Tağıyev Murad
Hədəf Steam Liseyi 6-cı sinif şagirdi
Heydər Əliyev adı Azərbaycan xalqı üçün sadə bir siyasətçi adı deyil, bir liderin, bir xilaskarın, böyüklük simvoludur.
Ulu öndər çətin zamanlarda xalqına arxa-dayaq olmuş, ölkəni böyük təhlükələrdən qoruyan bir insan kimi yaddaşlarda qalmışdır.
1923-cü ildə Naxçıvanda anadan olan Heydər Əliyev hələ gənc yaşlarından dövlət işinə maraq göstərib. Zəhməti, bacarığı və xalqına olan bağlılığı onu yüksək pillələrə qaldırdı. 1969-cu ildə Heydər Əliyevin
gəlişi ilə ölkədə bir çox sahədə inkişaf başladı. İnsanların həyat səviyyəsi yaxşılaşdı, sənaye və kənd təsərrüfatı canlandı. Amma onun ən böyük rolu 1990-cı illərin əvvəllərində ortaya çıxdı. Ölkədə
qarışıqlıq vardı. Xalq çıxış yolu axtarırdı və hər kəs həmin anda Heydər Əliyevə üz tutdu.
Ulu öndər bu çətin və ağır məsuliyyəti öz üzərinə götürüb ölkədə sabitlik yaratdı.
Onun neft strategiyası, xarici siyasətdəki uğurları və ən əsası, millətinə olan sevgisi Azərbaycanı bugünkü inkişaf yoluna gətirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri onun xalqına olan sevigisinin bariz nümunəsidir.
Heydər Əliyev bizim üçün təkcə keçmişin bir parçası deyil, gələcəyə uzanan bir körpüdür. Heydər Əliyev azərbaycanlıların yaddaşında daim yaşayacaq.
|