HƏR SÖZ BİR DÜNYADI

YENİ NƏŞRLƏR

 

"Müasir ədəbi proses  ədəbi tənqid"

 

Bugünlərdə şair-publisist, professor Rafiq Yusifoğlu "Müasir ədəbi proses  ədəbi tənqidadlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktorufilologiya elmləri doktoru, professor Şamil Salmanovrəyçiləri filologiya elmləri doktorları professorlar Akif Hüseynov  Məhərrəm Qasımlıdır. ADPU-nun nəşriyyatında işıq üzü görmüş 344 səhifəlik bu kitab əslində dövrümüzün ədəbi proseslərinə Rafiq Yusifoğlunun özünəməxsus baxışıdı.

Ayrı-ayrı araşdırma məqalələrdən ibarət olan bu kitabın demək olar kihər bir mövzusu bugünümüzləzamanımızla səsləşir. İstər dünya ədəbiyyatınınistər klassik  sovethəmçinin müstəqil Azərbaycan məmləkətinin bu gün yaranan ədəbi nümunələri araşdırmaçı alimin diqqətindən yayınmayıb. O, apardığı paralellər  təhlillər nəticəsində hər bir dövrün xüsusiyyətlərinitərəflərini  dövrə uyğun da ədəbi mühiti diqqətə çatdırmağa çalışıbÖzü  bu işi təkcə təxəyyülünməntiqin bəhrəsi kimi deyilhəm  istifadə etdiyi çoxsaylı mənbələrinədəbiyyatların hesabına ortaya qoyubdu.

Rafiq Yusifoğlunun adı çəkilən kitabında XəqanidənFüzulidənSəməd VurğundanRəsul RzadanXəlil RzadanMəmməd ArazdanNəbi XəzridənSüleyman Rüstəmdən tutmuş yazıçılarımızdan İlyas ƏfəndiyevSüleyman Rəhimov  digərlərinin əsələrinə istinadən öz fikrlərini şərh edərkən o, dünyanın eləcə  yaxın qonşumuz olan Rusiyanın ədəbi camifəsini  diqqətdən kənarda saxlamamışdıYəni şairədəbiyyatşünas alim bütün mənzərələri bir məxrəcə gətirərək ədəbi prosesə bir tənqidçi yanaşmasını sərgiləmişdi. Onun ədəbi tənqid barəsindəki fikirləri  elə bu şərhlərin özündə kifayət qədər diqqətçəkənhəm  düşündürən bir məqamın yaranmasına səbəb olmuşdu. Konkret ifadə etsəmmüəllifin təqdim etdiyi nümunələr özü-özlüyündə onun fikirlərinin bir növü açarlarına çevrilmişqapıları oxucu üzünə açmışdı.

Ümumiyyətləbu kitabdadaha doğrusuməqalələr toplusunda Rafiq Yusifoğlu təkcə ədəbi prosesin görünən tərəfini yoxhəm  köklərinifolklora bağlılığınıədəbi əlaqələriinkişafın dinamikasınıtərcümə işiniuşaq ədəbiyyatının ümumi mənzərəsini  sairəni  bir elm adamı kimibir ədəbiyyatşünas kimi təhlil etmiş  fikirlərini toplum şəkildə ortaya qoymuşudDüşünürəm kiRafiq Yusifoğlunun bu araşdırmalar toplusu - məsqalələr kitabı müəllifin ədəbiyyatımıza layiqli bir töfhəsidir.

