1950, 2 yanvar |
Azərbaycan Respublikası Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində anadan olmuşdur. |
1956-1963 |
Çardaxlı kənd məktəbində oxumuşdur. |
1964-1966 |
Qubadlıda orta məktəbdə təhsil almışdır. |
1966-1970 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. |
1969 |
Bakıdakı 211№li məktəbdə göstərdiyi fəaliyyətə görə V.İ.Lenin adına APİ-nin Komsomol Komitəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur. |
1970 |
Azərbaycan Dövlət Pedaqoji Universi-tetinin filologiya fakültəsini bitirib orta məktəbdə dil və ədəbiyyat müəllimi ixtisasına sahib olmuşdur. |
Sumqayıtdakı 1№li Tikinti Trestinin 5№li fəhlə
yataqxanasında tərbiyəçi müəllim kimi əmək fəaliyyətinə
başlamışdır (23 oktyabr). |
1971, 1 sentyabr |
Sumqayıt şəhərindəki 10№li məktəbə dil - ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. |
Yerevan şəhərinə hərbi qulluğa göndərilmişdir
(22 noyabr). |
1972, 25 noyabr |
Hərbi qulluğu bitirdikdən sonra Sumqayıt şəhərindəki 10№li məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir.
|
1973, 1 sentyabr |
Sumqayıt şəhərindəki 23№li məktəbdə müəllim işləməyə başlamışdır. |
1978-1982 |
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olmuşdur. |
1892
|
A.S.Puşkindən
tərcümə etdiyi Torçu və balıq mənzum nağılı İrəvan
şəhərində kitab halında çapdan çıxmışdır. |
1980 |
İnşaatçılarla yaradıcılıq görüşünə görə Şamxor Su Elektrik Stansiyasının rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir. |
1982 |
Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını əla qiymətlərlə bitirmişdir. |
Uşaq və gənclər ədəbiyyatı tənqidçilərinin Moskvada keçirilən birinci Ümumittifaq seminarında iştirak etmişdir.
Qori Müəllimlər Seminariyası tatar şöbəsi-nin
Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. |
1984 |
XX əsr Azərbaycan sovet poemasının inkişaf problemləri (1956-1965) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri namizədi adı verilmişdir.
etdirmişdir. |
1985 |
Göyərçin jurnalının redaksiyasına şöbə müdiri vəzifəsinə təyin edilmişdir (18 fevral). |
1986 |
Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
|
Uşaq və gənclər ədəbiyyatı tənqidçilərinin Moskvada keçirilən ikinci Ümumittifaq seminarında iştirak etmişdir. |
1987 |
Azərbaycan LKGİ MK-nın fəxri fərmanı ilə təltif olunmuşdur |
SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. |
Respublika mətbuatında gənclər problemlərinin işıqlandırılmasında fəal işinə görə Azərbaycan LKGİ MK-nın katibliyi tərəfindən fəxri fərmanla təltif olunub. |
1988 |
Uşaq və gənclər ədəbiyyatı tənqidçilərinin Moskvada keçirilən üçüncü Ümumittifaq seminarında iştirak etmişdir.
