Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərtib etdiyi yeni vəsaitlərlə oxucuları sevindirməyə davam edir

05-02-2021 16:21

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən filosof, alim, şair Aslan Aslanovun 95 illik yubileyi münasibətilə hazırlanmış vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS - nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün nəzərdə tutulub.

Vəsaitin I hissəsi “Təbiət gözəlliklərini ən gözəl tərənnüm edən şair” adlanır və A.Aslanovun həyat və yaradıcılığından bəhs edir.

II hissə isə  “Dili nəğməli şair” adlanır. İstifadəçilər bu hissədə yubiley münasibətilə təşkil olunacaq: kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında məlumatlanacaqlar.

Qeyd edək ki, vəsaitdə  A. Aslanovun “Bənövşələr”, “Nəğməli günlərim”, “Qış”, “Düşərgəmiz”, “Köhlən atım”, “Dəniz”, “Sənin deyilmi”, “Niyə” kitabları haqqında oxuculara ətraflı məlumat verilmişdir. 

Oxucular vəsaitdən linkindən istifadə etməklə yararlana bilərlər.

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79