İnsan hüquqları və sosial ədalət

İnsan hüquqları və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsi olmaqla yanaşı, vətəndaş cəmiyyətinin əsas meyarlarından biri hesab edilir. Bu hüquqlar ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ümumi dəyərlər üzərində qurulur və qanunla qorunur.