Əbdürrəhim bəy Haqverdiyev

Naşir, damaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır və burada "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar təşkil edir, bir müddət sonra (1902-1903) Bakıda Şərq konsertləri verir və "Ata və oğul", “Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirir.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir. Sonraki illərdə "Ceyranəli", "Xortdan", "Həkimi-nuni-səqir", "Laqlaqı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə və felyetonlar çap etdirir. 

Görkəmli naşir, dramaturq, dirijor Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin və haqqında olan əsərlərin, dövrü mətbuatda və kitablarda dərc olunan məqalələrin biblioqrafik siyahısını bir araya toplayıb sizlərə təqdim edirik.

 

Görkəmli şəxsiyyətlər Əbdürrəhim bəy Haqverdiyev haqqında

Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir, dünyagörüşlü, maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin açılışına yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səslənmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial mədəni quruculuq işlərində yorulmadan çalışmışdır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

Əbdürrəhim bəy Haqverdiyevin nəsr dili bu dövr realist nəsrimiz üçün çox səciyyəvidir. Bu dildə sünilik, ibarəçilik, zahiri bəzək, əcnəbi təsir, demək olar ki, yoxdur. Canlı danışıq dilimizi, onun gözəl xüsusiyyətlərini, zəngin əlvan söz ehtiyatını, xalq məsəllərini, hakimanə sözlərini bu qədər cəsarətlə yazıya, bədii ədəbiyyata gətirən iki ədibimiz varsa, biri Haqverdiyevdir. Ona görə də ədibin dili əlvan, söyləmə üsulu şirin, ədası xoş, təsvirləri səlisdir... Yeknəsəklik, yoruculuq Haqverdiyevin hekayələrinə yaddır. Onun ifadə, nağıl, söyləmə üsulu müxtəlif və əlvandır... Xalq danışıq dilinin zənginliklərini, canlı, şirin söz və ifadə- Biblioqrafiya 51 ləri cürətlə yazıya gətirir. Əbdürrəhim bəyi, müəyyən mənada, yeriyən Azərbaycan adlandırmaq olar.

Mir Cəlal, Əməkdar elm xadimi, professor, yazıçı-publisist, ədəbiyyat tənqidçisi, dramaturq, tərcüməçi

 

Əbdürrəhim bəy Haqverdiyev hər şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından... məcmuənin ən yaxın əməkdaşlarından və məsləhətçilərindən hesab olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini “Molla Nəsrəddin” öz bayramı kimi alqışlayacaqdır.

Cəlil Məmmədquluzadə, Yazıçı, dramaturq, ictimai xadim; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi.

 

Kitabları

Bomba. - Bakı: Renessans-A, 2018. - 8 s. - (Klassiklərimizdən nümunələr). 

Çeşmək : hekayə. - Bakı: Renessans-A, 2020. - 12 s. 

Hekayələr. - Bakı: Qanun, 2017. - 256 s. - (Dünya uşaq ədəbiyyatı). 

Marallarım. - Bakı: Turan Nəşrlər Evi, 2001. - 40 s. 

Ovçu Qasım : hekayə. - Bakı: Renessans-A, 2017. - 12 s. 

Seçilmiş əsərləri: 2 cilddə. C. 1. - Bakı: Lider nəşriyyatı, 2005. – 504 s. (Klassik Azərbaycan Ədəbiyyatı). 

Seçilmiş əsərləri: 2 cilddə. C. 2. - Bakı: Lider nəşriyyatı, 2005. – 408 s. (Klassik Azərbaycan Ədəbiyyatı). 

Seçilmiş əsərləri. - Bakı: Çaşıoğlu, 2006. - 296 s. - (Azərbaycan Ədəbiyyatı). 

Seçilmiş əsərləri. - Bakı: Kitab klubu, 2014. - 448 s. 

Seçmə hekayələr. - Bakı: Altun Kitab, 2015. - 224 s. - (Hekayə ustaları). 

 

Kitablarda

Ağa Məhəmməd şah Qacar // Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. - Bakı: Şərq-Qərb, 2007. – C. 1. - S.186-231. 

