Yüksək ədəbi zövqə, poetik duyuma malik olmadan, nəinki ədəbiyyatın, şeir sənətinin qanunauyğunluqlarını, eləcə də digər elmləri mükəmməl
bilmədən, müqayisələr aparıb elmi nəticələr çıхarmaq qeyri mümkündür. Görünür
Хətib
Təbrizi məhz bunları nəzərdə tutduğu üçün bu qənaətə gəlmişdir ki, şeiri təhlil etmək onu yazmaqdan çətindir.
Nizaminin nəinki əsərlərini oхumağa, həm də onun nəzəri-estetik görüşlərini öyrənməyə, ondan yaradıcı şəkildə bəhrələnməyə хüsusi ehtiyac duyulur.
Çünki bu dahi sənətkarın elmi-nəzəri, ədəbi-fəlsəfi düşüncələri əsl sənətkarlıq məktəbidir.
Nəsimi özü maraqlı, müəmmalı şəxsiyyət olduğu kimi, onun daxili dünyasının aynası olan şeirləri də sirlərlə, öz təbirincə desək, “əsrar”la doludur.
Bu qüdrətli sənətkarın şeirlərinin zahiri tərəfindən çox, onların sətiraltı mənası zaman-zaman filosofları, ədəbiyyatşünasları düşündürmüşdür.
Nəsimi adi sözə elə simvolik, eləcə də bədii don geyindirir ki,
bununla da öz yaradıcılığını “sirlər xəzinəsi”nə döndərə bilir.
Aхundov fanatizmin düşməni olmuşdur, Allahın yoх. Aхundov təqlidin düşməni olmuşdur, Füzulinin yoх.
Aşıq Ələsgər yaradıcılığı təkcə mövzu baxımından deyil, həm də bədii sənətkarlıq nöqteyi-nəzərindən diqqəti cəlb edir.
Onun bir-birindən cazibədar qoşmaları, gəraylıları özünəməxsus kompozisiyası –
bədii quruluşu və rəngarəng sənətkarlıq komponentləri ilə diqqəti cəlb edir.
Həsən bəy Zərdabi zəngin həyat təcrübəsi və elmi, intellekti, mükəmməl, çoxşaxəli biliyi sayəsində dərk etmişdir ki,
millətin tərəqqisi naminə yeni nəslin təlim-tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Bu məqsədlə o, uşaq ədəbiyyatının yaradılmasına böyük ehtiyac olduğunu duymuş,
tərəqqipərvər ziyalıları bu işə həvəsləndirmiş, özü də bacardığını əsirgəməmişdir.
Soydaşlarını maarifləndirmək, yatanları qəflət yuxusundan ayıltmaq, millətini, vətənini tərəqqi etmiş xalqlar, ölkələr
sırasında görmək arzusu Cəlil Məmmədquluzadə yaradıcılığının başlıca leytmotivini təşkil edir. Onun bütün əsərlərində: hekayələrində,
povestlərində, pyeslərində, felyetonlarında, məqalələrində,
məktublarında el dərdi çəkən bu qüdrətli sənətkarın ürək ağrılarını sezmək, qəlbinə axan göz yaşlarını görmək o qədər də çətin iş deyildir.
Milli mədəniyyətimizin görkəmli nümayəndəsi, peşəkar musiqi sənətimizin banisi, dahi bəstəkar, tanınmış ziyalı
Üzeyir
Hacıbəylinin ədəbi-bədii irsi yeni nəslin təlim-tərbiyəsində indi də mühüm rol oynamaqdadır. Amalı, məqsədi öz xalqını qabaqcıl
millətlər sırasında görmək olan Üzeyir bəy bütün şüurlu həyatını soydaşlarımızın təhsilinə, elmi biliklərə yiyələnməsinə,
onların mədəni səviyyəyə yüksəlməsinə, insanların mənəvi-əxlaqi tərəqqisinə həsr etmişdir.
Əgər Cəfər Cabbarlı yaradıcılığını qollu-budaqlı bir ağaca bənzətmək olsaydı, mən onun lirikasını gözə görünməyən,
torpağın altında qalan, lakin bu ağacın yaşaması üçün zəruri olan köklərə, zoğlara təşbeh edərdim…
Osman Sarıvəllinin şeirlərində vətən torpağının ətri vardır. Xalqımızın qəhrəmanlıqlarla dolu həyatı onun əsərlərində mə-həbbətlə tərənnüm olunur.
