Seyid Şuşinski - 135

Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi Mir Möhsün Ağa Seyid İbrahim oğlu Şuşinski 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Bəzi şəxslər tərəfindən atası Seyid İbrahimin elə məhz Horadizli olduğu iddia edilsə də, Firudin Şuşinski Mir Möhsün haqqında yazdığı bioqrafik "Seyid Şuşinski" adlı əsərində atasının Şuşalı olduğunu sübuta yetirmişdir.