Ata və oğul ; Şeyx Şəban ; Mirzə Səfər : hekayələr // Azərbaycan nəsri antologiyası. 5 cilddə. - Bakı: Şərq-Qərb, 2006. - C. 2 : XX əsrin əvvəlləri. - S. 63-101. - (Müasir Azərbaycan ədəbiyyatı). 

Mirzə Səfər ; Ayın şahidliyi ; Şeyx Şəban : hekayələr // XIX-XX əsr Azərbaycan ədəbiyyatı : nəsr. 2 cilddə. - Bakı: Nurlar, NPM, 2012. - C. 2 : nəsr. - S. 158-184. 

Ovçu Qasım ; Hacıleylək ; Sərçə ; Ata və Oğul : hekayələr // Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3 cilddə. - Bakı: Öndər, 2005. - C. 3. – S.31-50. 

Yeyərsən qaz ətini, görərsən ləzzətini ; Dağılan tifaq ; Ağa Məhəmməd şah Qacar // XIX-XX əsr Azərbaycan ədəbiyyatı : dramaturgiya. - Bakı: Nurlar, 2014. - S. 548 – 644. 

 

Haqqında kitablarda

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) // Müasir Azərbaycan ədəbiyyatı : dərslik : - Bakı: Bakı Universiteti nəşriyyatı, 2007. - C. 1. - S. 70-71. 

Əlioğlu M. Ə.Haqverdiyevin idealları // Darıxan adamlar. 2 cilddə. - Bakı: Təhsil, 2009. -  C. 1. - S. 360-367. 

Əlioğlu M. Klassik nəsrimizin bəzi ənənələri // Darıxan adamlar. 2 cilddə. - Bakı: Təhsil, 2009. - C. 1. - S. 294-296. 

Əhmədov B. Ə.Haqverdiyev // XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. - Bakı: Elm və Təhsil, 2011. - C. 1. – S. 301-317. 

Kərimov İ. Ə.Haqverdiyevin «Pəri cadu» əsərinin tamaşaları //Azərbaycan teatr tarixi . 3 cilddə. - Bakı: Elm, 2008. - C. 1. – S. 436-438. 

Kərimov İ. Ə.Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» əsərinin tamaşaları //Azərbaycan teatr tarixi . 3 cilddə. - Bakı: Elm, 2008. - C. 1. - S. 417-431.

Kərimov İ. Ə. Haqverdiyev və teatr. - Bakı: Elm, 2016. - S. 206. 

Mustafayeva X. Əbdürrəhim bəy Haqverdiyev // Azərbaycan uşaq ədəbiyyatı. – Bakı: Elm, 2011. – S. 127-130. 

Rəhimli İ. Əbdürrəhim bəy Haqverdiyev // Azərbaycan teatr tarixi: 5 cilddə. C. 2. – Bakı: Şərq-Qərb, 2017. – S. 22-27. 

 

Dövrü mətbuatda

Əsərləri

 

Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında // Respublika. - 2020. - 1 iyun. - № 102. - S. 13. 

Ayın şahidliyi // 525-ci qəzet. - 2020. - 23 may. - № 47. - S. 23. 

Ayın şahidliyi : hekayə // Azərbaycan : qəzet. - 2020. - 16 avqust. - № 161. - S. 5. 

Şəbih : hekayə // Azərbaycan : qəzet. - 2020. - 27 sentyabr. - № 197. - S. 7. 

 

Haqqında məqalələr

 

 

Abbaslı T. Ədəbi-irfani Bəy : oxumayanlarından çox, oxuyanlarının boynunda haqqı olan Əbdürrəhim bəy Haqverdiyev! // Mədəniyyət. -  2016. - № 38. - S. 15. 

Abdulla K. Əvvəl-axır yazılanlar : ədəbi esselər // Ədəbiyyat qəzeti. - 2018. - 20 oktyabr. - № 39. - S. 5. 

Abbasova A. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərində xtonik varlıqlar // Kaspi. - 2020. - 26-29 iyun. - № 98. - S. 12-13. 

Abbaslı T. Ünlü ulularımızdan - mənən-mədəniyyətən də Bəy - Əbdürrəhim bəy Haqverdiyev // Mədəniyyət. - 2020. - 24 iyun. - № 47. - S. 6. 

Ağa Məhəmməd şah Qacar // Azərbaycan : qəzet. - 2020. - 27 sentyabr. - № 197. - S. 7. 

