Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Xəzər rayonu 121 nömrəli məktəbin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər

27-01-2020 17:01

Yanvarın 27- də Xəzər rayonu 121 nömrəli məktəbin 3-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Uşaqlar, kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap olunmuş Brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Əməkdaşlar kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79