Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq milli romantik şeirin və mənzum faciənin banisidir.
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. 1909-cu ildə isə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, əvvəlcə Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb.
H.Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir. Onun yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlayıb, nəhayət, 1928-ci ildə tamamlayıb.
Hüseyn Cavid 1939-cu ildə Maqadana sürgün edilib, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.
Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2022-ci il tarixində imzaladığı sərəncama əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanası ədibin kitabxananın fondunda mövcud olan əsərlərinin, haqqında yazılan kitabların, dövrü mətbuatda keçən əsrdən günümüzə qədər çıxan məqalələrin tam mətnli siyahısını hazırlayıb oxuculara təqdim edir.
Hüseyn Cavidin aforizmləri
“Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli…
Elm hər dildə birdir.”
Yaşamaq da xoşdur,ölmək də xoşdur,
Qayəsiz həyatda ölüm də boşdur.”
“Beş gün ömrün neçə əfsanəsi var,
Eşqi var, badəsi, peymanəsi var.
Sonu həsrətlə bitərkən, əfsus,
Yenə dünya dolu pərvanəsi var.”
“Mən gözəllərdə gözəl ruh araram,
Ruhu düşkünləri çirkin sanaram.”
“Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər.”
Qadın gülürsə,bu işsiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələk.”
“Hər şey sənindir, ey qafil insan!
Gülgün şəfəqlər, rəngli çiçəklər.
Hər şey sənindir, ey cahil insan!
Parlaq günəşlər, dilbər mələklər.
Yalnız sənin, yalnız sənin hər dürlü nemət;
Gənclik,gözəllik,eşqü ülfət,hər səadət.”
“Bir millətijln tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər.”
“Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa,səbəb alçaqlıq!”
“Arslanların saymazlığı şikarı tülkülərə qapdırar.”
“Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi.”
“Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.”
“Yaşamaq gərçi xoş əməl,
Yaşatmaq daha gözəl.”
“Təzad həyatın ahəngidir.”
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.”
“Səni qurtarsa, qurtarar birlik,
Çünki birlikdədir fəqət dirilik.”
“Əsərlər zəhərli, əxlaqsız, kefkəş bir movzu təqib edərsə, gec-tez bütün oxucular zəhərlənmiş olar.”
“Siyaset rol oynarkən, ədəbiyyat susur.”
“Bugünkü müharibədə toplar, tüfənglər deyil,
hər məmləkətin ədəbiyat və fəlsəfəsi ilə bəslənən beyinlər d ayrıca haizi-əhəmiyyətlidir.”
“Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir.”
“Ədəbiyat millətdəki əhvali-rihiyyənin inikası deməkdir.”
Haqqında deyilən dəyərli fikirlər
“Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaradıcılığı və əsərləri Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır. Yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir.”
“Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir”
“Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir”
“Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”
“O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur.” /Heydər Əliyev
“Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaraların gözünü kor etdi, lakin dumanlar onun qarşısını aldılar.” /Ərtoğrol Cavid, H.Cavidin oğlu
“Biz Hüseyn Cavid yaradıcılığından istifadə etmiş və edəcəyik. H.Cavid yaradıcılığında biz şairlər üçün öyrənməli şeirlər çoxdur.” /Səməd Vurğun, Xalq şairi
“Əcaba Cavidin hansı əsəri yaşadığı mühitin, içində dolandığı xəlqin, xüsusilə Azərbaycan Türk xəlqinin ifadeyi-hal və keyfiyyətindəndir. Biz onu heç bir vəqt xəlqimizin fəryadlarilə inlədiyini, xəlqimizin sevinclərilə güldüyünü görmüyoruz.”
“Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahın çalışan lisahımızın təkamül özülü ola biləcəkdir zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Caviddə hər kəsi məftun və əsir edəcək bir qüvvəyi-şeiriyyət vardır. Zatən, əsərlərinin ən böyük gözəlliyi və qüvvəti də burasındadır... Tamaşaçılar adətən səhnəyi unudur Cavidin şeirlərindəki gözəlliklə əylənirlər. Biz bu şeir və lisanı ümumtürk aləmi-ədəbiyyat səhnəsinə xüsusi malımız kimi çıxara bilərik.” /Cəfər Cabbarlı, yazıçı, dramaturq
Bu dil gələcək nəslimizə təsiri olmamış olmaz. Və bu dil təsiri ilə yaranacaq Azərbaycan türk ədəbiyyatı marksist görüşü və qayələrilə qüvvətləndikdən sonra, əmsalsız əsərlər meydana gətirə biləcəkdir. Bu da Cavidin Azərbaycan ədəbiyyatına ən böyük xidmətlərindən biri sayılacaqdır. Azərbaycandakı şair və ədiblərimiz içində ən müstəsna, ən zərif və ən narın bir dildir. /Hənəfi Zeynallı, folklorşünas
“Cavid dünyası hikmətli söz və aforizmlərlə, şah beytlərindəki məna dərinlikləri ilə zəngin olan bəşəri dəyərlərdir. Onun həyat amalı xalqın azad və xoşbəxt görmək, türk dünyasının birliyi istəyidir.” /Yusif Aslanov, elmlər namizədi
“Hələ tarix Cavidə əl vurmayıbdır, şairimiz bir tərəfdə oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir. Şəksiz ki, tarix vaxtında onu sənət mühakiməsinə alacaq, təbiətin ona verdiyi qüdrət və istedadın hesabını istəyəcəkdir.” /Əziz Şərif, ədəbiyyatşünas, tənqidçi
Əsərləri
Kitablar
Azər: poema. - Bakı, KitabKlubu, 2017. - 112 s.