Osman müəllim uşaqları çox sevir, onların simasında xalqımızın gələcək qəhrəmanlarını görür. Şair gəncləri vətən üçün faydalı işlər görməyə səsləyir.
Görkəmli Azərbaycan şairi Səməd Vurğunun mükəmməl, rəngarəng bədii struktura, vəzn və qafiyə sisteminə, janr və sənətkarlıq
хüsusiyyətlərinə malik şeirlərini, poemalarını, mənzum dramlarını oхuyanda aydınca hiss olunur ki, bü cür əsərləri yaradan
insanın elmi-nəzəri səviyyəsi çoх yüksək olmalıdır. O, həm zəngin folklor nümunələrindən, həm klassiklərimizin zəngin ədəbi
irsindən, həm də dünya ədəbiyyatından yaradıcı şəkildə bəhrələnməyi bacarmasaydı, bu qədər rəngarəng, mükəmməl bədii struktura,
yüksək sənətkarlıq məziyyətlərinə malik əsərlər də yarada bilməzdi.
Bədii ədəbiyyatın nəzəri problemləri ilə ciddi şəkildə məşğul olması
Mir Cəlal müəllimin öz yaradıcılıq nümunələrinə də təsirsiz qalmamışdır.
Onun qələmindən çıхan nəsr əsərlərini müхtəlif nəzəri problemlər istiqamətində araşdırmaya cəlb edəndə aydın şəkildə görünür ki,
bu əsərlər təkcə yazıçı təхəyyülünün yoх, həm də ona gizli şəkildə, daim nəzarət edən bir tədqiqatçı alim təfəkkürünün məhsuludur.
Mikayıl Müşfiq adının təmizliyi, saflığı, istedadının işığı, nuru əsərlərinə hopmuşdur… Müşfiq poeziyasının nuru, işığı hələ də şəfəq saçır.
İllər ötsə də, o işıq öləziməyib. Müşfiqin həyat çırağını vaxtsız söndürsələr də, onun poeziyasının işığı yaşayır, neçə-neçə insan qəlbinin hicra guşələrinə işıq salır, onlarda sevgi,
sevinc, həyat eşqi duyğularını oyadır…
Məzmun yeniliyi ilə obrazlı deyim tərzinin vəhdəti Rəsul Rzanın bütün yaradıcılıq nümunələrinin orijinallığını şərtləndirən amillər sırasındadır.
Hamı uşaq kimi doğulur, ancaq ömrünün ixtiyar çağında dünyadan uşaq kimi köçmək hər adama nəsib olmur. Azərbaycan uşaq poeziyasının ağbirçəyi
Xanımana Əlibəyli Ulu Yaradanın dərgahına mələk qanadında uçan belə xoşbəxt sənətkarlardandır.
Bütün şüurlu həyatını, ömrünü ədəbiyyatın tədqiqinə, təbliğinə həsr edən nüfuzlu ziyalılarımızdan, ədəbiyyatşünaslarımızdan biri olan
Əhəd Hüseynov çoxdan dünyasını dəyişsə də, xatirəsi onu tanıyanların, sevənlərin,
çoxsaylı tələbələrinin, doğmalarının, əzizlərinin yaddaşından silinmir.
Qasım Qaımzadənin şeirlərini oxuyanda vətəni, xalqı dərin məhəbbətlə sevən, zəmanəsi ilə möhkəm təmasda olan xeyirxah, təvazökar bir şairin ürək çırpıntılarını eşidirik.
Teymur Elçin poeziyasının məziyyətlərini şərtləndirən ən başlıca amil də onun uşaqlara olan məhəbbətidir. Uşaqların səviyyəsinə, maraq dairəsinə uyğun əsərlər yazan
Teymur müəllim uşağı uşaq yerinə qoymur, adi bir hadisənin, süjetin arxasında
son dərəcə mühüm əxlaqi problemlər qoyur və onun bədii həllini verməyə nail olur.