Babayev B. Haqverdiyev gülür, güldürür : Ə.Haqverdiyevin felyeton yaradıcılığından : Mətbuat tarixmizdən // Azərbaycan : jurnal. - 2019. - № 7/8. - S. 174-179. 

Babayeva G. "Xortdanın cəhənnəm məktubları" mifik aləmdən gerçək dünyaya : Əbdürrəhim bəy Haqverdiyev - 150 // 525-ci qəzet. - 2020. - 2 iyul. - № 59. - S. 11. 

Bayramoğlu A. Böyük zəhmətin bəhrəsi // Respublika. - 2008. - 19 dekabr. - S. 4. 

Bayramov A. Əbdürrəhim bəy Haqverdiyev və Tiflis Azərbaycan teatrı // Mədəniyyət. - 2012. - 13 yanvar. - S. 13. 

Bədəlbəyli Ə. Üç görüş // Bakı. – 1970. – 24 dekabr. – S. 3.

Bəxtiyaroğlu N. Əbdürrəhim bəy Laçında doğulmuşdur // Azərbaycan müəllimi. - 1992. - 26 mart. 

Bəkirqızı P. Ə.Haqverdiyevin "Pəri Cadu" dramında demonik obrazlar sistemi: semantika və funksiya // Ədəbiyyat qəzeti. - 2020. - 18 iyul. - № 24/25. - S. 26-27. 

Camalov K. Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib : Əbdürrəhim bəy Haqverdiyev - 150 // 525-ci qəzet. - 2020. - 26 fevral. - № 22. - S. 20.

Cəlal M. Böyük ədib : Əbdürrəhim bəy Haqverdiyev 1870-1970 // Bakı. – 1970. – 24 dekabr. – S. 3.

Çəmənzəminli V. Y. Əbdürrəhim bəy Haqverdiyev - 150 // 525-ci qəzet. - 2020. - 2 sentyabr. - № 101. - S. 12. 

Çəmənli M. Əbədiyyət yolçusu : Ə.B.Haqverdiyev - 120 // Azərbaycan : jurnal. - 2020. - № 9. - S. 143-152. 

Dünyamin qızı Q. “Anadangəlmə mollanəsrəddinçi” : Şura höküməti Əbdürrəhim bəy Haqverdiyevə də ögey münasibət bəsləyirdi // Kaspi. - 2016. - 18 mart. - № 48. 

Əzizov Ə. Realist sənətkar // Elm və həyat. - 1970. - 12 dekabr. - S. 2-4. 

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi UNESKO xəttilə qeyd ediləcək // 525-ci qəzet. - 2019. - 20 noyabr. - № 153. - S. 12 ; Mədəniyyət. - 2019. - 20 noyabr. - № 84. - S. 1.  

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib // 525-ci qəzet. - 2020. - 20 iyun. - № 55. - S. 10. 

Əfəndiyev B. Müxtəlif dillərdə // Bakı. – 1970. – 24 dekabr. – S. 3.

Əliyev Z. Magik realizmin gülüş və düşüncə yükü : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Mədəniyyət. - 2020. - 6 may. - № 34. - S. 6. 

Əliyeva A. Ədəbiyyatımızın təkrarsız siması : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Mədəniyyət. - 2020. - 15 may. - № 37. - S. 1, 6. 

Ədəbiyyatımızın böyük siması - Əbdürrəhim bəy Haqverdiyev : görkəmli şəxsiyyətlər // Savalan. - 2021. - 8-14 iyun. - № 20. - S. 2.

Fərəcova Z. Ömrü təlatümlər içində keçən yazıçı // Azərbaycan : qəzet. - 2022. - 11 mart. - № 53. - S. 6. 

Xəlilov N. Ə. Haqverdiyev və folklor // Ulduz. - 1982. - № 2.- S. 55-56. 

Xəlilzadə F. Ömür itmir, bitmir, davam edir // Azərbaycan. - 2010. - 10 iyun. - S. 7. 

Xəndan C. Unudulmaz xatirələr // 525-ci qəzet. - 2020. - 5 iyun. - № 49. - S. 21. 

İsmayıl Z. Əbdürrəhim bəy Haqverdiyev və ana dili məsəlləri : 17 may Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür // Ədəbiyyat qəzeti. - 2020. - 23 may. - № 15. - S. 11. 

