Xurşidbanu Natəvan

1830-cu ildə (bəzi mənbələrə görə 1832-ci ildə) Şuşa şəhərində anadan olmuşdur. Qarabağın axırıncı hakimi Mehdiqulu xanın qızıdır. Natəvanın qohumlarından – bibisi Ağabəyim ağa, əmisi Nəva, dayıları Hali və Müsahib də şair olmuşlar. Belə bir ailədə yetişən Natəvan, hələ çox gənc ikən ədəbiyyat və incəsənətə böyük həvəs göstərmiş, dövrünün istedadlı şairi və rəssamı olmuşdur. 

Natəvan ədəbi fəaliyyətə təxminən XIX əsrin 50-ci illərində başlamışdır. Onun Azərbaycan və fars dillərində çoxlu qəzəlləri və türk şeirləri vardır. Natəvanın divanı bütünlüklə gəlib bizə çatmasa da, əldə olan əsərlərinə əsasən böyük sənətkar olduğunu müəyyən etmək çətin deyildir. O, Füzuli məktəbinin ən mahir davamçılarından biridir. 

Natəvan Şuşa şəhərindəki ədəbi qüvvələri birləşdirmək məqsədilə 1872-ci ildə “Məclisi-üns” adlı bir məclis təşkil etmiş və uzun müddət onun rəhbəri olmuşdur.

(Azərbaycan qadın şairləri antologiyası. – Bakı : Avrasiya Press, 2005. – S.68.).

Natəvan təkcə şairliklə məşğul olmamışdır, onun rəsm əsərləri və əl işləri bu günə kimi qorunub saxlanmışdır. Bundan başqa xeyiryyəçiliklə məşğul olmuş, Şuşa şəhərinə kəhriz də çəkdirmişdir.

1892-ci ildə vəfat etmişdir. Xalq öz şair qızını həmişə ehtiramla yad etmişdir. Dəfələrlə dövlət tərəfindən yubileyləri qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 14 mart 2022-ci tarixində Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərancam verilmişdir.

 

Ədəbiyyat siyahısı

Əsərləri

Əsərləri.: poeziya. – Bakı : Lider, 2004. – 88 s. 

Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – 160 s.

 

Xurşidbanu Natəvan haqqında                       

Kitablarda

Ağamirov M.H. “Məclisü-Üns” haqqında // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S.84-87. 

Əkbər xan Naxçıvanskinin Xurşidbanu Natəvan haqqında xatirələri // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S. 21-28. 

Əlioğlu M. Natəvanın kədəri // Darıxan adamlar. – Bakı : Təhsil, 2018. – S.81-87. 

Əlioğlu P. Xurşidbanu Natəvanın irsi // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S. 11-20. 

Fəna M.R. “Məclisü-Üns” barədə xatirə // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S.81-83.

Hacıbəyov Ü. Şəhadət // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S.113.

İbrahimoğlu N. Xan qızının xatirə əşyaları // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S.124-127. 

Köçərli F. Xurşidbanu “Natəvan” // Azərbaycan ədəbiyyatı. – Bakı : Avrasiya Press, 2005. – S. 164-168.

Qacar Ç. Xan qızı – şairə Xurşidbanu Natəvan // Azərbaycan qədim və orta əsrlərdə : Görkəmli şəxsiyyətlər. – Bakı : Oka Ofset, 2012. – S. 412-421.

Ömürdən anlar // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S. 128-132.

Rəfibəyli N. İşıqlı həyat həsrətində : Azərbaycan qadın yazarları və bədii ədəbiyyatda qadın obrazları haqqında // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2004. – S. 308-315. 

Şərif H. Bir hədiyyənin tarixçəsi // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S. 114-123.

 

Dövri mətbuatda

Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı (14 mart 2022-ci il) // Azərbaycan : qəzet. - 2022. - 15 mart. - № 56. - S. 1.

Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (3 aprel 2012-ci il) // Azərbaycan. – 2012. – 4 aprel. - Azərbaycan müəllimi. – 2012. – 6 aprel.  - № 13. – S. 1. 

Abbaslı T. Xan qızı – böyük Azərbaycan qızı // Yaddaş. – 2011. – 17 avqust. – S. 12. 

Abbaslı T. “Sevirəm”. “Yanıram”. “Gedirəm” : Xan qızı bütün bunlara əməl etdi, “Ölürəm”indən isə... nakam getdi // Mədəniyyət. – 2012. - 15 avqust. – S.13.

Bağırov A. Natəvanın memar nəticəsi // Azərbaycan gəncləri. – 1985. – 23 mart. – S. 4.

Bayramov D. Güllələnmiş abidə : Xurşidbanu Natəvanın heykəli haqqında // Azərbaycan. – 2002. – 3 noyabr. – S.5. 

Bayramova Z. Şuşanın xan qızı : Bu gün Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın doğum günüdür // Səs. – 2015. – 6 avquust. - № 142. – S. 12. 

Çəmənli M. Xan qızı // Azərbaycan. - 2012. – 15 avqust. – S. 7. 

Ədəbi məclislər // Azərbaycan. - 2021. - 24 avqust. - № 177. - S. 7. 

Əliyev Z. Xurşidbanu Natəvanın bədii irsi // Ədəbiyyat qəzeti. – 2016. – 5 mart. – S.19. Z.

