"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Ümummilli lider Heydər Əliyevin irsi”

      Əmirxanzadə Mələk

Hədəf STEAM Liseyi 5-ci sinif şagirdi

    Ulu öndər Heydər Əliyev xalqının taleyinə yön verən, tarixində isə sonsuz, dönməz iz buraxan şəxsiyyətdir. Onun həyat yolu alovla yazılmış bir dastan kimidir. Ucalıqlarla, uğurlarla, mübarizələrlə doludur. Heydər Əliyev sadəcə dövlət adamı deyil, siyasətçi lider idi, həm də öz xalqının hər bir vətəndaşının ürəyinə yol tapan bir atalıq siması kimidir. Ulu öndər yalnız bu günün deyil, sabahın da lideridir. O elə bir irs, miras qoyub getdi ki, bu irs min illər sonra da torpaq altından bir filiz kimi çıxacaq, nəsillərə nümunə olacaq.

      Heydər Əliyev sadəcə bir ad deyil, bir xalqın qüruru, bir xalqın gələcəyidir. Çünki ulu öndər xalqını ürəklə sevən, canı ilə qoruyan bir lider idi və ümumilli liderin adı Azərbaycanın tarixindən heç bir zaman silinməyəcək. Hal-hazırda onun yaratdığı dövlətin hər bir uğurunda onun imzası var. Heydər Əliyev bir dövləti deyil, bir əsri dəyişmişdir.

      Çox təəssüflər olsun ki, bizim nəslimizə onu görmək qismət olmayıb. Ancaq mən ulu öndər haqqında olan kitablar oxumuş, filmlərə baxmışam. Məsələn, “Şəxsiyyət və zaman”, “Müdriklik dərsləri” kitablarını oxumuşam. Heydər Əliyev haqqında çəkilmiş bir neçə sənədli və bədii film vardır, ancaq mənim üçün onların arasında ən təsirlisi “Bir ömrün salnaməsi”dir. Ulu öndər bir ömrə sığmayan tarix yaratmışdır. Heydər Əliyev öz xalqı üçün gördüyü işlərlə tarixdə əbədi yer aldı. Necə deyiblər : “İgid ölər, adı qalar”.

 

 

<< Geri