Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Vətənpərvərlik mövzusunda “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı virtual sərgi

12-10-2020 12:42

Azərbaycan Ordusu günü-gündən daha da möhkəmlənir, qüdrətlənir. Əsgərlərimizin böyük rəşadət və xalqımızın vətənpərvərlik hissi ilə qəhrəmanlıq tarixini yazdığı bu günlərdə Respublika Uşaq Kitabxanası “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı vətənpərvərlik mövzusunda virtual sərgi təqdim etdi.

Əsas məqsəd, ordumuza mənəvi dəstək olmaqla, vətənpərvərlik hisslərini uşaq və yeniyetmələr arasında gücləndirmək, kitabxananın fondunda olan, hərb və vətənpərvərlik mövzusunda resurslarla virtual oxucuları tanış etməkdir.

Mövzu çərçivəsində, kitabxananın əməkdaşları haqq yolunda inamla irəliləyən Ali baş komandan Cənab İlham Əliyevin güclü siyasətindən, Cənubi Qafqazın ən güclü ordusu hesab edilən şanlı Azərbaycan ordusundan və ümumilikdə Azərbaycan xalqının vətənpərvərliyindən ətraflı məlumat verdilər. Videoçarxda virtual oxucular üçün kitabxananın fondunda olan vətənpərvərlik mövzusunda yazılmış kitablar da təqdim edildi.  

Qeyd edək ki, Respublika Uşaq Kitabxanasının təqdim etdiyi  virtual sərgi kitabxananın “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı http://clb.az/ vasitəsilə təqdim edilir.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79