Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Uşaqlar üçün Yeni İl şənliyi keçirildi

25-12-2017 17:13

F.Köçərli adına Respublika Uşaq kitabxanası, uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə 25 dekabr tarixində kitabxanada Yeni İl şənliyi keçirdi. Yeni il əhval ruhiyyəsi ilə təşkil edilmiş şənliyə kitabxananın oxucuları qatıldı. Şaxta baba və qar qızın qonaqları olan uşaqların sevimli obrazı kapitan və nağıl personajlarını ifa edən gənc aktyorların xüsusi proqramla çıxış etdiyi tamaşa hər kəs tərəfindən böyük rəğbət və maraqla izlənildi. Sonra F.Köçərli adına Respublika Uşaq kitabxanası direktoru Ş.Qəmbərova uşaqları Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edib, onlara xoş arzularını bildirdi. Şənliyin sonunda uşaqların hər birinə hədiyyələr təqdim olundu.

   




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79