Kamal R. Əbdürrəhim bəyin "qəstin"ləri : professor Kamran Məmmədovun unudulmaz xatirəsinə // Ədəbiyyat qəzeti. - 2018. - 13 yanvar. - № 1. - S. 30. 

Kamal R. Əbdürrəhim bəy və pasport // Ədəbiyyat qəzeti. - 2018. - 23 iyun. - № 24. - S. 25. 

Kamal R. "Əbdürrəhim bəyin cənnət səyahəti. Tiflis" // Ədəbiyyat qəzeti. - 2019. - 16 fevral. - № 6. - S. 23. 

Klassik dram sənətinin korifeyi : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Respublika. - 2020. - 1 iyun. - № 102. - S. 13. 

Qocayeva G. Əbdürrəhim bəy Haqverdiyev – 130 : müasirimiz // Azərbaycan müəllimi. - 2000. - 14-20 dekabr. 

Qasımova E. "Mozalan bəyin səyahətnaməsi": mülahizələr, qənaətlər // Ədəbiyyat qəzeti. - 2020. - 8 avqust. - № 28/29. - S. 24-25. 

Qocayeva G. Əbdürrəhim bəy Haqverdiyev: aşkarlar və gizlinlər arasında // Azərbaycan : qəzet. - 2020. - 27 sentyabr. - № 197. - S. 7. 

Qarabağın məşhur müəllimləri : Süleyman Rəhimov ; Əliyar Əliyev ; Əbdürrəhim Haqverdiyev // Azərbaycan Müəllimi. - 2020. - 6 noyabr. - № 37. - S. 11. 

Qəribov M. Əbdürrəhim bəy Haqverdiyevin məqalə, məktub və felyetonları // Xalq qəzeti. - 2021. - 26 noyabr. - № 256. - S. 10. 

Məmmədov M. Yeni quruluşu alqışlayaraq : Ə. Haqverdiyev, yeni faktlar, mülahizələr // Azərbaycan. - 1987. - № 4. - S.164-170. 

Mustafayev C. Ədəbi irsə bağlılıq // Kommunist. - 1990. - 29 noyabr. 

Məmmədov X. Ə. Haqverdiyev – müəllim // Azərbaycan müəllimi. - 1999. - 1 yanvar. - № 8. - S. 3. 

Mustafa N. Səfir Əbdürrəhim bəy Haqverdiyev Ermənistan hökumətinin sifarişi ilə qarət edilmişdir : Azərbaycan Xalq Cümhuriyyəti // Azərbaycan : qəzet. - 2018. - 4 may. - № 100. - S. 10. 

Məhərrəmova T. Dramaturq, nasir, teatr xadimi, alim və mütərcim // Kaspi. - 2019. - 11 dekabr. - № *229. - S. 15. 

Məhərrəmova T. Sözün qüdrətli ustadı : O, Azərbaycanın ilk dirijoru olub // Kaspi. - 2020. - 6 fevral. - № 21. - S. 13. 

Məmmədli A. Bədii söz imarətimizin sarsılmaz sütunu : görkəmli yazıçı-dramaturqun, Molla Nəsrəddinçi ədibin həyat və yaradıcılıq yoluna bir nəzər // 525-ci qəzet. - 2020. - 16 may. - № 44. - S. 20-21. 

Mükərrəmoğlu M. UNESKO Əbdürrəhim bəy Haqverdiyevin yubileyini qeyd edəcəkdir // Xalq qəzeti. - 2020. - 23 may. - № 100. - S. 7. 

Məmmədov Q. Zülməti yaran təfəkkür və qələm ziyası : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Mədəniyyət : jurnal. - 2020. - № Mart/Aprel. - S. 20-25. 

Mir Cəlal. Unudulmaz ədib : Əbdürrəhim bəy Haqverdiyevin vəfatının 10 illiyi münasibətilə // Ədəbiyyat qəzeti. - 2020. - 19 iyun. - № 18/19. - S. 7. 

Məmmədli N. "Molla Nəsrəddin"in Haqverdiyev naxışı : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Mədəniyyət. - 2020. - 13 avqust. - № 59/60. - S. 6. 