Əsərləri : 5 cilddə. I cild : Şeirlər və poema. - Bakı : Lider nəşriyyatı, 2005. - 256 s.
Əsərləri : 5 cilddə. II cild : Dram əsərləri. - Bakı : Lider nəşriyyatı, 2005. - 352 s.
Əsərləri : 5 cilddə. III cild : Dram əsərləri. - Bakı : Lider nəşriyyatı, 2005. - 304 s.
Əsərləri : 5 cilddə. IV cild : Dram əsərləri. - Bakı : Lider nəşriyyatı, 2005. - 256 s.
Əsərləri : 5 cilddə. V cild : Dram əsərləri, məqalələri, məktubları. - Bakı : Lider nəşriyyatı, 2005. - 288 s.
Mənim tanrım gözəllikdir, sevgidir. – Bakı: Kitab Klubu, 2016. – 656 s.
Kitablarda
Öksüz Ənvər ; İlk bahar ; Qız məktəbində ; Çiçək sevgisi: şeir // Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3cilddə. – C.2. – Bakı : Öndər, 2004. – S. 60-63.
Müharibə və ədəbiyyat ; Həsbi-hal 1 ; Urmiyədən ; Nakamlıq və b. // Azərbaycan publisistikası antologiyası. – Bakı : Şərq-Qərb, 2007. – S. 574-607.
Haqqında
Kitablarda
Abbasov V. Dilin şəhidi, XX əsr Azərbaycan romantizminin tarixi taleyi-Hüseyn Cavid // Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri. – Bakı: Təhsil, 2013. – S.326-365.
Atilla İ. Əsrin şairi: I kitab : Hüseyn Cavidin həyatı və taleyi. - Bakı : Adiloğlu, 2009. - 720 s.
Atilla İ. Əsrin şairi: III kitab : Hüseyn Cavid Azərbaycan sovet ədəbi tənqidində. - Bakı : Müəllim, 2011. - 246 s.
Atilla İ. Əsrin şairi: IV kitab : Hüseyn Cavidin mənzum dramaları : I hissə: Ana. Şeyx Sənan. Uçurum. İblis. - Bakı : Adiloğlu, 2011. - 436 s.
Atilla İ. Əsrin şairi: V kitab : Hüseyn Cavidin mənzum dramaları: II hissə : Peyğəmbər. Knyaz. - Bakı : Adiloğlu, 2011. - 440 s.
Atilla İ. Əsrin şairi: VI kitab : Hüseyn Cavidin mənzum dramaları : III hissə: Səyavüş. Xəyyam. - Bakı : Adiloğlu, 2012. - 392 s.
Atilla İ. Hüseyn Cavid: Mərd olun mərd ölün. - Bakı : Qanun, 2010. - 288 s.
Cavidşünaslıq. I cild. - Bakı : Elm, 2005. - 356 s.
Cavidşünaslıq. II-III cild. - Bakı : Elm, 2007. - 416 s.
Əlioğlu M. Cavidin demokratik idealları // Darıxan adamlar. 2 cilddə. – C.2. – Bakı: Təhsil, 2009. – S. 246-261.
Mustafazadə N. Hüseyn Cavid (Rasizadə) // Tikdim ki, izim qala. – Bakı: Şərq-Qərb, 2001. – S. 18-19.
Rəhimli İ. Hüseyn Cavid // Azərbaycan teatr tarixi. 5 cilddə. – C.2. - Bakı: Şərq-Qərb, 2017. – S. 36-42.
Rza X. İki qüdrət əl-ələ // Gəl, ey səhər. - Bakı : Nağıl evi, 2004. - S. 274-286.
Sadıqzadə Q. Son mənzili xəzər oldu. II hissə : Tarixi-publisistik roman. - Bakı : Boz oğuz, 1998. - 327, [8] s. – Kiril əlifbası ilə.
Soltanov M. Hüseyn Cavid (1882-1937) // Şair və yazıçılarımızın həyatından maraqlı anlar. – Bakı: “AM 965”, 2010. – S.142-146.
Turan A. Cavid Əfəndi. - Bakı : Araz, 2004. - 307 s.
Bədii əsərlərdə
Abuzərli N. Eşq mələyi: dram. – Bakı : MBM nəşriyyatı, 2012. – 168 s.
Dilbazi M. Böyük Hüseyn Cavidə: şeir // Seçilmiş əsərləri. – Bakı : Lider, 2004. – S. 114-115.
Həsənzadə N. Burjua şairi: Cavidə həsr olunur // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2004. – S.58-59.
Həsənzadə N. Cavidin: şeir // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2004. – S. 153-154.
İbrahimov H. Böhtan: roman. – Bakı: Şərq-Qərb, 1998. – 286 s.
Təhməz B. Cavid türbəsi önündə: şeir // Seçilmiş əsərləri. – Bakı : Araz, 2010. – S. 174.
Dövri mətbuatda
Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Ədəbiyyat qəzeti. - 2022. - 1 oktyabr. - № 38. - S. 2.
Abbaslı T. Başdan-başa Aşiq : Hüseyn Cavid - 130 // Mədəniyyət. - 2012. - 24 oktyabr. - № 77. - S. 10.
Abbaslı T. Elegiya... : (Bu sözün ilk hərfi bu anlar xəyalımda "ö" kimi də assosiasiyalanır...) // Mədəniyyət. - 2019. - 23 oktyabr. - № 76. - S. 6.
Abdulla K. Əvvəl-axır yazılanlar : Ədəbi esselər // Ədəbiyyat qəzeti. - 2018. - 3 noyabr. - № 41. - S. 7.