İnsanlığı zaman-zaman düşündürən elə bir problem yoxdur ki, Bəxtiyar Vahabzadənin poeziyasında bu və ya digər şəkildə öz əksini tapmamış olsun. Onun şeirləri, nəğmələri indi də dillər əzbəridir, insanları saf məhəbbətə, vətənpərvərliyə, düzlüyə, ləya-qətə, xalq işi uğrunda mübarizəyə, əslini-nəslini unutmama¬ğa, mənəvi dünyamızın, əxlaqımızın, dilimizin, dinimizin keşiyin¬də ayıq-sayıq dayanmağa, əsl insan kimi yaşayıb-yaratmağa səslə¬yir. Özü də bütün bunların yüksək peşəkarlıqla bədii əksi şairin fikir və düşüncələrinin təsir gücünü qat-qat artırır. Elə buna görə də Bəxtiyar Vahabzadəni bütün zamanların şairi hesab etmək olar.
Qabilin poeziyasının ən birinci məziyyətini şərtləndirən amil səmimiyyətdir. O, çox sadə, duzlu, məzəli, sözü üzə deməkdən çəkinməyən, mənəviyyatca təmiz bir insan idi.
Bu tanınmış şairin müxtəlif səpkili şeirləri,
poemaları onun daxili dünyasının poetik aynasıdır.
Öz fikir və mülahizələrini, həyata, cəmiyyətə münasibətini sadə adamların həyatı timsalında təsvir etmək
Çingiz Aytmatovun ədəbi üslubu üçün çox səciyyəvidir.
Hikmət Ziyanın təmsillərində xalq hikmətinin ziyası vardır.
Rəngarəng mövzulu bütün məqalələrində, çıxışlarında Bəkir Nəbiyevin ədəbiyyata, mədəniyyətə, cəmiyyətdəki çeşidli proseslərə, hadisələrə vətənpərvər ziyalı,
ictimai xadim mövqeyi ilə qiymət verilməsi razılıq hissi doğurur.
Tofiq Mahmudun poeziyası elə bil ki, işıqla, sevgi ilə, həyat eşqi ilə, gözəllik duyğuları ilə yoğrulub. Bu da təsadüfi deyildir. Çünki onun özü də son dərəcə işıqlı, nurlu, həssas, kövrək,
qayğıkeş, mehriban, səmimi bir insan idi.
Tofiq Bayram gözəl şair, tərcüməçi olmaqdan başqa, həm də ədəbiyyatımızın, mədəniyyətimizin ayıqsayıq keşikçisi idi...
Yaşar Qarayevin əsərlərini oxuyanda onun təhlil mədəniyyəti, bədii ədəbiyyatı dəyərləndirmə ustalığı, fikrini obrazlı şəkildə ifadə etmək bacarığı
həmişə məni heyran qoyub və qoymaqdadır. Infarkt keçirəndən sonra onun yazıb «Ədəbiyyat qəzeti»ndə çap etdirdiyi fəlsəfi düşüncələrin təsiri indi də azalmayıb.
Çünki dünyanın hər üzünü görən Yaşar müəllim o zaman müdrikliyin zirvəsində idi… Əslində Yaşar müəllim elə həmişə müdrik olub: cavanlığında da, ömrünün ixtiyar çağında da… gördüm…
Onun gülüşünün də sətiraltı mənası var idi elə bil…
Yaşar Qarayev istedadının çiçəkləndiyi bir vaxtda dünyasını dəyişsə də, ədəbiyyatşünaslıq dünyasında onun şərəfli və əbədi bir yeri var. Hələ neçə-neçə ədəbiyyatşünaslar nəsli onun əsərlərini
oxuya-oxuya özlərini tapacaq, elmimizə Yaşar müəllimin adına layiq töhfələr verəcəklər… Tam əminliklə deyə bilərəm ki,
Yaşar Qarayevin adı ədəbiyyatşünaslıq elmimizin klassikləri sırasında daim yaşayacaqdır.
Aristotelin zəngin ədəbi irsi öyrənildikcə öyrənilən, yeni-yeni cəhətləri üzə çıхarılan, yeni fikir və mülahizələr irəli sürməyə çalışan alim və
yazıçıların tez-tez müraciət etdiyi tükənməz bir mənəvi хəzinədir.
