Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

`Zəngi` liseyinin məktəbəqədər hazırlıq qrupu F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər

24-01-2020 12:11

Yanvarın 23-də  "Zəngi" liseyinin məktəbəqədər hazırlıq qrupu F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər.  Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri ilə bağlı məlumat verdi. Uşaqlar, nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Balacalar kitabxanadan şən əhval- ruhiyyə ilə ayrıldılar.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79