"QIZILI MƏKTUBLAR"

Onlar uşaqlarımıza yazılıb

 

 Mənə elə gəlir kişair Rafiq Yusifoğlunu oxuculara geniş təqdim etməyə ehtiyac yoxduÇünki ədəbiyyatşünas, əməkdar mədəniyyət işçisi və çoxlu sayda mükafatların laureatı olan şair Rafiq Yusifoğlu uzun illərdi ki, təkcə böyük söz dünyasında yox, həm də bizim sabahımız olan, övladlarımızın özəl dünyasının ifadəçisi kimi tanınan "Göyrəçin" jurnalının baş redaktorudu.

Yarandığı gündən bu jurnal körpələrimizin, eləcə də körpələrimizin sevincinə sevinc qatmağa tələsənlərin sevimli dərgisi olubBu illüstrasiyalı, bər-bəzəkli jurnaldakı hər bir yazı balaca oxucuya həm göstərib, həm təbliğ edib, həm də sevdirmək nümunəsini ortaya qoyubYəni jurnalın oxucuları Azərbaycan təbiətinin rəngarəngliyini, flora və faunasını məhz körpələrimizin düşüncəsinə, yaşına və dərk etmək qabiliyyətinə uyğun bir şəkildə təqdim edilən materialların böyük çeşidi içərisində həmişə yeniliklərin şahidi olubdu.

Təbii ki, təkcə baş redaktor kimi deyil, həm də şair-pedaqoq kimi jurnala və onun oxucularına öz sevgisini çatdıran Rafiq Yusifoğlu bu jurnal vasitəsilə uşaqlarımızın dünyasını özünün bir-birindən gözəl uşaq şeirləri ilə də çatdırıbdı. Yəni Rafiq müəllimin uşaqlarımız üçün yazdığı hər bir misra, hər bir beyt onların təkcə sevincinə səbəb olmayıb, həm də onları düşündürübonlara həyatı tanıdıbdı. Baxindi sizə təqdim etdiyim "Qızılı məktublar" kitabı da məhz körpələrimiz üçündü. Kitabın nəfis tərtibatı, tərtibatın içərisindəki körpələri bağrına basan müəllifin fotosu əslində onun ürəyinin qızıl kəlmələrinin bu körpələrə aid olduğunu ifadə edir.

Şeirləri oxuduqca istər-istəməz özümüzü uşaqlıq illərində hiss ediro illərə qayıdıram. Mənə elə gəlir kibu misralar elə mənim üçün də yazılıbdı. Məsələn:

 

Bir qəşəng qızdı Ayla,

Böyüyür gün, aylı.

Babası hey sevinir,

Tanrı verdiyi payla.

 

O güləndə qəlbimin,

Qaranlığı əriyir.

O güləndə ömrümü,

Bəxtəvərlik bürüyür.

 

Ana çalsa da layla,

Yuxuya getmir Ayla.

Göylərə baxır Ayla,

Söhbət eləyir ayla.

 

Və yaxud:

 

Qəşəng bir qız olarsan,

Saçlarını darasan.

Ay Şəkərqənd  olur,

Bəs sən niyə qarasan?

 

Göründüyü kimisadəancaq balaca oxucunu dərhal maraqlandıran  onun yaddaşına rahatlıqla köçən bu misralar Rafiq müəllimin həm peşəkarlığınıhəm  uşaq dünyasına dərindən bələd olmasının nəticəsidir. Şair seçdiyi sözləri bir-birinə muncuq kimi elə düzür kibalaca oxucu onu əzbərləyəndə çaşmırəksinəsözlərin həm ahəngliyi onun nitqini bir az da rəvanlaşdırırBu mənada təkcə ayrı-ayrı uşağayəni qıza  yaxud oğlana deyileləcə  təbiətin bir parçası olan ağacaheyvanaümumiyyətlə digər canlı aləmə ünvanlanan şeirlər  həmin peşəkarlığın bariz nümunəsidir. Şair yazır:

 

Qonur çiçəyəgülə,

Bal yığır gilə-gilə.

