"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Xilaskar Ruh: Heydər Əliyev”

      Məmmədli Gülsüm

Hədəf Steam Liseyi 6-cı sinif şagirdi

         Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Təhsilini Bakı və Moskvada davam etdirib. 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri seçilərək xalqın rifahı naminə ciddi islahatlara başlayıb. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyi təhlükə altına düşdü. Bütün çətinliklərə baxmayaraq ulu öndər öz xalqına dayaq olmuş, milli irsin, dəyərlərin qorunub saxlanmasına nail olmuşdur.

       Milli irsimizin mühafizəsi məsələsi ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Ulu öndər xalqını və vətənini daim sevmiş, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyərək öz millətinə olan sevgisini ifadə etmişdir. Heydər Əliyev həm də gənclərin təhsilinə, milli-mənəvi dəyərlərə və dövlətçiliyin qorunmasına xüsusi önəm verirdi. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

       2003-cü ilin dekabrında dünyasını dəyişən Heydər Əliyev bu gün də Azərbaycan xalqının qəlbində yaşayır. Onun ideyaları, siyasi kursu bu gün də davam etdirilir və Azərbaycan inkişaf etməyə davam edir.

 

 

<< Geri