"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Tarix yazan sərkərdə”

      Məmmədli Günay

27 saylı məktəbin 8d sinif şagirdi.

    Türk milləti tarix boyunca zaman-zaman böyük sərkərdələrini meydana çıxarmışdır. Heydər Əlirza oğlu da o böyük sərkərdələrdən biridir. Mustafa Kamal Paşa Türkiyəni düşdüyü çirkabdan çıxardığı kimi Heydər Paşa da Azərbaycanı bu bəladan qurtardı. “Doğan Gürəş”

      Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdən biri də Heydər Əlirza oğlu Əliyevdir. Bu böyük şəxsiyyət tarixdə öz sözünü demiş Atatürk və Azərbaycan dövlətinin təməlini qoyan Şah İsmayıl Xətai ilə bir sırada tutulur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı demokratik inkişaf yoluna çıxarmışdır. Ulu öndərimizin cızdığını yolla Azərbaycan böyük və parlaq gələcəyə doğru addımladı və addımlayır. Heydər Əliyev əsas vəzifəni müstəqil Azərbaycanın sağlam gənclərini tərbiyə etmək və yetişdirməkdə görürdü. Biz gənclərin də təlim-tərbiyəsinin qayğısına qalmış məktəbi bitirən məzunların ölkədən xaricdə təhsil alması üçün şərait yaratmışdır. Həmin gənclər indi ölkədə müxtəlif sahələrdə işləyir öz təcrübələrini aldıqları bilik və bacarıqlarını elmin bu və ya digər sahəsində tətbiq edirlər. Heydər Əliyev ensiklopedik yaddaşa malik bir şəxsiyyətdir. Qədim tarixdən fəlsəfə, siyasət, ədəbiyyat dilin müxtəlif istiqamətlərinə aid bu qədər hadisələri yadda saxlamaq görünməmiş işdir. Bir çox xalqlar həsəd aparmışlar ki, Azərbaycan xalqının belə ictimai xadimi var idi. Onun ədəbi bədii gecələr keçiriləndə iştirak və pərdə arxasında sənətkarların hər birinə xüsusi qayğı ilə yanaşmasının şahidi olmuşuq. Ulu öndər hər bir sənətkara öz layiqli qiymətini verməyi bacaran dövlət başçılarındandır. Fəhlə ilə fəhlə kimi, rəssam ilə rəssam kimi, dilçi ilə dilçi kimi danışmağı bacarırdı. Çağdaş ədəbiyyatımızda bu böyük şəxsiyyətə həsr olunmuş çoxlu sayda elmi əsərlər vardır. Azərbaycan xalq şairi Nəbi Xəzri “Heydər Əliyev şəxsiyyətinə inam” adlı poemasını həsr etmişdir. Eldar İsmayıl, Fikrət Qoca, Səyyad Aran, Mübariz Qurbanlı və bir çoxları da Heydər Əliyev haqqında əsərlər yazmışlar. Xalq heykəltəraşı Ömər Eldarov ulu öndərin bir neçə heykəlini və büstünü yaratmışdır. Ulu öndərimiz bir neçə nəğmələrdə də vəsf olunmuşdur. Bir çox xalq artistləri də ona həsr olunmuş musiqiləri həvəslə ifa etmişlər. Hazırki mürəkkəb şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi ideallarını uğurla davam etdirir.

 

 

<< Geri