Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Təhsilimiz zənginliyimizdir”adlı tədbir keçirildi.

20-09-2018 15:18

17 sentyabr 2018-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının təşkilatçılığı ilə  “Bilik günü” münasibəti ilə 201 saylı uşaq bağçasında səhərcik keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Uşaq bağçasının direktor  müavini  Şahnaz Aslanova valideyn və uşaqları bu   münasibətlə uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı. Tədbirdə uşaqlar məktəbə, müəllimə , vətənə aid şeirlər söylədilər, rəqs etdilər. Kitabxana əməkdaşları uşaqlara F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalının son nömrələrini hədiyyə etdi.

18 sentyabr 2018-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının  əməkdaşları Binəqədi rayonundakı “Bee school” məktəbəqədər təhsil mərkəzi ilə birgə  “Təhsilimiz zənginliyimizdir” adlı tədbir keçirildi. Mərkəzin direktoru Aysel Mehdiyeva tədbirdə iştirak edən uşaqları və valideynləri salamlayib,  hər kəsi bilik günü münasibəti ilə təbrik etdi. Tədbirə dəvət olunan kloun öz məzəli çıxışı ilə uşaqları əyləndirdi. Tədbirdə şeirlər söyləndi, uşaqlar arasında viktorina keçirildi, rəqslər ifa olundu. Bilik gününün başlanmasını bildirən ilk zəng çalındı.  Tədbirin sonunda uşaqlarla xatirə şəkli çəkildi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79