Uşaqların Beynəlxalq Televiziya və Radio Günü

Milyonlarla insan hər gün radio və televizorun köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür. Hansıki radioqəbuledici və radioötürücünü 1895-ci ildə rus fiziki A. S. Popov Rusiyada, italyan alimi Qulyelmo Markoni isə Avropada ixtira etmişdir.