Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Tofiq Mahmudun 90 illik yubileyinə həsr olan vəsait oxuculara təqdim edildi

09-02-2021 11:40

Göstərici uzun illər “Göyərçin” uşaq jurnalının redaktoru işləmiş, uşaq yazarı və şair Tofiq Mahmudun 90 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər  üçün nəzərdə tutulmuşdur.

Vəsaitin birinci hissəsi “Uşaq dunyasınının səyyahı” adlanır və  Tofiq Mahmudun həyat və yaradıcılığından bəhs edir. İkinci hissə “Oxu, öyrən, gəz, tanı, Doğma Azərbaycanı” adlanır və yubiley münasibətilə təşkil olunacaq: kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlərdən söhbət açılır.

İstifadəçilər, vəsaitdə sevilən şairimiz Tofiq Mahmudun “Yola çıxıram”, “Mənim kürəkənim”, “Dibçək”, “Buzovna qayaları”, “Utancaq oğlan”,  “Açıqdır pəncərəm”, “Alpinistlər”, “Meşədə səs”, “Ana qucağı”, “Qızımın sualları”, “Dalğalar”, “Ulduzlar, düşüncələr”, “Pəncərəyə toxunan budaq”, “Kəpənək gözəlliyi”, “Məhəbbətim sirr deyil” kitablarının müzakirəsi ilə də tanış ola bilərlər.

Oxucular vəsaitdən  linkindən istifadə etməklə yararlana bilərlər.

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79