Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Uşaqların sevimli yazarı Solmaz Amanova ilə məktəblilər arasında onlayn görüş keçirildi

20-04-2021 11:39

F.Köçərli adına Respublika Uşaq Kitabxanası yazıçı Solmaz Amanova ilə Xətai rayonu 95 saylı  tam orta məktəbin,  Bakı Avropa Liseyi və Gəncə Şəhər 17 saylı tam orta məktəbinin  müxtəlif  sinif şagirdlərinin iştirakı onlayn görüş keçirdi.

Onlayn görüş  şagirdlərin təqdimatında dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə başladı.

Zoom proqramı üzərindən həyata keçən görüşün əsas məqsədi  oxucu və müəllif arasında virtual görüşləri təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.

Görüş çərçivəsində yazıçı Solmaz Amanova yaradıcılığı, həyata keçirdiyi layihələr, İkinci Qarabağ müharibəsi tarixində Azərbaycanın şanlı qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” və digər “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi müxtəlif kitabları barədə ətraflı məlumat verdi, həmçinin, məktəblilərin çoxsaylı suallarını cavablandırdı.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79