Fərəcova Z. Sonuncu Qarabağ xanının "Tək inci"si : Xurşidbanu Natavana belə yüksək ehtiram göstərilib // Azərbaycan. - 2021. - 3 sentyabr. - № 186. - S. 7.

Hacıxəlil (Təmirov) H. Dərdin adı Natəvan // Kaspi. – 2012. – 21 sentyabr. – S.12.

Xan qızı Xurşidbanu Natavanın öz əli ilə tikdiyi əşyalar tapılıb // Paritet. – 2012. – 11-13 avqust. – S.15.

Xəlilzadə F. Xan qızının övladları // Azərbaycan. - 2012. – 15 avqust. – S. 7. 

Xəlilzadə F. Tək inci kimi parlayan Xan qızı : Zəmanə Xurşidbanu Natəvana zərif qəlbinə sığmayan dərdlər çəkdirib // Kaspi. – 2015. – 11 aprel. – S. 22. 

Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans // Xalq qəzeti. – 2012. – 21 aprel.

Quliyev V. Şair əgər qədrin kəlamın bilməyə // Azərbaycan. – 1998. – 19 oktyabr. – S.6.

Quliyev V. Xan qızının şəxsi həkimi : Mirzə Məhəmmədqulu xan // Azərbaycan. – 1998. - 11 oktyabr. – S. 6. 

Quliyev V. Xurşidbanu Natəvan və Xasay Xan Usmiyev // 525-ci qəzet. - 2021. - 10 aprel. - № 62. - S. 10-11. 

Qurbanov Ş. Şairin taleyi : Məmmədov B. Xurşidbanu Natəvan. – Bakı : Yazıçı, 1983. – kitabına rəy // Ədəbiyyat və incəsənət. – 1984. – 20 aprel. – S. 6. 

Məmmədov B. Bir görüşün tarixindən : [Xan qızı Natəvanın Aleksandr Düma ilə görüşü haqqında] // Elm və həyat. – 1968. - № 4. – S. 24-26. 

Məmmədov B. Natəvan və təbiət gözəllikləri // Elm və həyat. -  № 1. – S.11-12.

Məmmədov M. Şuşa Natəvanın taleyidir // Ədəbiyyat qəzeti. – 2000. – 2 iyul. - № 22. – S.4.

Məmmədova Z. Xurşidbanu Natəvan – incə qəlbli şair, böyük xeyriyyəçi // Azərbaycan müəllimi. – 2012. – 19 oktyabr. 

Musayeva X. Tariximizin fəxrləri: Qadın hökmdarlarımız // Planet. – 2008. – 19 fevral. – S. 3. 

Natəvana məhəbbət // Ədəbiyyat qəzeti. – 2012. – 28 iyul. - № 28. – S. 1.

Nəzirli Ş. Knyaz-polkovnik Mehdiqulu xan Usmiyev : Xurşidbanu Natəvanın böyük oğlu // Xalq qəzeti. – 2005. – 4 fevral. – S.7. 

Nizamiqızı H. Xan qızının rənglər dünyası // Mədəniyyət. – 2008. – 3 iyul. – S. 11.

Novruzov N. Xurşidbanunun əl işi // Ədəbiyyat və incəsənət. – 1988. – 19 fevral.

Novruzov T. Məhsətidən sonra ən böyük qadın şairəmiz : Xurşidbanu Natəvan // Kaspi. - 2014. – 10 iyun. - № 99. – S.15 ; 11 iyun. - № 100. – S.15. 

 

Natəvana həsr olunmuş bədii əsərlər 

Billuri H. Natəvan : şeir // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S.142-143. 

Cəfərzadə Ə. Natəvan haqqında hekayələr. – Bakı :Azərnəşr, 1963. – 60 s. 

Dəmirçi Z. Güllələnmişlər : poema  // Qayalı. – Bakı : UniPrint, 2008. – S. 297-301. 

Dəmirçi Z. Natəvan : şeir // Qayalı. – Bakı : UniPrint, 2008. – S.67. 

Əfəndiyev İ. Xurşidbanu Natəvan : pyes // Seçilmiş əsərləri. 7 cilddə. – Bakı : Təhsil, 2014. – C. 3. – S.435-506. 

Hüseyn A. Qalmayıb : Natəvana həsr olunmuş şeir // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S. 140.

Kürçaylı Ə. Natəvan : şeir  // Seçilmiş əsərləri. - Bakı : Şərq-Qərb, 2004. - S. 379-380. 

Məftun Ə. Natəvanın heykəli qarşısında : şeir // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S.144. 

Müznib Ə. Natəvan Xurşidbanu. – Bakı : Elm və təhsil, 2012. – 129 s.

Rahim M. Natəvan : poema // Seçilmiş əsərləri. – 2 cilddə. – Bakı : Avrasiya Press 2006. – C.2. – S. 150-200.

Vurğun S. Natəvan : şeir // Seçilmiş əsərləri. 5 cilddə. – Bakı : Şərq-Qərb, 2005. – C. 1. - S.205-205. 

Yüzbaşov M.H. Qəzəllər  // Natəvan X. Neçin gəlməz. – Bakı : Təhsil, 2012. – S.135-136.

Zakir Q. Xurşidbanuya : şeirlər  // Natəvan X. Neçin gəlməz. – Bakı : təhsil, 2012. S.133-134, 134-135.