Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsi

02-05-2020 10:36

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə 10-15 yaşlı məktəblilər arasında “Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsi elan edir.

• Müsabiqədə iştirak etmək istəyən 10-15 yaş arası məktəblilər bu gündən etibarən yazdıqları esseləri may ayının 10-na kimi kitabxanamızın elektron poçt ünvanına (info@clb.az, ushaqkitabxanasi@gmail.com) təqdim etsinlər.

• Təqdim olunmuş esselər kitabxananın facebook səhifəsində paylaşılacaq.

• Qalib, onlayn səs çoxluğu əsasında müəyyən olunacaq (ən çox bəyənilmiş esse)

• Nəticə may ayının 11-də açıqlanacaq. Onlayn səs çoxluğu toplamış oxucuya Respublika Uşaq Kitabxanası tərəfindən kitab hədiyyə ediləcək.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79