Sancsa da adamları,

İstəyirlər xətrini,

Zəhmətlə bal eyləyir

Çiçəklərin ətrini.

 

 yaxud:

 

Onun kəsdiyiağacın,

Xəstəquru budağıdır.

Qayçı bağbanın əlində,

Sanki cərrah bıçağıdır.

 

 yaxud:

 

Telefona bax,

Neçə gözü var.

Zınqıldayırsa

Demək sözü var.

 

Qulaqları var

Yekə ipiri.

Biri danışır,

Dinləyir biri.

 

Rafiq Yusifoğlunun körpələrimiz üçün yazdığı  bir kitabda topladığı bu gül çələngi özünün mövzu genişliyi ilə yanaşıhəm  uşaqlar üçün maraqlı ola biləcək hər bir detalın diqqətə alınmasıyəni təqdir edilməsi ilə  diqqətçəkəndirMəsələnonun rəqəmlər haqqında yazdığı şeirdə demək olar kibütün rəqəmlərin uşağın başa düşəcəyi bir səviyyədə yozumu şərh olunur. Məsələn:

 

Beşəmbeşəmbeşəm mən,

Balaca günəşəm mən.

Hər əlinhər ayağın

Üstündə var 5 barmaq.

 

Gündəlikdə gün kimi

Şəfəq saçan "5"ə bax!

Mən xəbər gətirirəm,

Ən fərəhli işlərdən.

Hamının xoşu gəlir

Qıpqırmızı "5"lərdən.

 

Bu kitabda təqdim olunan bapbalaca şeirləryəni bəndlərdördlüklər  digərləri  maraqla oxunur. Məsələn:

 

Əvvəl

baba söylədi,

Sonra

baba söylədi.

 

 yaxud:

 

Salam, atam

Şükürhələ

Salamatam.

 

Balacalar üçün yaxşı bir hədiyyə olan bu kitab müəyyən mənada orta məktəbin ibtidai sinif müəllimləri üçün də bir sinifdənxaric nümunəsi də ola bilər. Belə ki, bu kitabdan istifadə edən hər bir körpə həm nitqini, həm də yaddaşını inkişaf etdirmək üçün kifayət qədər böyük söz dünyasına daxil olub ondan yararlanmaq haqqını əldə etməklə həm özünün, həm də yaşıdlarının həmsöhbəti olan bu kitabı sevə bilər. Bu sevgi həm də şairin Azərbaycanımıza, Bakımıza, şəhərimizə, ümumiyyətlə, doğulduğumuz bu coğrafi məkana ünvanlanan şirin ifadələr və məntiqli söz çələngi ilə tamamlamış olur. Yəni uşaqlarımız öz şəhərlərimizi, Bakımızı, Azərbaycanımızı yaxından tanımaq üçün bu şeirləri oxuduqca ondan həm öyrənəcək, həm də bu şeirlər o sevgini bir az da alovlandıracaqdı. Məsələn:

 

Doğma vətənim

Necə əzizsən!

Biz ləpələrik,

Sənsə dənizsən!

 

Şərəfim, şanım

Sən mənim qanım.

Sən mənim canım,

Azərbaycanım, Azərbaycanım!

 

Və yaxud:

 

Şəfəq saçır işıqların,

Bəxtəvərdi uşaqların

Sən şəhərlər şəhərisən,

Ömrümüzün şəhərisəng

 

Sizə təqdim etdiyim Rafiq Yusifoğlunun ötən il işıq üzü görmüş "Qızılı məktublar" kitabı körpələrimizə ünvanlanıb. Düşünürəm ki, körpələrimizi sevən hər kəs onlara bu qızılı məktubları böyük məmnunluqla hədiyyə edəcək və körpələrimiz də onun qızılı işıqları dünyası qoynunda daha kamildaha düşüncəli və daha böyük dünya görüşə malik olan nur parçaları kimi böyüyəcəklər.

 

Əbülfət MƏDƏTOĞLU

ədalət.-2014.-13 mart.-S.6.