|
1989 |
Ətirli düymələr kitabına görə Azərbaycan Mətbuat Komitəsi, Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsi tərəfindən İlin ən yaxşı kitabı mükafatına layiq görülmüşdür. |
Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin iştirakçısı olmuşdur. |
1992, 1 mart |
Göyərçin jurnalının məsul katibi vəzifəsinə təyin edilmişdir. |
1993 |
SumqayıtPedaqoji Seminariyasında Uşaq ədəbiyyatından mühazirələr oxumuşdur. |
1996, 10 sentyabr |
Azərbaycan Dövlət Televiziyasının Xəbərlər baş redaksiyasında Elm, mədəniyyət, incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. |
1997, 15 may |
Azərbaycan Gənclər İttifaqı Ali Məclisinin 11-5№li qərarına əsasən, Göyərçin jurnalının baş redaktoru vəzifəsinə təyin edilmişdir. |
Azərbaycan Yazıçılar Birliyi Qəbul Komissiyasının üzvü seçilmişdir (noyabr). |
1998, 20 fevral |
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Vətən fəxri diplomu ilə təltif edilmişdir. |
2000 |
Azərbaycan Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin fərmanı ilə ona Qızıl qələm mükafatı verilmiş və Kəmaliyyə diplomu təqdim edilmişdir (8 yanvar). |
Azərbaycan Yazıçılar Birliyinin ən yaxşı uşaq ədəbiyyatına görə təsis etdiyi Tofiq Mahmud ədəbi mükafatına layiq görülmüşdür. |
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsi, Respublika Sevil Qadınlar Məclisinin Sumqayıt şəhər şöbəsi və Respublika Uşaq Fondu Sumqayıt şəhər şöbəsinin diplomu ilə təltif edilmişdir (29 sentyabr). |
2000, 1 sentyabr |
Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsində ixtisas kurslarından mühazirələr oxumağa başlamışdır. |
2001, 26 sentyabr |
Azərbaycan Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə ona Araz Ali Ədəbi Mükafatı verilmiş və Laureat diplomu təqdim edilmişdir. |
2004, 4 iyun
|
Azərbaycan Yazıçılar Birliyinin İctimai qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin üzvü seçilmişdir. |
2005 |
Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. |
2006 |
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 iyul 2006-cı il tarixli (protokol №22-k) qərarı ilə ona Azərbaycan ədəbiyyatı kafedrası üzrə dosent elmi adı verilmişdir. |
AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdindəki ixtisaslaşmış müdafiə şurasında XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (11 oktyabr). |
2007 |
Azərbaycan Prezidenti yanında Ali At-testasiya Komissiyasının 30 mart 2007-ci il tarixli qərarı ilə (protokol №6-R) ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. |
2008, 31 yanvar |
Sumqayıt Dövlət Universitetinin professoru seçilmiş, eyni zamanda sentyabr ayından ADPU-da dərs deməyə başlamışdır. |
2010 |
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur. |
2011 |
Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdindəki Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi və Folklorşünaslıq ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru müdafiəsi üçün nəzərdə tutulmuş ixtisaslaşmış Dissertasiya Şurasının üzvü təyin edilmişdir. |
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 dekabr 2011-ci il tarixli (protokol №16-R) qərarı ilə ona Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrası üzrə professor elmi adı verilmişdir. |
2015 |
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur. |
Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.
|
Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdindəki Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru müdafiəsi üçün nəzərdə tutulmuş ixtisaslaşmış Dissertasiya Şurasının üzvü təyin edilmişdir. |
2016 |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin uşaqlar üçün yazılan ən yaxşı əsərlər müsabiqəsində nəzm nominasiyası üzrə birinci mükafata layiq görülmüşdür. |
2019 |
Nağıl qapısı kitabına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qızıl kəlmə ədəbi mükafatına layiq görülmüşdür. |
2020 |
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur. |
2022 |
Uzunmüddətli elmi-pedaqoji fəaliyyətinə, şəhərin ictimai həyatında fəal iştirakına görə və Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətlə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin 14 noyabr 2022-ci il tarixli 712 nömrəli sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşdur. |
2023 |
Prezident mükafatçısı olmuşdur (bir illik Prezident təqaüdü) |
2023 |
Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Folklor İnstitutu nəzdindəki Azərbaycan ədəbiyyatı və folklorşünaslıq ixtisası üzrə elmlər doktoru və fəlsəfə doktoru müdafiəsi üçün nəzərdə tutulmuş ixtisaslaşmış Dissertasiya Şurasının üzvü təyin edilmişdir |
2023, 26 oktyabr |
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 26 oktyabr 2023-cü il tarixli 3-29/3-1-1359K/2023 nömrəli əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021) yubiley medalı ilə təltif edilmişdir. |
2024, 24 may |
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
|
2024, 6 iyun |
Dövlət Sərhəd Xidməti Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir. |
2025, 2 yanvar |
Azərbaycan Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. |