Mütəllimov T. Dahi sənət fədaisi // Ədəbiyyat qəzeti. - 2021. - 22 may. - № 19/20. - S. 16-17. 

Novruzov T. Poetik təhlilin imkanları // Azərbaycan müəllimi. – 1989. – 8 sentyabr. – S. 4.

Nurcahanoğlu A. Onun yaşadığı evdə // Bakı. – 1970. – 24 dekabr. – S. 3.

O, "Leyli və Məcnun" operasının ilk tamaşasına dirijorluq etmişdir // Azərbaycan : qəzet. - 2020. - 20 avqust. - № 164. - S. 7. 

Osmanoğlu M. Ağrı // 2016. - 29 oktyabr. -  S. 10-11. 

Osmanova G. Folklorun Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin poetikasına təsiri // Kaspi. - 2020. - 26-29 iyun. - № 98. - S. 8. 

Pəri cadu // Azərbaycan : qəzet. - 2020. - 27 sentyabr. - № 197. - S. 7. 

Rəfili M. Yazıçının tarixi böyüklüyü : [Əbdürrəhim bəy Haqverdiyev haqqında] // 525-ci qəzet. - 2021. - 10 aprel. - № 62. - S. 20. 

Rəşidov Ə. Şəkillərin dili ilə // Bakı. – 1970. – 24 dekabr. – S. 3.

Salamoğlu T. Qərb dünyasının rəzalətlərini görmək istedadı : Ə.Haqverdiyevin "Ata və oğul" hekayəsi haqqında // Ədəbiyyat qəzeti. - 2017. - № 21. – S.24. 

Sahil S. Haqverdiyevin qəhrəmanları // Kaspi. - 2017. - 21 oktyabr. - № 176. - S. 15. 

Salamoğlu T. Türk qanlı sənətkarın Avropa qiyafəli, müsəlman etiqadlı əsərləri : Ə.Haqverdiyev dramaturgiyası ədəbiyyatşünaslıqda: polemika üçün meydan varmı? // Azərbaycan : jurnal. - 2018. - № 1. - S. 166-181. 

Şamıoğlu Ş. Ədibin həyatının ən az öyrənilmiş üç ili... : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Azərbaycan : qəzet. - 2020. - 2 iyun. - № 103. - S. 10. 

Vəlixanov N. Əbdürrəhim bəy Haqverdiyev (1870-1970) : anadan olmasının 100 illiyi münasibəti ilə // Azərbaycan pioneri. - 1970. - 25 dekabr. 

Vahid M. Biz nəyə gülürük? : Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində bədii gülüş // Ədəbiyyat qəzeti. - 2018. - 7 aprel. - № 12. - S. 14-15 ; 14 aprel. - № 13. - S.28-29. 

Vahid M. Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində qadına münasibət : qadın və cəmiyyət // İşıq. - 2018. - № 2(94). - S. 48-52. 

Valehoğlu-Hacılar F. Əbdürrəhim bəy Haqverdiyev və Gürcüstan : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Mədəniyyət. - 2020. - 1 iyul. - № 49. - S. 6 ; 3 iyul. - № 50. - S.6. 

Valehoğlu-Hacılar F. Əbdürrəhim bəy Haqverdiyevin həyat salnaməsinin Gürcüstan səhifələri // 525-ci qəzet. - 2020. - 25 avqust. - № 95. - S. 12.

Valehoğlu-Hacılar F. Əbdürrəhim bəy Haqverdiyevin həyat salnaməsinin Gürcüstan səhifələri : birinci yazı // 525-ci qəzet. - 2020. - 22 avqust. - № 94. - S. 19

Vahid M. Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində gülüşün poetikası : Əbdürrəhim bəy Haqverdiyev - 150 // Azərbaycan : qəzet. - 2020. - 16 avqust. - № 161. - S. 5.

Vahabova S. Haqverdiyev yaradıcılığında menipp satira əlamətləri // Azərbaycan : jurnal. - 2021. - № 2. - S.184-190. 

Yalçın N. Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliğinə mühüm töhfə : görkəmli ədibin 150 illiyi münasibətilə hazırlanmış "Əbədiyyət yolçusu" kitabı təqdim edilib // Ulduz. - 2022. - № 3(634). - S. 81-82.