Əliyeva Mələk
107 nömrəli tam orta məktəbin 7a sinif şagirdi
Hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olmuşdur.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir.
Dahi şəxsiyyət Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edirdi. Görkəmli şair Hüseyn Cavidin 100 illik yubileyində cənazəsinin uzaq Sibirdən gətirilməsi və doğma Naxçıvan torpağında dəfn edilməsi ulu öndər Heydər Əliyevin təkcə şairə deyil, ümumən Azərbaycan ədəbiyyatına, mənəvi dəyərlərinə tarixi ehtiramı idi.
Ən böyük irsi
"Müasir Azərbaycan" olan ulu öndərin hakimiyyəti illərində incəsənətin bütün qolları sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakı şəhərində, eləcə də regionlarımızda mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.
Günü-gündən çiçəklənən Azərbaycanın hər bir uğuru sübut edir ki, şərəfli və nümunəvi ömür sürmüş ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf gələcəkdə də davam edəcəkdir. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil.
Dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən nə qədər danışsaq da, azdır. Vətənə göstərdiyi xidmətlərə görə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir və essemi ona həsr etdiyim şeirlə bitirirəm:
Həyatını həsr etdi doğma Azərbaycana,
Elini, obasını O tanıtdı cahana.
Yurdun hər qarışında iz qoydu əməliylə,
Dəyər verdi tarixə, qorudu sevgisiylə.
Əl tutdu kimsəsizə, kömək etdi onlara,
Rəhbər olsa da, sadə dost oldu insanlara.
Əzizdir xatirəsi nə qədər keçsə dövran,
Liderimiz qəlblərdə yaşayacaq hər zaman,
İlhamdır davamçısı, xalqın əziz rəhbəri,
Yurdum Azərbaycanın işıqlı gələcəyi.
Ehtiyac vardır ona, olubdur xalqa kömək,
Vətənə edir xidmət Ulu öndərimiztək!
|