Adilov M. Azər poemasının bədii xüsusiyyətləri // Azərbaycan müəllimi. – 1982. – 22 oktyabr. – S. 3.
Ağayeva-Orucqızı X. Hüseyn Cavid yaradıcılığında folklor nümunələri // Azərbaycan Müəllimi. - 2022. - 9 dekabr. - № 48. - S. 10.
Axundov B. Azərbaycan təsviri və tətbiqi sənətində Cavid obrazı : rəssam Zivərbəy Əhmədov, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə və başqaları // Mədəniyyət. - 2009. - 25 noyabr. - N 85. - S. 5.
Axundov B. Böyüklüyün qədrini bilənlərə : [Hüseyn Cavidin Ev Muzeyi] // Səs. - 2018. - 8 noyabr. - № 212. - S. 8-9.
Axundov B. Cavid irsinin qorunması və təbliği müqəddəs borc kimi // 525-ci qəzet. - 2019. - 11 oktyabr. - № 136. - S. 14.
Axundov B. Cavid sorağında : Hüseyn Cavid - 125 // Ədəbiyyat. - 2007. - 16 noyabr. - S. 2.
Axundov B. Cavidin anadan olduğu evdə // Ədəbiyyat qəzeti. – 1985. – 21 iyun. - № 25.
Axundov B. Cavidin ruhuna hörmət naminə // Səs. - 2022. - 14 may. - № 84. - S. 14.
Axundov B. Əbədi yüksəlişin Hüseyn Cavid yolu // 525-ci qəzet. - 2020. - 5 dekabr. - № 168. - S. 13.
Axundov B. Hüseyn Cavid irsinə və şəxsiyyətinə daha diqqətli yanaşaq! // 525-ci qəzet. - 2022. - 8 iyun. - № . - S. 15.
Axundov B. Hüseyn Cavid və ümumbəşəri problemlər // Səs. - 2015. - 3 sentyabr. - № 162. - S. 12.
Axundov B. Hüseyn Cavidin əsl bəraəti // Səs. - 2019. - 28 sentyabr. - № 178. - S. 8-9.
Axundov B. İnsanları gözəlliyə, idraka, işığa səsləyən sənət : Hüseyn Cavid haqqında // Ədəbiyyat qəzeti. - 2010. - 15 oktyabr. - N 40. - S. 1.
Axundov B. Şairin adına layiq məbəd : Hüseyn Cavidin ev - muzeyi gündən - günə gözəlləşir // Azərbaycan. - 2012. - 3 noyabr. - № 245. - S. 7.
Akimova E. 140 yaşlı çağdaşımız, yaxud böyük gələcək Cavidin nə qədər haqlı olduğunu sübut etdi // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 8.
Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib : Tədbir çərçivəsində Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi açılıb, dahi dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans təşkil edilib // Azərbaycan. - 2018. - 18 may. - № 111. - S. 4.
Aslanov Y. H.Cavidin “İblis” faciəsinin öyrədilməsi // Azərbaycan müəllimi. – 2004. – 22 oktyabr.
Aslanov Y. Nurlu ömrün işığı : Hüseyn Cavid - 125 / Y. // Azərbaycan müəllimi. - 2007. - 9 noyabr. - S. 7.
Aslanov Y. Sözündən dönməyən türk oğlu // Azərbaycan müəllimi. – 2005. – 21 oktyabr. – S. 5.
Azəroğlu."Şeyx Sənan" Ərdəbildə və ya məhəbbətin qələbəsi : Hüseyn Cavid - 125 // Ədəbiyyat qəzeti . - 2007. - 2 noyabır. - S. 1, 3.
Babaxanlı G. Cavidə üz tutanda : Hüseyn Cavid - 130 // Ədəbiyyat qəzeti. - 2012. - 30 mart. - № 11. - S. 1, 3.
Babaxanlı G. Cavidi olduğu kimi təqdim edək // Azərbaycan. - 2009. - 22 dekabr. - N 284. - S. 10.
Babaxanlı G. Hüseyn Cavidi dünya ziyarət edir // Azərbaycan. - 2007. - 21 iyun. - S.6.
Babaxanlı G. İblisə qiyamət gününə qədər möhlət verilib : [Gülbəniz Babaxanlı ilə müsahibə / söhbətləşdi F. Hüseyn] // Kaspi. - 2019. - 19-21 yanvar. - № 12. - S. 17.
Babasoy Ü. Portağalların səsi // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 18.
Babayev B. Mən göylərin əsrarını dərk etdim... : "Peyğəmbər"lərdə tipoloji yaxınlıqlar // Ədəbiyyat qəzeti. - 2019. - 11 may. - № 16. - S. 29.
Babullaoğlu S. Hüseyn Cavid ilə bağlı bir qeyd : 24 noyabr, 2019-cu il tarixli gündəlikdən // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 15.
Bağırov B. Mütəfəkkir sənətkar // Azərbaycan müəllimi. – 1982. – 20 oktyabr.
Bakıda Hüseyn Cavidin ev-muzeyinin açılışı olmuşdur // Ədəbiyyat qəzeti. - 2002. - 17 fevral. - № 43. - S. 2-3.
Bakıxanov T. Hüseyn Cavid ömrünün yarımçıq əsərlərindən biri... // Xalq qəzeti. - 2019. - 30 mart. - № 67. - S. 9.
Bayramova Z. Bəni öldürsələr də ben yaşarım, terk edib xəlqi qoşarım // Səs. - 2018. - 24 oktyabr. - № 201. - S. 12.
