1863 |
Firidun bəy Əhməd ağa oğlu Köçərli yanvar ayının 26-da
Şuşa şəhərində anadan olmuşdur. |
1872-1876
|
Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində oxumuşdur. |
1879 |
Bir il Şuşada rus məktəbində təhsil almışdır.
A.O.Çernyayevski (1840-1894) Şuşaya gəlmiş (1879, may),
Firidun bəyin adını Qori Müəllimlər Seminariyasında
oxuyanların siyahısına daxil etmişdir. |
1879-1885
|
Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almışdır.
Müəllimlərindən A.O.Çernyayevski və M.Kipiani ilə
yaxın münasibət saxlamışdır. |
1884
|
Təlimi-Sokrat əsərini yazmışdır. |
1885 |
Seminariyanı bitirib İrəvan gimnaziyasına təyinat almış,
İrəvana getmişdir. |
1885-1890 |
İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini
tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini
daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə
dəfələrlə mükafatlandırılmışdır. Ona Kollecski
sekretar, Titulyar sovetnik və Statski sovetnik
rütbələri verilmişdir.
İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə
ilə birlikdə Təlimi-lisani-türkü adlı dərslik tərtib
etmişdir. |
1886 |
Teatr tamaşası qoymuşdur.
|
1890 |
İrəvanda Müsyö Jordan və dərviş Məstəli şah
komediyasını tamaşaya qoymuşdur. |
1891 |
"Təlimi-Sokrat" adlı kitabı Baxçasarayda " Tərcüman" mətbəəsində çap olunmuşdur. |
1892
|
A.S.Puşkindən
tərcümə etdiyi Torçu və balıq mənzum nağılı İrəvan
şəhərində kitab halında çapdan çıxmışdır. |
1893-1894 |
İrəvan Gimnaziyasında Pedaqoji fəaliyyətini davam
etdirmişdir. |
1895 |
İrəvanı tərk etmişdir. |
M.Y.Lermontovun Üç xurma ağacı və A.Koltsovun A kişi,
niyə yatıbsan? şeirlərinin tərcüməsindən ibarət kitabı
Şuşada çap edilmişdir. Tatar komediyaları adlı ilk
elmi məqaləsi Novoye obozreniye qəzetində dərc
olunmuşdur;
Qori Müəllimlər Seminariyası tatar şöbəsi- nin
Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. |
1895-1918 |
Qoridə pedaqoji fəaliyyətini davam
etdirmişdir. |
1897 |
Badisəba xanım Köçərli (1881-1954) ilə ailə qurmuşdur. |
1898 |
Ərəb əlifbası və onun qüsurları silsilə məqaləsi
Qafqaz qəzetində dərc olunmuşdur. |
1899 |
III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif
olunmuşdur. |
1900 |
Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində
Qori Seminariyasından nümayiş etdirilən eksponatlar
sırasına F.Köçərlinin kitabları da daxil edilmişdir. |
1902 |
II dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif
olunmuşdur. |
1903 |
Tiflisdə Azərbaycan tatarlarının ədəbiyyatı kiitabı
rus dilində çap edilmişdir. |
M.F.Axundovun Aldanmış kəvakib povestini rus dilinə
çevirmişdir. |
1904 |
A.P.Çexovun "At familyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-rus" qəzetində dərc etdirmişdir. |
1906 |
Molla Nəsrəddin jurnalının nəşrə başlamasını təqdir
etmiş, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal
hazırlayıb, Tiflisskiy listok qəzetində dərc
etdirmişdir; |
İrşad qəzetində Bir darülmüəllimin kifayətdir adlı
məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil
Müəllimlər Seminariyası yaradılması məsələsini
qaldırmışdır. |
Cəlil
Məmmədquluzadənin Usta Zeynal kitabçası haqqında eyniadlı məqaləsi Znaniye qəzetində çapdan çıxmışdır. |
1907-1909 |
Qori Seminariyasında ana dili və şəriət müəllimi vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. |
1910 |
Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunmuşdur. Qori Seminariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Vətən dili dərsliyi haqqında Cənab Şirvanskinin rəyi münasibəti ilə adlı məqaləsində A.O.Çernya-yevskinin adı çəkilən dərsliyini müdafiə etmişdir. |
