"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Əsrlərə sığmayan lider”

      Qasımova Nərgiz

Yasamal rayon 31 nömrəli tam orta məktəb

    Heydər Əliyev Azərbaycan xalqının yaddaşında böyük siyasətçi, müdrik dövlət başçısı və milli lider kimi əbədiyaşar bir şəxsiyyət kimi qalmışdır. Ulu öndərin zəngin siyasi irsi və mənəvi dəyərləri bu gün də müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayır. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqın rifahı, dövlətin möhkəmlənməsi və milli kimliyin qorunması üçün əzmlə çalışmışdır.

       1993-cü ildə ölkənin ağır bir dövründə xalqın istəyi ilə hakimiyyətə gələn Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərpa etmiş, parçalanmaq təhlükəsi qarşısında qalan dövlətin suverenliyini qorumağı bacarmışdır. Onun rəhbərliyi ilə qəbul olunan mühüm qərarlar - yeni Konstitusiyanın qəbul edilməsi, milli ordu quruculuğu, hüquqi və iqtisadi islahatlar - müstəqil Azərbaycanın gələcək inkişafının əsasını qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi" Azarbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasına və ölkə iqtisadiyyatının dirçəlməsinə təkan vermişdir. Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına xüsusi önəm vermişdir. Ümumilli lider tarixi irsimizin, mədəniyyətimizin, dilimizin və adət-ənənələrimizin yaşadılmasını və gələcək nəsillərə ötürülməsini əsas vəzifələrdən biri hesab edirdi. Onun dövründə milli-mədəni irsimizin yenidən dirçəldilməsi, abidələrin bərpası, klassik irsin təbliği və milli kimliyin gücləndirilməsi istiqamətində geniş tədbirlər görülmüşdür. Dahi şəxsiyyət Azərbaycan dilinin dövlət dili kimi inkişafı və istifadəsinin təmin olunmasına xüsusi diqqət yetirmiş, bu sahədə ardıcıl islahatlar həyata keçirmişdir.

     Gənclərə olan münasibət Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biri idi. Ulu öndər dəfələrlə bildirmişdir ki, Azərbaycanın gələcəyi məhz sağlam düşüncəli, vətənpərvər, bilikli və savadlı gənclərin əlindədir. Bu məqsədlə xarici ölkələrdə təhsil proqramları həyata keçirilmiş, ölkədə təhsil sisteminin keyfiyyəti artırılmış, gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakı üçün şərait yaradılmışdır.

  Heydər Əliyev həmçinin Azərbaycanın multikultural və tolerant ölkə kimi inkişafına da mühüm töhfələr vermişdir. Onun rəhbərliyi dövründə müxtəlif dini va etnik qruplar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühiti təşviq edilmişdir. Bu siyasət nəticəsində Azərbaycan dünyada multikulturalizm modelinə çevrilmişdir.

       Bu gün də Heydar Əliyevin irsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev fondu və Heydər Əliyev irsini araşdırma mərkəzi onun həyat və fəaliyyətini, ideya və prinsiplərini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün mühüm işlər görür.

        Heydər Əliyev yalnız bir siyasi lider deyil, həm də Azərbaycan xalqının mənəvi simvoluna çevrilmiş bir şəxsiyyətdir. Onun irsi və dəyərləri bu gün də ölkənin inkişaf yolunda bələdçi rolunu oynayır və gələcək nəsillər üçün bir örnək olaraq yaşayır.

 

 

<< Geri