Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Xəzər rayonundakı 326 saylı məktəbin şagirdləri və müəllim heyyəti kitabxanaya ekskursiya etdilər.

08-02-2017 04:56

7 fevral 2017- ci il tarixdə Xəzər rayonundakı 326 saylı tam orta məktəbin 2 və 4-cü sinif şagirdləri müəllim heyyəti ilə F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə xanım uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kataloq, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış oldular. Sonra Nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Uşaqlar arasında viktorina keçirildi və qaliblərə kitabxananın dərc etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə olundu. Həmçinin, uşaqlar kitabla bağlı hazırlanmış çarxlı slaydı da izlədilər. Kitabxana ekskursiyaya gələn hər bir uşağın marağına səbəb oldu və ekskursiya xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

  




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79