Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Uşaq kitab karvanı” Qəbələdə

24-10-2018 09:57

23 oktyabr 2018-ci il tarixində “Uşaq Kitab Karvanı” bölgələrdə layihəsi çərçivəsində növbəti tədbir Qəbələ rayonunda təşkil edildi. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə  həyata keçirilir.  Rayonun Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə uşaq yazarları ilə görüş oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə nəşr olunmuş yeni kitabların, uşaq ədəbiyyatlarının nümayişi və uşaq yazarları ilə imza saatı keçirildi. Tədbirdə fərqlənən ən yaxşı fəal oxucular yazıçıların imzalı kitabları ilə dəyərləndirildi. Qəbələ  Uşaq kitabxanasına kitab karvanı ilə gətirilən nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 21 adda metodik vəsait, “Göy Qurşağı” və “Qaranquş” uşaq jurnalları hədiyyə edildi.  Layihə çərçivəsində bölgələrdə keçirilən səyyar kitab sərgisi uşaq ədəbiyyatına olan marağı artırmaqla uşaqların mütaliəyə cəlb edilməsində, həmçinin onların oxu ehtiyacını təmin edilməsində böyük rol oynayacaq. “Uşaq Kitab Karvanı” bölgələrdə layihəsi çərçivəsində növbəti tədbirlərin 29 oktyabr 2018-ci il tarixə qədər Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

   




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79