"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Heydər Əliyevin Azərbaycanın elm və töhsilin inkişafında rolu”

      Tağıyeva Fərəh

Bakı şəhəri, A. Abdullayev adına 211 saylı orta məktəbin 7 D sinif şagirdi.

    Azərbaycanın dahi oğlu — ümummilli lider Heydər Əliyev elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi. Onun respublikaya rəhbərlik etdiyi ilk dövrdə (1969–1982-ci illər) bu sahədə geniş islahatlara start verildi. Yeni məktəblər tikildi, Akademik şəhərcik inşa edildi, ali təhsil müəssisələri yaradıldı. Onun təşəbbüsü ilə hər il yüzlərlə tələbə keçmiş Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilir, gənc alimlər isə nüfuzlu elm mərkəzlərində çalışmaq imkanı qazandırılırdı. Bu səylərin nəticəsində azərbaycanlı alimlər yüksək nailiyyətlər əldə edir, dövlət mükafatlarına layiq görülürdülər.

    1993-cü ildə Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoydu. Bakıya döndükdən sonra onun ilk görüşlərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə oldu. Ulu öndər vurğulayırdı ki, “Təhsil – millətin gələcəyidir”. Onun təşəbbüsü ilə təkcə paytaxtda deyil, respublikanın ən ucqar bölgələrində belə yüzlərlə məktəb, kitabxana, mədəniyyət evi və uşaq bağçası tikildi. Ulu öndər çıxışlarında  tez-tez deyirdi: “İnsan təhsilin əsasını orta məktəbdə alır, buna görə də orta məktəb təhsil sistemində mühüm yer tutmalıdır”. Bu sözlər onun təhsilin, xüsusilə orta təhsilin cəmiyyətin inkişafında rolunu dərindən dərk etdiyini göstərir.

      Yüksək bal toplayan abituriyentlər üçün Prezident təqaüdünün təsis olunması isə gənclər üçün təkcə maddi deyil, həm də mənəvi stimul oldu.

      Bu gün ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atır. Orta və ali təhsil müəssisələrinin sayı artır, onların maddi-texniki bazası möhkəmləndirilir. Artıq Azərbaycanın təhsil səviyyəsi dünya standartlarına cavab verir və bu gün ölkəmizin ali məktəblərində xaricdən gələn yüzlərlə tələbə təhsil alır.

       Beləliklə, Heydər Əliyevin elm və təhsilin inkişafı üçün atdığı addımlar bu sahədə möhkəm təməl yaratdı və bu təməl üzərində müasir Azərbaycanın uğurları inşa olunur.

 

 

<< Geri