Bayramova Z. Milli romantik şeirin və mənzum faciənin banisi : Bu gün filosof-şair və istedadlı dramaturq Hüseyn Cavidin doğum günüdür // Səs. - 2019. - 24 oktyabr. - № 196. - S. 9.
Behbudlu Ə. Böyük dramaturq : Hüseyn Cavid - 130 // Ədəbiyyat qəzeti. - 2012. - 9 noyabr. - № 41. - S. 1-2.
Behbudov Q. Görkəmli şair-dramaturq və böyük mütəfəkkir : Hüseyn Cavid – 130 // İki sahil. - 2012. - 24 oktyabr. - № 196. - S. 14.
Bəkirqızı P. Milli ideal və "Hüseyn Cavid sənətinin qüdrəti" // 525-ci qəzet. - 2018. - 26 may. - № 95. - S. 16-24.
Bəktaşi İ. Azadlıq nəğməkarı // Azərbaycan müəllimi. – 1982. – 11 avqust.
Bəktaşi İ. Hüseyn Cavidin bir məqaləsi // Azərbaycan müəllimi. – 1981. – 13 noyabr.
Böyük Azərbaycan şairi Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir : Sentyabrın 12-də F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir keçirilmişdir // Xalq qəzeti. - 2007. - 13 sentyabr. - S.4.
Cabbarlı N. Eyni amal uğrunda oxşar tale yaşayanların ismi : Eyni müstəvidə bir araya gələrsə // 525-ci qəzet. - 2022. - 8 iyun. - № 99. - S. 18, 20.
Camalov K. Hüseyn Cavid yaradıcılığında əxlaq tərbiyəsi və onun mahiyyətinə nəzəri baxış // Azərbaycan Müəllimi. - 2020. - 7 fevral. - № 5. - S. 12.
Cavadlı C. Cavid sənəti // Azərbaycan. – 1982. – 1 iyun.
Cavadlı C. Silinməzdir ürəklərdən: Hüseyn Cavid-120 // Azərbaycan müəllimi. – 2002. – 25-31 oktyabr.
Cavid M. Bu da bir cərəyandı, keçib gedəcək : Mişkinaz Cavidin "Cavid haqqında xatirimdə qalanlar" yazısından // Ədəbiyyat qəzeti. - 2018. - 27 oktyabr. - № 40. - S. 8-9.
Cavid M. Cavid haqqında xatirimdə qalanlar : Hüseyn Cavid haq-da // Ədəbiyyat qəzeti. - 2006. - 1 dekabr. - S.1.
Cavid R. Böyük Şərqin dahisi - Hüseyn Cavid : Hüseyn Cavidin 140-cı doğum gününə // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 20.
Cəfərli M. "Cavid möcüzəsi" və mifik təfəkkür : Hüseyn Cavid - 125 // Azad Azərbaycan. - 2007. - 31 oktyabr. - № 157. - S. 7.
Cəfərov F. Cavid ömrünün səhifələri : Hüseyn Cavid - 130 // Xalq qəzeti. - 2012. - 2 dekabr . - № 269. - S. 7.
Cəfərov N. Hüseyn Cavidin türkcəsi // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 11.
Cəfərov Ş. Şərq ədəbiyyatında ideal ana obrazı : Hüseyn Cavidin əsərlərində qadınların mənəvi təkamülü : Hüseyn Cavid - 135 // Azərbaycan Müəllimi. - 2017. - 29 dekabr. - № 50. - S. 11.
Cəmil A. Yanan, yandıran sənət : Hüseyn Cavid yaradıcılığına bir baxış // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 13.
Cəmilzadə H. Yetmiş illik ömrün şah əsəri // Respublika. - 2008. - 13 fevral. - S. 6.
Dadaşov A. Cavid əfəndinin "İblis"i // Ədəbiyyat qəzeti. - 2008. - 7 mart. - S. 2.
Dünyaminqızı Q. Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına layiq kitab // Kaspi. - 2017. - 12 aprel. - № 62. - S. 15.
Dünyaminqızı Q. Təəccüb doğuracaq tövsiyələr və yaxud yazmazdan əvvəl düşünmək lazımdır // Yada düşdü. - 2019. - № 3(37). - S. 56-59.
Elçin. Cavid humanizmi və Cavid intiqamı // Xalq qəzeti. - 2022. - 25 oktyabr. - № 233. - S. 9.
Elçin. Cavid intiqamı : Hüseyn Cavid haqqında bir neçə söz // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 3.
Elçin. Sülh şəfəqinin işığı // Ədəbiyyat və İncəsənət. – 1982. – 17 sentyabr. – S. 7.
Ədalət. "Əsiri olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir!." // Azərbaycan müəllimi. - 2008. - 7 mart. - S. 5.
Ədəbiyyatdan dərs nümunəsi : Hüseyn Cavid yaradıcılığı tədrisdə // Azərbaycan Müəllimi. - 2017. - 22 dekabr. - № 49. - S. 8.
Əfəndiyev T. Azərbaycan romantiklərinin yaradıcılığında Turançılıq // 525-ci qəzet. - 2019. - 16 oktyabr. - № 138. - S. 10-11.
Əhmədoğlu İ. Bən başımdan keçərim // Ədəbiyyat qəzeti. – 1994. – 20 may.
Əhmədoğlu İ. Cavid və Türkiyə ədəbi mühidi // Xalq qəzeti. – 1997. – 25 dekabr.
Əhmədoğlu İ. Ədibin əsələrində zərdüşt və zərdüştlik // Bakı. – 1993. – 23 oktyabr.
Əhmədoğlu İ. Hüseyn Cavid gəmisində görüş // Xalq qəzeti. – 1993. – 7 iyul. - № 106.
