Respublika Uşaq Kitabxanası “Sərhədsiz incəsənət” adlı növbəti yeni layihəyə start verdi
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il ölkəmizdə 18 sentyabr “Üzeyir musiqi günü” kimi qeyd olunur. Bununla da bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyovun doğum tarixi əlamətdar günə çevrilib. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Əsərləri dünya musiqi incilərindən hesab edilən Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə, Şuşa qəzasında anadan olmuşdur.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.
F.Köçərli adına Respublika Uşaq kitabxanası “Sərhədsiz incəsənət” adlı yeni layihəsinin ilk mövzüsunu 18 sentyabr “Milli Musiqi Günü”nə həsr etdi.
Layihənin əsas məqsədi, kitabxananın fondunda olan, mədəniyyətin müxtəlif sahələrini əhatə edən resurslarla oxucuları virtual tanış etmək və onların dünyagörüşlərinin artırılmasında xidmət etməkdir.
Mövzu çərçivəsində, Üzeyir Hacıbəyov yaradıcılığı barədə ümumi məlumat verildi. Eləcə də, kitabxananın əməkdaşının təqdimatında bəstəkarın "Arşın mal alan" musiqili komediyasından bir parça fortepianoda ifa edildi. Kitabxananın zəngin fondunda olan kitablar və digər resurslar virtual nümayiş olundu.
Layihə çərçivəsində silsilə mövzuların hazırlanmasında istifadə olunanacaq materiallar kitabxananın fondunda olan materiallara əsaslanır.
Qeyd edək ki, mədəniyyətin müxtəlif sahələrini əhatə edən mövzuları özündə əks etdirən video-çarxlar kitabxananın “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)








