Ümummilli Lider Heydər Əliyevin kitab, kitabxana haqqında müdrik kəlamları

"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir."


Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin.


Kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan keçir, burada tariximizin yazılı salnaməsi şərəflə qorunub saxlanılır.


Kitabxanalar, mədəniyyət evləri və klublar şəbəkəsinin daha da genişlənməsin və onların işinin yaxşılaşdırılması məsələsinə daim diqqət yetirilmişdir.


Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq, Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümükün olan bütün tədbirləri görməliyik. Mən Respublikanın Prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.


Əlyazmalar, xüxusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqrqaflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar və nadir nəşrlərə mədəniyyət sərvətləri statusu verilmişdir.


Mən çox məmnunam ki, bu gün Azərbaycanda yazıçılarımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də görürük. Şübhəsiz ki, bu mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiyyətdir.


Kitabxana elə bir yerdir ki, gərək, daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır, bunlar insanlara yeni biliklər, yeni məlumatlar gətirir. Ona görə də bizim bu mərkəzi kitabxanamız daim yeni-yeni nəşrlərlə təmin olunsun. Vaxtı ilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hər kəs öz töhfəsini versin. Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm.


Zəngin tariximizi əks etdirən çox əsərlər var, kitablar var, maddi əşyalar var. Ancaq bunların içərsində bizim milli mədəniyyətimizi, milli- mənəvi dəyərlərimizi əks etdirən əsərlər hamısından qiymətlidir və bu gün üçün, gələcək üçün hamısından da gərəklidir.


Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.


Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.


Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.


"Kitabi-Dədə Qorqud" həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir.


Xalq həmişə öz ziyallıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.


Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.


 

<< Geri