Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Respublika Uşaq Kitabxanası oxuculara internet ünvanında yeni rubrika təqdim etdi

16-12-2020 14:15

F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az saytının Multimedia bölməsində yeni rubrika -"Əzizinəm Qarabağ" adlı  Virtual sərgini oxucuların istifadəsinə təqdim etdi.

Oxucular, virtual sərgi vasitəsi ilə Qarabağ həqiqətlərini əks etdirən, real tarixi faktlara və sənədlərə əsaslanan 50 kitabın tam mətni  ilə tanış ola bilərlər.

Təqdim olunmuş kitablar arasında Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər”, İsmayıl İmanzadə, Tariyel Abbaslının “Cəbrayıl şəhidləri”, Əlisahib Əroğulun “Erməni-daşnak faşizmi və Azərbaycan”, Günel Anarqızının “Oğlun Qarabağ”, Ələmdar Quluzadənin “Qadan mənə Qarabağ”, Elxan Elatlının “Qisas gecəsi”, Sevinc Nuruqızının “Qisas”, Əlibala Məhərrəmzadənin “ Xocalı Soyqırımı”, Mina Rəşidin “Baxmaqla görmək ayrıdı!” və bu kimi müxtəlif Qarabağ həqiqətlərini əks etdirən kitablar yer alıb.

Əsas məqsəd ciddi karantin rejimində oxucuların mütaliə tələbatını ödəmək və onlara kitabxananın elektron resurslarını təqdim etməkdir.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79