1911 |
M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi
münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda
məruzə ilə çıxış etmişdir. Mirzə Fətəli Axundov adlı
kitabı çap olunmuşdur. |
1912 |
Balalara hədiyyə kitabı Bakıda Kaspi mətbəəsində çap
olunmuşdur; |
M.Ə.Sabirin
xəstəliyi, ona maddi kömək göstərilməsi barədə
Bəradərim Cəlildən çap olunmasını iltimas edirəm adlı
məqaləsini Molla Nəsrəddin jurnalında, Vəfatı-şair
məqaləsini Məlumat qəzetində dərc etdirmişdir. |
1913 |
Azərbaycan ədəbiyyatı tarixi adlı üçcildlik əsərini
tamamlamışdır. Əsərin Bakıda çapı üçün göstərilən səylər
baş tutmamışdır. |
Molla Nəsrəddin jurnalında Ana dili məqaləsi dərc olunmuşdur (16 sentyabr, 12 oktyabr, №22-23). |
1914 |
Qoridən Bakıya Abdulla Şaiqə məktub yazmış, Azərbaycan ədəbiyyatı tarixi materialları çap etdirmək səylərini davam etdirmişdir. |
1915 |
Seminariyada pedaqoji fəaliyyətlə məşğul olmuş, Dost və müəllim N.O.Lomourinin xatirəsi adlı məqaləsi Bakıda Kaspi qəzetində dərc edilmişdir. |
1916-1917 |
Qori Seminariyasında müəllimlik etmiş, Azərbaycan
şöbəsinin inspektoru vəzifəsini daşımış, şöbənin
Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş,
təkliflər irəli sürmüşdür;
Siyasi proseslərə qoşulmuş, Musavat partiyasına üzv
olmuşdur. |
1918 |
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini
tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə
Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan
Müəllimlər Seminariyası yaradılmışdır. Firidun bəy
Köçərli Seminariyanın direktoru təyin olunmuşdur. Qazax
Müəllimlər Seminariyasında ilk dərslər başlamışdır (17
sentyabr).
Qazaxda ilk dəfə olaraq uşaq evi açmışdır;
Mayın
28-də Azərbaycan Milli Şuranın üzvü seçilmiş, İstiqlal
bəyannaməsini imzalamışdır. |
1919 |
Fevral ayının 1-də Musavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilmişdir. |
1918-1920 |
Qazax müəllimlər Seminariyasının müdiri işləmişdir. |
1920 |
Vətən dilinin I hissəsinin yenidən işlənməsində
xidmətləri olmuşdur. 300-dən artıq dərsliyə düzəliş
etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika
və stilistikasını zənginləşdirmişdir;
1920-ci ilin mayında Qazax kommunistləri Köçərli və
digər Musavat üzvlərini xalqa xəyanətdə, milli
nifaq törətməkdə ittiham etmişdir.Qazax
İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin
təqdimatına əsasən ədib həbs edilmişdir.
Gəncə üsyanı
yatırıldıqdan sonra erməni daşnaklarının təşəbbüsü ilə
XI Ordunun xüsusi şöbəsi tərəfindən ədib bolşeviklərə
qarşı etirazların iştirakçısı kimi, 58 yaşında faciəli
şəkildə qətlə yetirilmişdir. |
1926 |
Azərbaycan ədəbiyyatı tarixi materialları kitabının II hissəsi nəşr edilmişdir. |
1963 |
Seçilmiş əsərləri kitabı çap olunmuşdur. |
1967 |
Balalara
hədiyyə kitabı nəşr edilmişdir. |
1972 |
Balalara hədiyyə kitabı təkrarən nəşr edilmişdir. |
1978 |
Araz romanını, Qocpolad
poemasını tamamlayır. |
Azərbaycan ədəbiyyatı kitabının I cildi təkrar nəşr edilmişdir. |
1987 |
Balalara hədiyyə kitabı təkrar nəşr edilmişdir. |
1981 |
Azərbaycan ədəbiyyatı kitabının II cildi təkrar nəşr edilmişdir. |
1992 |
XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı kitabında
F.B.Köçərli haqqında geniş məlumat verilmişdir. |
2005 |
Azərbaycan
ədəbiyyatı kitabı təkrar nəşr edilmişdir. |
2007 |
Müqəddəs
tarix kitabı təkrar nəşr edilmişdir. |
2013 |
Balalara hədiyyə kitabı təkrar nəşr edilmişdir. |
2017 |
Balalara hədiyyə kitabı təkrar nəşr edilmişdir. |
2018 |
"Pretty Fatma"
kitabı nəşr edilmişdir. |