Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Uşaq bağçasında “Sülh Göyərçinləri” adlı tədbir keçirildi

18-09-2019 12:44

Sentyabrın 13-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Nərimanov rayonunda yerləşən "Mickey’s House" uşaq bağçasında 21 avqust - 21 sentyabr “Beynəlxalq Sülh aylığı” çərçivəsində “Sülh Göyərçinləri” adlı tədbir keçirdi. Tədbirdə Beynəlxalq Sülh Günü haqqında məlumat verildi. Dünyada sülhün, əmin-amanlığın, ədalətin bərqərar olunmasının, təhlükəsizliyin təmin edilməsinin hər bir sülhsevər xalqın, bütün insanların, xüsusilə uşaqların arzusu olduğu bildirildi. Tədbirdə, uşaqların ifasında  sülhün qorunması ilə bağlı bədii kompozisiya təqdim edildi. Kompozisiyada uşaqlar sülhə aid  şeirlər, mahnılar oxudular, rəqs etdilər, sülhün, əmin-amanlığın daim qorunmasının zəruriliyini vurğulayıb, insanlar, xüsusilə bəşəriyyətin gələcəyi olan uşaqlar üçün sülhün əhəmiyyətindən söz açdılar. Sonda, uşaqlar sülhə aid fikirlərini söylədilər, sülhün rəmzi olan ağ göyərçinlər və şarları havaya buraxdılar. 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79