Allahverdiyeva, L. Bu günün poeziyası – Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu 2 yanvar 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya göz açıb.Onun yaradıcılığında həm doğulduğu məkan, həm də müəllim ailəsində dünyaya gəlməsi önəmli rol oynayıb. Doğulduğu rayonun 30-ilə qədər düşmən tapdağında qalması şairin müstəqillik dövrü yaradıcılığının ana xəttini təşkil edir. 90-cı illər poeziyasında özünəməxsus deyimi, orjionallığı, dil rəvanlığı ilə yadda qalan Rafiq Yusifoğlu yaradıcılığı ədəbiyyat tariximizin qiymətli inciləri tək diqqət mərkəzində olmuşdur. Şairin vətənpərvərlik mövzulu şeirləri onun səmimiyəti ilə birləşərək oxunaqlı və yadda qalan nümunələr yalnız oxucusunu deyil ədəbiyyatşünasların və tənqidçilərin də marağına səbəb olmuşdur. 2020-ci ilin sonunda yaşadığımız 44 günlük 2.vətən müharibəsi və zəfərimiz şairin yaradıcılığında daha da qabarıq əks olunur. Onun tez bir zaman ərzində yazdığı şeirlər mətbuatımızda müntəzəm şəkildə çap olur və diqqət çəkir. Bu baxımdan aşağıdakı şeirləri günümüzün yaşantı və mənzərəsini real şəkildə əks etdirir. “Ali Baş Komandanın Qubadlı səfəri”, ”Əsir tanklar”, “Xatirə Leysanı”, “Türk oğluyam, Türkəm mən”, “Torpaq təslim olmayıb”, “Qəhrəmanlar diyarında”, ”Qələbənin özülü”, “Nə o kənd o kənddi, nə də mən mənəm”, “İsti yağışlar”, “Zəfər müjdəsi”, “Gəlirik, yurdum, gəlirik”, “Azad edilmiş yurd yerində düşüncələr”, “Haqqa güvənən xalq”, “İgidlər diyarı”, “Zaval yoxdur heç zaman bu yurda, bu millətə”, “Ata ocağı”, “Ömrün qış çağında Qubadlı qışı”, “Torpaq təslim olmayıb”, “Təzə Qubadlının şəhidlər xiyabanı”, “Qarlı mənzərə və həsrət leysanı”, “Bu payız havasında”, “ Tək ağac”, “Zəfər yallısı”, “Şəhidlərimizə”, “Qarabağdan gələn səs”, “Gözlərin aydın , Şuşa” və s.
Bu şeirləri oxuduqca içimdən bir fikir keçir. Bu mövzuları qələmə almaq elə də asan deyil. Vətən mövzusunu- həm də ölkədə savaşgedərkən yazmaq şərəfli olduğu qədər də çətindir. Ona görə ki, vətənpərvərlik missiyasının bir yolu da xeyirxahlıqdan keçir. Rafiq Yusifoğlu səmimi şair olduğu kimi də xeyirxah insan, zəhmətkeş alim, dəyərli pedaqoqdur. Bu keyfiyyətlər birləşərək bu günkü günümüzdə, sözün əsl mənasında böyük poeziya çevrilir. Şair dünən birinci vətən müharibəsində necə ağrılarımızı, acılarımızı, faciələrimizi qəlb ağrısı ilə poetikləşdirirdisə, indi bu gün də ikinci vətən müharibəsi zamanında Qarabağımızın, torpaqlarımızın alınmasında Ali baş kamandanımızın, döyüşçü əsgərlərimizin, xalqımızın birliyini eləcə poetikləşdirir, poeziya cələngini zəfər naxışlarına qərq edir. Əslində bu birlik Ali baş Komandanın “Qarabağ Azərbaycandır” ifadəsindən güc aldı.Bu xalqımızın və 30-illik həsrətimizin misralara sığışa bilməyən sevinc, qürur və fəxarət hissi idi .Bu baxımdan Ali Baş Komandanın çağrışı, şəhid və döyüşçülərimizin qanı, canı bahasına alınan bölgələrə səfəri şairin qürur hissini birə on qat artırır. “Ali Baş Komandanın Qubadlı səfəri” şeiri buna çox gözəl misaldır.
Bitdimi bu qara
qorxulu nağıl?
Ürək xiffət çəkir ötən çağ üçün.
Torpağı ölümdən qurtaran oğul
Gedir xəstə yurdu
yoluxmaq üçün...
Xəstə yurd ifadəsi keçmişimizi bizə xatırladır, erməni vandalizminin nəticələri, torpaqlarımızın qəsb edilməsindən sonrakı 30-ilə yaxın zaman ev-eşiklərimizin erməni qaniçənləri tərəfindən yandırılıb, dağıdılması yurdumuzun-yuvamızın xəstə olması kimi ifadə edilməsi əslində yeni tapıntı kimi qiymətləndirilə bilər. Torpaq əcdadlarımızın bizə ərmağanıdır. Onu qoruya bilmiriksə, əkib becərmiriksə, onda otorpaq yurd olmaqdan çıxır.Digər bənddə Ali Baş Komandanın” Yumruq əl”ifadəsi xatırlanır.