Əhmədoğlu İ. Məhəmməd Tağı Sidqi və Hüseyn Cavid // Azərbaycan müəllimi. – 1999. – 2-8 sentyabr. – S. 5.
Əhmədov C. Hüseyn Cavid: Uşaqlıq və gənclik illəri // Pioner. – 1983. - № 6. – S. 6-7.
Əhmədova S. Səyavuş və muasirlik // Azərbaycan müəllimi. – 1992. – 30 sentyabr. – S. 2.
Ələkbərli Ə. Cavid zirvəsinə qayıdış // Xalq qəzeti. – 1 noyabr. – S. 3.
Ələkbərli N. Hüseyn Cavidin 59-cu xatirə günü // Ədəbiyyat qəzeti. – 2000. – 6 dekabr. – S. 3.
Ələkbərov S. Cavid fəlsəfəsi // Ədəbiyyat qəzeti. – 1998. – 9 yanvar. - № 1. – S. 6.
Əlibəyli K. Həqiqət istərəm, yalnız həqiqət // Şəkər villası. – 2002. – 22-28 oktyabr. - № 36.
Əliyev K. İdrakın gücü və gücsüzlüyü : Hüseyn Cavid – 135 // Azərbaycan. - 2017. - 22 dekabr. - № 283. - S. 11.
Əliyev K. O illərin ağrısı yaxud H. Cavid: Ölüm var ki, həyat qədər dəyərli // Azərbaycan müəllimi. – 1988. – 20 iyul. – S. 3.
Əliyev T. Azərbaycan mədəniyyətinin hamisi // İki sahil. - 2012. - 16 oktyabr. - № 190. - S. 30.
Əliyev Z. Hüseyn Cavidin ilk portreti : [şair-dramaturq Hüseyn Cavid və memar Zivər bəy Əhmədbəyov haqqında] // Mədəniyyət. - 2018. - 25 iyul. - № 56. - S. 12.
Əliyeva G. Hüseyn Cavid və müasir sivilizasiya // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 10-11.
Əliyeva G. Romantik pafos və ideal həqiqət : Hüseyn Cavid // Respublika. - 2013. - 2 oktyabr. - № 216. - S. 7.
Əliyeva İ. Böyük Cavidin ikinci intibahı // Azərbaycan. – 2002. – 1 noyabr. – S. 7.
Əliyeva T. Cavidin tarixi, tarixin Cavidi // Palitra. - 2017. - 31 yanvar. - № 17. - S. 15.
Əmiraslanova Y. Bu ismətin üzü şaxta-qar gördü // Azərbaycan. – 1999. – 2 noyabr. – S. 5.
Əmircanova Q. Repressiya dövrünün faciəsi // İşıq. - 2018. - № 1(93). - S. 14-17.
Əsədullayev S. Dövrümüzün ruhuna doğma sənətkar // Azərbaycan müəllimi. – 1982. – 28 iyul.
Əsgərli Ə. Hüseyn Cavid və modernizm // Kaspi. - 2013. - 5 oktyabr. - № 182. - S. 20.
Əsgərli Z. Əsrin romantik şairi : Hüseyn Cavid – 130 // Ədəbiyyat qəzeti. - 2012. - 15 iyun. - № 22. - S. 1-2.
Əsgərov Ə. Hüseyn Cavidin fəlsəfi dünyası // Azərbaycan müəllimi. – 1998. – 5 noyabr. – S. 4.
Əsgərov M. Cavid əruzu // Azərbaycan müəllimi. – 1993. – 7 oktyabr.
Əzimli Ə. Hüseyn Cavid: bəşəri faciə və humanizm // Azad Azərbaycan. – 2007. – 16 sentyabr. - № 133. – S. 7.
Fəhmi İ. Bir şeirin xatiratı // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 5.
Fərəcov S. Cavidin musiqi dünyası // Xalq qəzeti. – 1997. – 21 oktyabr.
Fərəcova Z. Vətən sevdalılar : "Azərbaycan"ın birləşdirdiyi, repressiyanın məhv etdiyi talelər // Azərbaycan. - 2018. - 9 sentyabr. - № 201. - S. 1, 6.
Günay Ş. Hüseyn Cavid aləminə səyahət : Hüseyn Cavidin ev muzeyində // Planet. - 2007. - 22 may. - № 19. - S.19.
Hacıyeva M. Cavid irsinə dərin ehtiram // Ədəbiyyat qəzeti. – 2007. – 20 iyul. – S. 2.
Hacıyeva M. Hüseyn Cavid : həqiqət və gözəllik şairi // Xalq qəzeti. - 2018. - 22 may. - № 114. - S. 10.
Hacıyeva M. Hüseyn Cavidin "Ana" əsərinin səhnə təcəssümü // Yada düşdü. - 2018. - № 3. - S. 2-5.
Həbibbəyli İ. Cavidşünaslıqda yeni səhifə // Ədəbiyyat qəzeti. – 2005. – 9 sentyabr. – S. 5.
Həbibbəyli İ. Ədəbiyyatın əbədiyyət rəmzi // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 6-7.
Həşimli H. Hüseyn Cavidin bəzi şeirlərinin ilk variantına dair // Ədəbiyyat qəzeti. - 2019. - 28 dekabr. - № 53. - S. 13.
Hüseyn Cavid (1882-1941) // Savalan. - 2012. - 23 -29 oktyabr. - № 76/77. - S. 2.
Hüseyn Cavidin "İblis" əsəri Monteneqroda təqdim olundu // Ədəbiyyat qəzeti. - 2019. - 26 oktyabr. - № 37. - S. 3.
