Abdullayev Yusif
31 nömrəli tam orta məktəb 7a sinif şagirdi
Heydər Əliyev XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan xalqının taleyində mühüm rol oynamış, dövlətçilik tariximizə dərin iz qoymuş görkəmli siyasi və ictimai xadimdir. Heydər Əliyev ölkəmizi çətin vaxtlarda qoruyub və inkişaf etməsi üçün bir çox işlər görüb. Mən məktəbdə müəllimimdən və ailəmdən ümummilli lider haqqında çox eşitmişəm. Onun həyatı və əməlləri haqqında nə qədər çox öyrənsəm, bir o qədər ona hörmətim artır.
Heydər Əliyev bizim dövlətimizi sevən, xalqı üçün çalışan rəhbər idi.
Ulu öndər Azərbaycanda sülh və əmin-amanlıq yaratdı. İnsanlar onun dövründə daha rahat yaşamağa başladılar.
Heydər Əliyev deyirdi ki, xalq xalq üçün çalışmalıdır. O, gənclərə və uşaqlara çox dəyər verirdi. Deyirdi ki, gənclər bizim gələcəyimizdir. Təhsilə önəm verir, məktəblərin daha yaxşı şəraitdə olması üçün çalışırdı. Mən də onun kimi vətənimi çox sevirəm və yaxşı oxumağa çalışıram ki, gələcəkdə ölkəmə faydalı olum.
Heydər Əliyev bizim tariximizdə böyük iz qoyub. Ümumilli lider haqqında çoxlu kitablar yazılıb, abidələr qoyulub. Hətta bizim məktəbimizdə də onun şəkli var və biz hər dəfə baxanda fəxr edirik. Biz uşaqlar onun qoyduğu yolu davam etdirməli və
vətənimizi sevməliyik.
1990-cı illərdə Azərbaycan çox çətin dövr yaşayırdı. Həm siyasi qarışılıqlar, həmdə müharibə ölkəni ağır vəziyyətdə salmışdı. Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdı və ölkədə sabitliyi bərpa etdi. Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. Bu, mənim fikrimcə, ümummilli liderin ən böyük xidmətlərindən biridir. Eyni zamanda, Heydər Əliyevin qurduğu neft strategiyası və xarici siyasət sayəsində bu gün Azərbaycan dünya tərəfindən tanınır və inkişaf edən ölkələr sırasındadır. Məncə onun uzaqgörənliyi və dövlətçiliyi bu uğurların təməlidir. Heydər Əliyev yalnız bir siyasətçi deyildi, o, millətini sevən, vətəni üçün çalışan, gələcəyi görən bir lider idi. Heydər Əliyev müstəqil Azərbaycanın əsasını qoydu. Onun ən çox sevdiyim cümlələrindən biri budur: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. Bu sözlər sadəcə bir cümlə deyil, bir xalqın ruhunu ifadə edir. Mən də bir gənc olaraq bu sözləri ürəyimdə daşıyıram və çalışıram ki, vətənimə faydalı olum. Heydər Əliyev Azərbaycan üçün bir qəhrəmandır. Onun xatirəsi ürəklərdə yaşayacaq.
Heydər Əliyev gənclərə böyük dəyər verirdi. O, deyirdi ki, “Təhsil-gələcəyin açarıdır”. Məhz buna görə bu gün biz müasir məktəblərdə təhsil alırıq, elmə və biliyə daha asan çıxışımız var. Ulu öndər bizim gələcəyimizi düşünürdü və bu onun nə qədər uzaqgörən və xalqını sevən bir insan olduğunu göstərir. Heydər Əliyev sadəcə bir ad deyil - o bir tarix, bir məktəb, bir ruhdur. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
|