Yanır, şölələnir
köksündə məşəl,
Can atır kəndləri qurub, tikməyə...
Düşmənin başında yumruq olan əl,
Gedir küskün yurda sığal çəkməyə...
“küskün yurd” ifadəsi elə yerinə düşüb ki, əslində hər zaman içimizdə bir xəcalət, bir ağrı olub.”Görəsən o torpaqlar bizi bağışlıya biləcəkmi?” Böyükdən kiçiyə hər birimiz bu suala cavab axtarmışıq. Yaxşı ki, Ali Baş Komandan əlinin nəvazişini hər bir Azərbaycan xalqı adından xəcalətli qaldığımız o torpaqlardan əsirgəmədi.
Gülür Şah İsmayıl,
Babək, Koroğlu,
Bu zəfər çevrilib heyrət rəmzinə.
Elin qeyrətini çəkən oğulun
Özü də çevrilib qeyrət rəmzinə.
44 gün ərzində qazandığımız qələbənin
sədaları tez bir zamanda dünyaya yayıldı. Dövlətimizin və ordumuzun gücü,
qüdrətidünyanı heyrətə saldı. Torpaqlarımızın 20 faizindən çoxunu 44 gündə
erməni caynağından xilas etmək sözə sığmayan qəhrəmanlıqdır.Şair şeirdə zəfər və
vüsal sevincini Ali Başkomandanın Qubadlıya getməsi ilə daha da poetikləşdirir.
Nəğməkar Bərgüşad
gəlibdir coşa,
Kükrəyən çayların ilhamı gəlib.
Sevinir ürəyi yaralı Şuşa,
Onun görüşünə İlhamı gəlib.
“Qəhrəmanlar diyarında” şeirndə qəhrəmanlığın
Türk qanından, canından gəldiyi vurğulanır.
Elə bil ki, qəhrəmanlıq
Ürəkdən, candan süzülür.
Ləyaqət, kişilik , ismət,
İlkidən, qandan süzülür.
Bu şeirdə qəhrəmanlığımızı ata qanından, ana südündən aldığımız vurğulanır. Bu
diyarın Qəhrəmanlar ölkəsi olması və hələ çox igidlərin doğulması böyük qürur
hissi ilə xatırladılır.
Vətən uğrunda döyüşən
Oğulları yaxşı tanı!
Damarlarda qeyrət olub,
Ana südü, ata qanı.
“Türk oğluyam, Türkəm mən” başlıqlı şeirdə
Türkçülüyümüz, birliyimiz, qəhrəmanlığımız əks edilir.Bir türk oğlunun vətənin
keşiyini çəkməkdən qürur duyduğu bəyan edilir. Bir Türk yurduna göz tikənlər
gec-tez gün gözlərinin oyulacağını bilməlidir. Şeirin əsas ideyası da elə budur.
Doğulmuşam Vətənin
Keşiyini çəkəm mən.
Yurduma göz dikənin
Gözlərini tökəm mən.
Türk oğluyam ,
Türkəm mən.
Türk övladının yalnız bayrağı qarşısında diz çökməsi şeirdə gözəl duyğular
yaradır. Düşmənə savaş zamanı diz çökdürən Türk oğulu düşmənlə qarşı-qarşıya
qoyulur. Türk oğlunun bayraq qarşısında əyilən qaməti, nə qədər
qürurvericidirsə, hiyləylə, kiminsə yardımı ilə torpaq zəbt edən erməninin 2.
vətən müharibəsi zamanı diz çökməsi, əsil erməniyə yaraşan bir
vəziyyətdir.Şeirdə qürurvrici hisslər diqqət çəkir.
Kəlbəcərə, laçına,
Şuşaya yol çəkdirib,
Amansız döyüşlərdə
Düşmənə diz çökdürüb,
Hazıram bayrağımın
Önündə diz çökəm mən
Türk oğluyam ,
Türkəm mən.
Rafiq Yusifoğlu yaradıcılığında hələ 90-cı il
illərdən bəri 20-yanvar hadisələrindən tutmuş Xocalı faciəsinədək yaşadığımız
bütün ağrı, acı, torpaq itkisi dərdi əksini tapmışdır.Çox şeirlərində bu
günümüzə, qələbəmizə inam hissi öndə olurdu. Və bu da onun şair
uzaqgörənliyindən irəli gəlirdi. Bu barədə diqqətimizi Günel Hüseyinovanın
“Rafiq Yusifoğlunun oxucularla yeni görüşü-cəh- cəh”başlıqlı məqaləsi
çəkir.Müəllif şairin bir il öncə yazdığı şeiri oxuculara xatırladaraq
yazır:“ Rafiq Yusifoğlu əsərlərindəki vətənpərvərlik motivini ayrı-ayrı
şeirlərində təkrarən, lakin hər dəfə yeni fikirlərlə ifadəsini görürük.Məni bir
oxucu və Azərbaycan vətəndaşı kimi mütəəssir edən daha bir şeirinə diqqət edək:
Xoş gəlmisən, təzə il,
Bizim odlar elinə!