Hüseyn Cavid, "Şərqin Şekspiri" qırğız dilində // Xalq qəzeti. - 2021. - 30 noyabr. - № 259. - S. 11.
Hüseyn Cavidin “Şeyda” dramı 11 dilə tərcümə dilib // Mədəniyyət. – 2012. – 13 iyul. – S. 4.
Hüseyn Cavidin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (25 oktyabr 2002-ci il) // Ədəbiyyat qəzeti. - 2002. - 17 fevral. - № 43. - S. 1.
Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (16 fevral 2012-ci il) // Azərbaycan. - 2012. - 17 fevral. - № 38. - S. 1.
Hüseyn Cavidin anadan olmasından 130 il ötür // Paritet. - 2012. - 25-29 oktyabr. - № 114. - S. 16.
Hüseyn F. Hüseyn Cavid irsinin təbliği // Kaspi. - 2019. - 26 oktyabr. - № 198. - S. 17.
Hüseynoğlu S. "Cavid ömrü" filmi təqdim olundu // Ədəbiyyat qəzeti. - 2007. - 17 avqust. - S.2.
Hüseynoğlu T. Klassikimiz və müasirimiz Hüseyn Cavid // Ədəbiyyat qəzeti. - 2017. - 21 oktyabr. - № 37. - S. 14-15.
Hüseynov A. Həmişə xalqla birlikdə: Hüseyn Cavidin anadan olmasının 100 illiyi qarşısında // Kommunist. – 1983. – 11 oktyabr. – S. 3.
Hüseynov R. Cavidin gəlişi, gedişi və dönüşləri // 525-ci qəzet. - 2022. - 16 dekabr. - № 230. - S. 10.
Hüseynov R. Əbədi hürriyyət və səma şairi // Ədəbiyyat qəzeti. - 2022. - 6 noyabr. - № 43. - S. 17.
Hüseynova S. Hüseyn Cavid və Qafqaz: Cavid-120 // Xalq qəzeti. – 2002. – 3 noyabr. – S. 7.
Xalqımız, xüsusən gənc nəsil tariximizi bilməli, görkəmli şəxsiyyətlərimizi yaxından tanımalıdır // Ədəbiyyat qəzeti. - 2002. - 17 fevral. - № 43. - S. 1.
Xəlilov Q. Azadlıq carçısı // Ədəbiyyat və incəsənət. – 1984. – 20 yanvar. - № 3.
Xəlilov Q. Cavid sənəti barədə bir neçə söz: H. Cavid-100. – 1982. – 6 yanvar. – S. 4.
Xəlilov S. Cavid və Cabbarlı // Ədəbiyyat qəzeti. – 2001. – 4 may. - № 17. – S. 1, 2.
Xəlilov S. Cavid və Cübran: ideya zirvəsində görüş : Hüseyn Cavid - 125 : ərəb şairi Cübran xəlil Cübran -125 // Ədəbiyyat qəzeti. - 2008. - 25 yanvar. - S. 1, 3.
Xəlilov S. Cavid və ibn Ərəbi // Ədəbiyyat qəzeti. - 2009. - 22 may. - S. 5.
Xəlilov S. Cavid və Qərb fəlsəfəsi // 525-ci qəzet. - 2022. - 8 dekabr. - № 224. - S. 12-13, 16.
Xəlilov S. Zamanın və məkanın fövqünə yüksəlmiş filosof şair : Hüseyn Cavid - 125 // Xalq qəzeti. - 2007. - 6 noyabr. - S. 6.
Xəlilova E. Cavid yaradıcılığında maarifçilik məsələləri: Hüseyn Cavid-120 // Azərbaycan müəllimi. – 2003. - 14-20 fevral. – S. 5.
Xəlilzadə F. Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı: Hüseyn Cavid-130 // Azərbaycan. – 2012. – 24 oktyabr. – S. 7.
Xəlilzadə F. Cavid "tərcümə" edilib : Bu naşılıq yoxsa yalnışlıq // Kaspi. - 2012. - 4-6 fevral. - № 241. - S. 19.
Xəlilzadə F. Faciəli ömrün qəmli dastanı : Hüseyn Cavid - 125 // Azərbaycan. - 2007. - 24 oktyabr. - S. 7.
Xəlilzadə F. Gözəlliyə sevgiyə tapınan həqiqət aşiqi // Azərbaycan. – 2003. – 24 oktyabr.
Xəlilzadə F. Həqiqətin əsiri // Azərbaycan. – 2002. – 24 oktyabr. – S. 7.
Xəlilzadə F. Hürriyyət öylə nazlı bir afət ki... : Hüseyn Cavid // Kaspi. - 2013. - 21 sentyabr. - № 172. - S. 16.
Xəlilzadə F. Qaranlıqda parlayan nur // Azərbaycan. - 2008. - 24 oktyabr. - S. 8.
Xəlilzadə F. Milli qürurlu, torpaq sevgili // Kaspi. – 2015. – 17-19 oktyabr. - № 170. – S. 7.
Xəlilzadə F. Nə dərd olaydı, nə dərman // Azərbaycan. – 2004. – 24 oktyabr . – S. 7.
Xəndan R. Cavid sənəti // Təşvikatçı. – 1981. - № 24. – S. 22-24.
XX əsrin misilsiz sənətkarı // Təhsil problemləri. – 2007. – 1-10 dekabr. - № 67-68. – S. 4.
Xudiyev H. Cavid gəlib, aç qoynunu, bas bağrına, torpaq!... : böyük şair-dramaturqumuz Hüseyn Cavidin cənazəsinin qalıqlarının Ümummilli Lider Heydər Əliyevin iradəsi sayəsində Azərbaycana gətirilməsindən 35 il keçir // Yada düşdü. - 2017. - № 4. - S. 6-9.