Dünya ədəbi-nəzəri fikrinin ən sayılıb-seçilən nümunələrindən biri də
Bualonun “Poeziya sənəti” əsəridir. “Poeziya sənəti” Fransada
klassisizm cərəyanının yaranıb inkişaf etdiyi bir dövrdə – ХVII əsrdə yazılsa da, öz elmi və praktik dəyərini indi də qoruyub saхlamaqdadır. Bu əsərdə irəli
sürülən nəzəri mülahizələrdən dünyanın əksər ölkələrində istər sənət adamları, istərsə də ədəbiyyatşünaslar,
estetiklər zaman-zaman bəhrələnmiş, gözəl sənət və tədqiqat əsərləri yaratmışlar.
Jül Renarın istər həyat, təbiət hadisələri, istər bədii sənətkarlıq məsələləri haqqında fikir və mülahizələri
o qədər maraqlıdır ki, adam onun “Gündəliy”ini dönə-dönə vərəqləyib oхumaqdan yorulmur.
“Amerika faciəsi” Amerika ədəbiyyatının magistral istiqa-mətini göstərən bir əsər kimi dəyərlidir.
Teodor Drayzer Amerika ədəbiyyatının şöhrətini qaldıran və onun üfüqlərini genişləndirən bir sənətkardır. O, Amerika ədəbiyyatına həyatın canlı nəfəsini gətirmişdir.
Heminquey yaradıcılığını oxucuya sevdirən, onun əsərlərini cazibədar edən ən mühüm cəhət gərgin döyüş anlarında belə qəhrəmanların ürəyində baş qaldıran həyat eşqidir. Əgər bu olmasa, döyüşlərə, müharibəyə nifrət edən oxucular qanlı-qadalı hadisələrin təsvirinə də nifrət edərlər. Ancaq Heminquey yaradıcılığında döyüş səhnələrinin təsviri məqsəd yox, vasitədir. Çətin şəraitdə qəhrəmanların daxilindəki hissləri üzə çıxaran qüdrətli bir vasitə.
Ernest Heminqueyin sənət zirvəsi çox yüksək¬dir və bu ucalıq insan taleyinin dərinliyindən qaynaqlanır…
Bir qədər dərindən düşünəndə aydın olur ki, Meri Poppins elə Pamela Treversin özüdür. Öz uşaqları olmayan yazıçının bir uşağı övladlığa götürüb tərbiyə eləməsi
məlum faktdır. Ancaq bu, məsələnin bir tərəfidir. Əsas məsələ isə ondadır ki, Pamela Trevers bütün uşaqları dərin məhəbbətlə sevmiş, onların xoşbəxt olmasını arzulamışdır.
Elə buna görə də bütün dünyada onu sevir, əsərlərini həyəcanla, məhəbbətlə oxuyurlar…
Müasir Ukrayna ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də İvan Draçdır. Onun əsərləri bir sıra dünya xalqlarının dilinə tərcümə olunmuş,
poetik düşüncələri oxucuların rəğbətini qazanmışdır. Orijinal yaradıcılıq üslubuna malik olması, insanlığı narahat edən bir sıra problemlərin
bədii həllini öz əsərlərində verməyə çalışması İvan Draçın poeziyasının müvəffəqiyyətlərini şərtləndirən əsas cəhətlərdəndir.
Paulo Koelyo dönə-dönə vurğulayır ki, öz taleyinin sahibinə çevrilmək üçün inadla, əzmlə mübarizə aparmaq hər bir insanın ən başlıca vəzifəsi,
borcudur. Insanın daxilindəki sehrli, özünün də baş aça bilmədiyi möcüzəli bir qüvvə onun həyat uğrunda, arzularının gerçəkləşməsi, səadətə, xoşbəxtliyə qovuşması yolunda
apardığı mübarizənin başlıca hərəkətverici qüvvəsidir və insanın fərdi taleyi bəşəriyyətin taleyi ilə sıx surətdə bağlıdır, onun ayrılmaz tərkib hissəsidir. İnsan bir şeyi sidq
ürəklə istəyəndə həmin gözəgörünməz sehrli qüvvə ona
arzularını reallaşdırmaq yolunda yardımçı olur, kömək göstərir.