Böyük dramaturq Cəfər Cabbarlı – 125

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb.