızdan Rafiq müəllimin  otağıma gəlməsi məni təəccübləndirmədiÜstəlik, o hər gəlişində məni ya yeni kitabı iləya təzə bir yazısıylaya da dostlar barəsində gətirdiyi xoş xəbərlə sevindirməyi bir növü mənim tərəfimdən adətə çevrilmişdi. Onunla qarşılaşanda mütləq xoş duyğular yaşayacağıma artıq daxilən əmin idim. Elə bu gəlişində  Rafiq müəllim məni sevindirdi. Özü  bu dəfə ikiqat. Ona görə ikiqat deyirəm kiRafiq müəllim mənə "Nağıl qapısı" gətirmişdiUşaq dünyasının cizgilərini nağıla çevirib öz səhifəsinə hopdurmuş bu kitabla yanaşı Rafiq müəllim bildirdi kiuzaq bir səfərə yola düşür - Amerikayanəvələrini görməyə gedir.

Təbii kisevinc sevincə qarışdı - həm kitaba görəhəm  nəvələrlə görüş xəbərinə görə. Şəxsən mən dünyada nəvə təbəssümündənnəvə şıltaqlığından şiringözəl heç  görmürəm. Ona görə  elə o ovqatla da "Nağıl qapısı" oxumağa başladım.

Öncədən deyim kikitab tanınmış uşaq şairidəyərli pedaqoq Zahid Xəlilin redaktorluğu ilə işıq üzü görüb. Kitab 10 fəsildən ibarətdir  bu fəsillərdə şairin şeirləripoemalarınağılları toplanıb. Həmin nağıllarınşeirlərinpoemaların toplandığı səhifələri vərəqlədikcə tam səmimi deyim kiöncə diqqətimi "Şuşa nəğmələriçəkdi.  mən bir yurd həsrətli söz adamı olaraq əvvəl-əvvəl diqqətimi "Şuşa nəğmələri"nə yönəltdim.  gördüm kiqələm dostumdəyərli Rafiq Yusifoğlu "Vurulmuşam Şuşayaşeirində yazır:

 

İndi sən oxuyacaq,

Qalalar himə bənddi.

Vurulmuşam Şuşaya,

Həm şəhərdihəm kənddi.

 

...Gözəl günü öndədi,

Hələ qönçədi Şuşa.

Dağların əllərində,

Sanki xonçadı Şuşa.

Bu şeir 1986-cı ildə yazılıb.  onda Rafiq Yusifoğluelə mən  Şuşanı nələr gözlədiyindən xəbərsiz idik.

Bilmirdik kibizi qarşıda şuşasızlıq gözləyir. Təbii kiŞuşa ilə bağlı yazılan nəğmələrin bu ovqatı məni sevindirdiyi kimihəm  kövrəltdi.

 "Natəvan bağındaadlı şeirdə mən uşaqlığımın bir məqamını göz önünə gətirməyə çalışdım. Axı uşaq dünyası maraqlarla zənginləşir.

 

Biz Natəvan nənənin

Əyləşmişik bağında.

Kimidən utanıronun

Yaşmaq var dodağında?

 

Gülləriçiçəkləri,

Pay göndərib yamaclar.

Yaşıl fəvvarələrdi,

Elə bil kiağaclar.

 

Büllur atlığanların

Saçları var upuzun.

Onlar nəğmə oxuyur,

İçində çarhovuzun.

 

Birdən sular kəsildi,

Gözəl nəğmə yox oldu.

Orxan dedi: - Fəvvarə

çarhovuza yıxıldı.

 

Bəlikitabın bütün fəsillərində uşaq dünyası Rafiq müəlllimin üslubunda elə həssaslıqlaelə səmimi təqdim olunur kişeirləri oxuduqca həmin mənzərə göz önündə canlanır.  tam səmimiyyətlə inanırsan kibalacalar onları vəsf edən bu şeirlərin həyat diktəsi olduğuna inanacaqlar. Mən həmin şeirlərin ayrı-ayrı nümunələrini sizə təqdim etmək istəyirəm. Düşünürəm kibu nümunələr sizləri söylədiklərimə inandıracaqdı.

 

Kənardakı bulağa

Ağac gör necə baxır?!

O, su həsrətindədi,

Su elə-belə axır.

 

Ağacı bulaq üstə

Necə aparım axı?

Ah çəkib kölgəsinə,

Gətirərəm bulağı...

 

 yaxıd:

 

Niyə çılpaq qoyursan,

Bu uca budaqları?

Ay payızsən  üçün

Tökürsən yarpaqları?

 

Ağaca xeyir gəlməz,

Bu saralmış xəzəldən, -

Qışa hazırlayıram,

Mən onları əzəldən.

 

 yaxud:

 

Niyə Ay para olub,

Gün bütövdü həmişə?

Xırdalanmaqkiçilmək

Yaraşmır ha Günəşə.

 

Düşünürəm ki, dəyərli qələm dostumun sayca 78-ci kitabı olan "Nağıl qapısı" təkcə balacaların deyilonlara nağıl danışan, layla çalan valideynlərinin də, uşaq ədəbiyyatını araşdıranların da böyük marağına səbəb olacaqÇünki şair, ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisifilologiya elmləri doktoruprofessor Rafiq Yusiflinin digər kitablarında olduğu kimiuşaqlar üçün yazdığı bu kitabda da öyrənməli çox şeylər var.

 

Ədalət 2018.- 14 avqust.- S.11.