İbadullayev E. Bəxtiyarsan, əgər… // Azərbaycan. – 1987. - № 1. – 183-185.
İbadullayev E. Sənətkar ömrünün salnaməsi // Azərbaycan müəllimi. – 1983. – 8 iyum. – S. 4.
İbrahimli A. Cavid yaradıcılığının əbədi işiğı : Cavidşünaslığımızın bugünkü inkişaf səviyyəsi qanedici deyil // İki sahil. - 2022. - 17 dekabr. - № 232. - S. 21.
İbrahimov H. Kimin ülviysə ruhu // Bakı. – 1988. – 11 noyabr. – S. 3.
İbrahimov M. Cavid sənəti // Azərbaycan. – 1985. - № 4. – S. 105-107.
İmanov İ. Hüseyn Cavid: Əsiri olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir // Xalq qəzeti. - 2007. - 1 iyul. - S.5.
İsgəndərzadə E. Cavid cihadı : poema // Ədəbiyyat qəzeti. - 2022. - 26 noyabr. - № 46. - S. 15.
İsmayıloğlu A. Şeyx Sənan necə "Komsomol" oldu // Ədəbiyyat qəzeti. - 2017. - 5 avqust. - № 28. - S. 23.
İsmayılov R. Hüseyn Cavidə qayıtmaqla özümüzə qayıdırıq : Hüseyn Cavid - 135 şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət anatologiyanın təqdimat mərasimi keçirilib // Kaspi. - 2018. - 3 fevral. - № 22. - S. 12-13.
Kazımoğlu M. Sənətkarın əyilməzliyi : C.Qasımovun "Cavidi məhbəsə aparan yol" kitabı haqqında // Ədəbiyyat qəzeti. - 2008. -4 iyul. - S. 2.
Kərimli T. Ürəklərdə yanan işıq // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 14-15.
Kərimova S. Qürbətdə bir məzar vardı // Günay. – 1994. – 24 dekabr.
Qaliboğlu E. Düşüncə şairi : Hüseyn Cavid haqqında // Mədəniyyət. - 2009. - 23 oktyabr. - № 77. - S. 12.
Qaliboğlu S. Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir // Mədəniyyət. - 2017. - 1 dekabr. - № 94. - S. 7.
Qarabağlı S. Unutmadığım Turan Cavid // Mədəniyyət.az. - 2018. - № 321. - S. 36-38.
Qasımov R. Peyğəmbər idi, ümməti olsa : [Hüseyn Cavid Rasizadə haqqında ] // Kaspi. - 2017. - 24 oktyabr. - № 177. - S. 10.
Qocayev M. Hüseyn Cavidin bir şeiri haqqında // Ədəbiyyat qəzeti. - 2021. - 11 dekabr. - № 49. - S. 28-29.
Quliyeva A. Taleyinin ən böyük və kəskin dramı - Hüseyn Cavid // Təhsil problemləri. - 2007. - 11-20 noyabr. - S. 7.
Qurbanqızı Z. Məni öldürsələr də, mən yaşaram... : 24 oktyabr Hüseyn Cavidin doğum günüdür // Respublika. - 2022. - 23 oktyabr. - № 232. - S. 7.
Qurbanlı R. "Qocalar evi"ndəki Hüseyn Cavid aşiqi // Ədəbiyyat qəzeti. - 2018. - 3 noyabr. - № 41. - S. 18-19.
Mehdi N. Hüseyn Cavid şeirində Anadolu ləhcəsindən gələn deavtomatizm // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 19.
Mehdixanlı T. Cavid ömrünün ekran həyatı : Dramaturq Hüseyn Cavidə həsr edilmiş bədii film // Azərbaycan. - 2007. - 6 sentyabr. - S.6.
Məmmədova T. Hüseyn Cavidin fəlsəfi baxışları // Azərbaycan müəllimi. – 1998. – 13 iyul.
Mükərrəmoğlu M. "Cavid ömrü" : ilk baxış, ilk təəssürat // Xalq qəzeti. - 2008. - 14 mart. - S. 6.
Mükərrəmoğlu M. Bəni öldürsələr də, bən yaşarım // Xalq qəzeti. – 2003. – 6 dekabr.
Nağısoylu M. Hüseyn Cavid dilinin bədii xüsusiyyətləri haqqında // Ədəbiyyat qəzeti. - 2017. - 16 dekabr. - № 48/49. - S. 12-13.
Naxçıvanda görkəmli şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyi // Ədəbiyyat qəzeti. - 2012. - 2 noyabr. - № 40. - S. 1, 3.
Naxçıvanlı Ə. Cavid ocağının işığında : Hüseyin Cavid haqqında // Respublika. - 2009. - 8 sentyabr. - N 199. - S. 7.
Nargis. Cavidanə sevir, Cavidanə yaşayır, Cavidanə susuruq... // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 9.
Nargis. Ədəbiyyat səhnəsinin ən qalmaqallı "İblis"ləri : Joze Saramaqonun "İsanın "İncili" və Hüseyn Cavidin "İblis" əsərlərinin müqayisəli təhlili / Nargis // Ədəbiyyat qəzeti. - 2016. - 23 iyul. - № 26. - S. 22-23.
Nəbioğlu R. Kamil insan problemi // Ədəbiyyat qəzeti. – 1992. – 13 noyabr. - № 46. – S. 3.
Nəcəfzadə Ə. Cavidin "Ana" əsəri və onun səhnə taleyi // Mədəniyyət : qəzet. - 2022. - 11 mart. - № 19/20. - S. 6.
