Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Respublika Uşaq Kitabxanası oxucuları cizgi filmlərinə baxmağa dəvət edir

30-03-2020 13:20

F.Köçərli adına Respublika Uşaq Kitabxanası əhalinin koronavirus (COVİD-19) infeksiyasına yoluxmamaları üçün evdə qaldıqları bir zamanda kiçik yaşlı oxucularına dəstək olmaqda davam edir. Kitabxana oxucularını evdə qaldıqları müddəti səmərəli və faydalı keçirmələri üçün kitabxananın internet ünvanında olan multimedia bölməsində yerləşdirilmiş cizgi filmlərinə baxmağa dəvət edir. Hazırda 68 cizgi film oxuculara təqdim olunub. Bunlardan 15-i Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "Azanfilm" studiyasının birgə istehsalıdır. Cizgi filmlər sırasında olan "Əlifba" oxucularımıza əlifbanın öyrədilməsində yardım edəcək. “Sağlam dişlər”, “Balaca ev”, “Mərhəmətin dadı” kimi və s. cizgi filmlər də uşaqlara fayda verəcəkdir. Aşağıdakı link vasitəsilə həmin cizgi filmlərinə baxa bilərsiniz.

http://clb.az/cizgi-filmlri_k42.html




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79