Bəradərim Firidun bəyə

təqdim etdiyim rəsmimin altına

 

 

Qəlbinə yəəs, iğbirar açan

Gözlərimdə əməllərimdir uçan.

Bəllidir hər baxışda dərd, qəmim,

Baxma, əks eyləyər sənə ələmin.

Ürəyimdə coşan bu fırtınalar,

Səni də mən kimi məlul eylər.

Məni ağlar görüncə, sən gül, gül!

Çünki əbr ağlayar, gülər sünbül.

 Donuq bir çöhrədən dolğun üzüm bir lövheyi-müəbərr.

Sönük bir didədən sönmüş gözüm bir bərqi-seylavər.

 

<< Geri