Ümüdimiz sənədi,
Dön zəfərlər ilinə!
Düşməni çör-çöp kimi
Aparsın dəli sellər.
Qayıtsın yuvasına
Bizim obalar, ellər...
Bu şeirin yazılma tarixinə baxsaq, bir il öncə qələmə alındığını görərik.bura da
məni ən çox şairin uzaqgörənliyi duyğulandırdı, doğurdan da 3000-ə yaxın şəhidin
qanı, canı bahasına zəfər ilinə döndü”(Günel Hüseynova) Şairin şəhidlik
mövzusunda yazdığı şeirlər də son dərəcə təsirlidir.İllər əvvəl də müəllif
şəhidlik mövzusuna dönə-dönə müraciət etmişdi. “Şəhid balası” şeirində illər
əvvəl Rafiq Yusifoğlu duyğu və düşüncələrini belə ifadə edirdi.
Dik dur , şəhid balası,
Ucalt nifrət qalası.
Tökülən bir gilə qan
Deyil yerdə qalası.
Bu şeirləri oxuduqca düşünürsən ki, bu gün qələbə poeziyamızın yazılmasında bu
ideyaynan yazılan şeirlər nə qədər böyük əhəmiyyətə malik olub. Rafiq müəllim
zəfər günlərində də şəhidlik mövzusuna qayıdıb. Bu gün yazdığı şeirdə qürur və
fəxarət hissi üstünlük təşkil edir. Eyni zamanda Şəhidlərimizə minnət hissi də
öndə yer alır.
Siz əzib düşməni rahatlıqtapdınız,
Yeriniz görünür bu zəfər günündə.
Siz ölüb vətənin canına hopdunuz,
Biz hər gün ölürük ruhunuz önündə!
Bu misralarda vətənin azadlığı yolunda şəhid
olmanın müqədəsliyi var. Hər misradan şairin şəhidlərin ruhu qarşısında hər
zaman borclu olacağımız oxunur. Digər bənddə şair gözəl deyimimizi
xatırladır.”Torpaq suyla qarışanda palçıq olur, qanla qarışanda Vətən”
Ruhunuz başımız üstündə al bayraq,
Qanınız səpilən daşda gül bitəndir.
Şəhidlər qanıyla yoğrulan bu torpaq
Vətəndir, Vətəndir, Vətəndir, Vətəndir...
Müəlifin “Zəfər yallısı” şeirində isə zəfərin yaşatdığı sevinc
poetikləşdirilərək, şairin qəlbindəki 30-illik həsrətin sonlanmasını ,
elimizdə-obamızda yallı havasının eşidildiyi vəsf edilir.Cıdır düzündə “Yallı”
gedən igidlərə bax...
Biz birlikdə güclüyük, igidlər halay qurur,
Qara göl cilvələnir, Göyçə gölü hayqırır...
Sevincdən ürəyimiz bir alıcı quş olur,
Kəpəz, Murov, Savalan “Yallı”mıza qoşulur...
Ağrı Dağı çevrilir düşmənin göz dağına,
Biz onu bələmişik qoşa türk bayrağına...
Şair qəhrəman oğillarımızın, döyüşçülərimizin bizə yaşatdığı sevinci, qürur
hissini yüksək qiymətləndirdiyi kimi Türkiyə ilə qardaşlığımızı, birliyimizi də
unutmur. Bu döyüşdə qələbəmizi dəstəkləyən türk birliyini də şeirdə
xatırladır.”Ağrı dağı çevrilib düşmənin göz dağına, biz onu bələmişik qoşa türk
bayrağına “ ifadəsi birliyimizin ən gözəl poetik deyimidir. Və bu ifadə
birliyimizi, qardaşlığımızı görüb qısqananlara ən verimli cavabdır. “Şuşa” şeiri
isə zəfərimizin ən yüksək mərhələsinin sevincidir. Şeirdə şair Ali
Baş Komandanın Şuşanın alınması xəbərinin
verməsini, Azərbaycan ordusunun mübarizliyini, illərlə
Şuşa həsrətli insanların nələr çəkdiyini görmək olur.
Neçə il ayrılığın
Əlindən dad elədik!
Kövrəlib Üzeyiri,
Bülbülü yad elədik!
Xan qızı Natavanın
Ruhunu şad elədik!
Düşmənin arzusunu
Ordumuz çaxdı daşa!
Gözlərin aydın Şuşa!
Əslində yuxarıda adları çəkilən bu günün Qarabağ
zəfəri şeirləri haqqında nə qədər yazılsa azdır. Hələ
Qarabağın zəfər şeirləri yazılır və yazılacaq. Bu
müqəddəs işdə Rafiq Yusifoğluna yeni yaradıcılıq
uğurları arzu edir və qələminin hər zaman vətən
birliyini, torpaqlarımızın azdlıq sevincini yazmasını
diləyirik!