 

"Mənəviyyat zirvəsi"

 

Öncə bu kitabın müəllifi Mübariz Binnətoğlu ilə bağlı bir neçə kəlmə diqqətinizə təqdim edim. Onunla "Azərbaycannəşriyyatında tanış olmuşamNecə deyərlərbizi birləşdirən yurd nisgiliyurd həsrətifaciələrimizin ağrısı zaman-zaman bu münasibətləri daha da istiləşdiribdaha da doğmalaşdırıb. Özünəşəxsiyyətinə hörmət edənnecə deyərlərharda dayanmalı olduğunu yaxşı bilən Mübariz Binnətoğlu öz sözünəqələminə  diqqətlə yanaşır. Bir jurnalist kimibir qələm adamı kimi maraqlı fikirlərəmaraqlı yazılara könül verən Mübariz Binnətoğlu demək olar kidaha çox doğulduğu torpağa, el-obaya ünvanlanan Laçın həsrətini qaysaq bağlamağa qoymayan materiallarla mənim üçün əziz olubdudoğma olubduOnun həmin o kövrək yazılarında mən həmişə Laçınılaçınlıları görmüşəm.

Bugünlərdə Mübariz Binnətoğlu mənə özünün yeni kitabını təqdim etdi. mənəviyyat zirvəsi adlanan kitabın redaktorları tanınmış jurnalistlər Qəmbər Yusif  Daşdəmir ƏjdəroğluduÖncədən deyim kikitab çox nəfis şəkildə tərtib olunub  bu kitab Azərbaycan idmanının ən layiqli təmsilçilərindənhətta müəllifin yazdığı kimiAzərbaycan idmanını dünyada tanıtdıranbu yolda yorulmaq bilməyən İnqilab Əliş oğlu Novruzova həsr olunub.

Müəllif kitabın ilk səhifəsində cəmi 56 il yaşamış, necə deyərlər, bu dünyanın qısa ömründə tanıya bilmiş və bu qısa ömrünün mənalı anlarını tarixləşdirmiş İnqilab Novruzovun portretini oxuculara təqdim edirMəhz bu təqdimatla açılan kitabda oxucu, yəni şəxsən mən bir anlıq gözlərimi həmin portretdən çəkə bilmirəm. Çünki həyatını, fəaliyyətini Azərbaycan idmanına həsr edən, Laçının və laçınlıların qürur duyduqları İnqilab Novruzovun həyatından bəhs edən bu kitabda çox qəribə məqamlar var. Həmin qəribə məqamlardan birincisi kitabın yazılmasına səbəb olan qələmdi həmin qələmin üzərində "İnqilab Novruzovdan eloğlusu Məhəmməd Süleymanova hədiyyə, 1972-ci il".

Müəllifin etiraf etdiyi kimi, həmin o qələm onu yazmağaİnqilab Novruzovu bugünkü nəslə tanıtmağa səsləyir, həvəsləndirir. Beləliklə də indi gözümüzün önündə olan mənəviyyat zirvəsi kitabı araya-ərsəyə gəlibdi. Kitabda müəllif İnqilab Novruzovun bütün həyatını, fəaliyyətini ayrı-ayrı zamanların çərçivəsində oxucuya şirin bir qələmlə oxutmaq təbii ki, müəllifin uğuru sayılmalıdı.

Mən bu kitabda başqa bir məqamın da şahidi oldumBu da Azərbaycanın müxtəlif nəsil və nümyaəndəsi olan söz adamının, əslən Laçından olan dəyərli ziyalıların, eləcə də İnqilab Novruzovun doğmalarının öz imzaları ilə bu kitabda yer alan xatirələri düşüncələridir. Həmçinin kitabdakı müxtəlif zamanları özündə donduran fotolar da oxucu üçün bir sərgi, bir keçmişə səyahət təsiri bağışlayır. Açığını deyim kikitabda İnqilab Novruzovun əldə etdiyi uğurları əks etdirən mükafatların fotosürətləri də çox qürurvericidi.

Bəli, xalqa, millətə onun layiqli övladını tanıtmaq, onu yaşatmaq söz adamının, öncə isə həmin ünvan sahibinin aid olduğu bölgənin ziyalısının əsas missiyalarından biridiÇünki onlar öz həmyerlilərini daha yaxından tanıyır, onun tərcümeyi-halını daha dəqiq bilirlər. BaxMübariz Binnətoğlu da belə bir xeyirxah işin öhdəsindən layiqincə gələ bilmişdi. Mən ona daha böyük uğurlar arzu edirəm.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-16 may.-S.6.