Nəzakət. Hüseyn Cavidin şeirləri fransız dilinə tərcümə olunub // Səs. - 2007. - 10 iyul. - S.12.
Orucəli H. Unudulmaz sənətkar // Elm və həyat. – 1983. - № 2. – S. 17-18.
Orucəlili İ. Bir daha “Şeyx Sənan”ın yazılma tarixi haqqında // Azərbaycan müəllimi. – 2000. – 20-26 iyul. – S. 4.
Orucəliyev İ. Hüseyn Cavidin pedaqoji düşüncələri // Azərbaycan Müəllimi. - 2012. - 16 noyabr. - № 45. - S. 8.
Orucova A. Ərtoğrol Cavid taleyi və bir ailənin dramı // 525-ci qəzet. - 2019. - 26 iyun. - № 91. - S. 14.
Osmanlı V. Turan romantic idealı // Ədəbiyyat qəzeti. – 2004. – 19 mart.
Rəhimli S. Həqiqət və məhəbbət əsiri : Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümüdür // Yeni Azərbaycan. - 2022. - 22 oktyabr. - № 194. - S. 6.
Rəhimov K. Bir taledən kövrək sətirlər // Kommunist. – 1988. – 4 noyabr. – S. 3.
Rəhimzadə M. "Gəldin də neçin pənbə buludlar kibi akdın..."Buludlar kimi əbədiyyətə qeyb olan ulu şairin xatirəsi anında. Hüseyn Cavid-125 : Hüseyn Cavid - 125 // Respublika. - 2007. - 26 oktyabr. - S. 2.
Rəsulov Ə. Realist mütəfəkkirin romantik estetikası haqqında yeni söz : [Sona Vəliyevanın "Hüseyn Cavid sənətinin qüdrəti" adlı monoqrafiyası haqqında] // 525-ci qəzet. - 2018. - 11 avqust. - № 141. - S. 13.
Rza N. 59 №-li məzar// Gənclik. – 1992. - № 3-4. – S. 52-55.
Rzasoy S. Cavid Fenomeni yeni baxış müstəvisində // 525-ci qəzet. - 2018. - 28 iyul. - № 135. - S. 16.
Salim F. Cavidsiz // Kaspi. - 2017. - 20-22 may. - № 1. - S. 11.
Seyidov T. Cavid yaradıcılığı açarı qeyd olunmuş xəzinədir : Hüseyn Cavid - 125 // Azad Azərbaycan. - 2007. - 10 iyul. - № 94. - S.7.
Şahbəndəyev H. Hüseyn Cavid müəllim və məktəb haqqında // Azərbaycan Müəllimi. - 2021. - 19 noyabr. - № 44. - S. 14.
Teymur M. İstanbuldan səkkiz məktub // Azərbaycan. – 2001. – 27 oktyabr.
Teymur M. Ömrün bir anı // Azərbaycan. - 2007. - 14 iyul. - S.6.
Təhmasib T. Cavid yaradıcılığında dini və dünyəvi anlayışlar // Elm və həyat. – 1977. - № 3. – S. 24-25.
Turan A. Atam, anam, qardaşım, mən və Stalin : Faktlar, mətnlər və xatirələr əsasında Cavidlərin ailə dramı // Ədəbiyyat qəzeti. - 2022. - 13 avqust. - № 29/30. - S. 10-13.
Turan A. Hüseyn Cavid və modernizm dalğası : "Bəncə, ədəbiyyat başqa, siyasət və təbliğat başqadır" // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 16.
Turan A. İşığımız sönmədi. Sönməyəcək : Hüseyn Cavidin vəfatından 65 keçir // Ədəbiyyat qəzeti. - 2006. - 1 dekabr. - S.1.
Turan A. Topal Teymurun dramı – Türk tarixinin faciəsi // Ədəbiyyat. - 2005. - 21oktyabr. - S. 5.
Turan A. Uzaq sahillərdə : Balkanlarda Azərbaycan mədəniyyətinin Cavid bayrağı // Ədəbiyyat qəzeti. - 2019. - 26 oktyabr. - № 37. - S. 2.
Vahid M. Əbədi səadət axtarış, əbədi məyusluq - Hamlet sualları, Ərtoğrol Cavid şərhi // Ədəbiyyat qəzeti. - 2022. - 22 oktyabr. - № 41. - S. 17.
Vəkilova G. Cavidim, əfəndim, müəllimim mənim // Ədəbiyyat qəzeti. – 2003. – 2 may.
Vəzirov C. Cavidlərin xəzanlı və səadətli payız ayları : Hüseyn Cavid // Mədəni - Maarif. - 2005. - № 11. - S.46-48.
Yasinzadə Ə. Cavidlə “Görüş” // Azərbaycan müəllimi. – 1989. – 25 avqust. – S. 4.
Yunisli F. Əli bəy Hüseynzadə - Hüseyn Cavid : düşüncə və ideyanın vəhdəti // Mədəniyyət. - 2017. - 1 sentyabr. - № 68. - S. 12.
Yunisli F. Hüseyn Cavid-Əlibəy Hüseynzadə: düşüncə və ideyanın vəhdəti : Hüseyn Cavid – 130 // Kaspi. - 2012. - 30 oktybar. - № 412. - S. 12.
Yunisli F. Hüseyn Cavidin rus ədəbiyyatına münasibəti // Mədəniyyət. – 2012. – 10 oktyabr. – № 73. - S.15.
Zamanov A. Tənqidi realistlərlə bir cəbhədə // Ədəbiyyat və İncəsənət. – 1982. – 29 oktyabr. – S. 8.