Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Xocalı dərdim mənim” başlığı altında tədbir keçirildi.

27-02-2018 14:21

26 fevral 2018- ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları 176 saylı orta məktəbin 3-7 ci sinif şagirdləri ilə birgə Xocalı soyqırımının 26 illik ildönümü münasibəti ilə “Xocalı dərdim mənim” başlığı altında tədbir keçirdi. Tədbirdə Xocalı faciəsində şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqiəlik sükutla yad edildi və məktəbin direktoru tədbiri açıq elan edib, Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verdi. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unutulmayacağını bildirdi. Şagirdlər Ələmdar Quluzadənin “Dünyanın ürəyi daşdı Xocalı”, “ Qara Bayraq”, “Gözlə Xocalı Gözlə”, Qəşəm İsabəylinin “ Vətən”, “ Bəs nədən” şeirlərini söylədilər, Eyvaz Zeynalovun hekayələrindən şəhnəciklər göstərdilər, “Azərbaycan” və “ Şəhidlər Xiyabanı” mahnılarını ifa etdilər. Tədbirdə yazıçı şair Qəşəm İsabəyli, Eyvaz Zeynalov və Yazıçılar Birliyinin üzvü, şair, pedaqoq Oktay Zəngilanlı iştirak edirdi. Xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini şagirdlərlə bölüşən kitabxananın 1 saylı filialın müdiri Yasəmən xanım onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səslədi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79