"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Ulu Öndər Heydər Əliyev – Gələcəyi quran keçmiş”

      Qəribli Aysun

Azim Müzəffərov adına 2 saylı tam orta məktəbin 8b sinif şagirdi

       Heydər Əliyev təkcə Azərbaycanın rəhbəri deyildi, bir millətin gələcəyini planlayan uzaqgörən bir strateq idi. Onun irsi mənim üçün yalnız tarix kitablarında yazılan faktlar deyil, bu gün istifadə etdiyim texnologiyanın, öyrəndiyim biliklərin, danışdığım azad fikirlərin bünövrəsidir. Mən bir şagird kimi düşünürəm ki, əgər Heydər Əliyev elmə və təhsilə bu qədər önəm verməsəydi, bu gün biz bu qədər inkişaf etməzdik. Ulu öndər gənclərə hər zaman inanırdı və deyirdi ki, “Gənclər bizim gələcəyimizdir”. Mən də bu sözləri özümə şüar etmişəm.

       Heydər Əliyevin yaratdığı sabitlik olmasaydı, biz nə rahat məktəbə gedə, nə də sərbəst şəkildə fikrimizi ifadə edə bilərdik. Onun milli dəyərlərə bağlılığı, dilimizi və mədəniyyətimizi qoruması, bizi başqalaşmaqdan, özümüzü itirməkdən xilas etdi. Mən hesab edirəm ki, Heydər Əliyev təkcə bu günümüzü deyil, gələcəyimizi də formalaşdıran lider olub. Ulu öndərin bizə qoyduğu ən böyük miras – vətəni sevmək, çalışqan olmaq və heç vaxt ruhdan düşməməkdir. Mən bu mirası daşıyan bir gənc olaraq, gələcəkdə ölkəmə faydalı bir insan olmağa çalışacağam. Çünki mən bilirəm – tarix liderləri unuda bilər, amma xalq onları yaşadarsa, əsl ömür o zaman başlayır.

 

 

<< Geri