Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Respublika Uşaq Kitabxanası ingilis uşaq yazarı Sam Zuppardinin “Cek Daha Qorxmur” adlı kitabının elektron variantını oxuculara təqdim etdi

20-05-2021 17:30

F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az internet ünvanı vasitəsi ilə “Cek Daha Qorxmur” adlı kitabın elektron variantını oxucuların istifadəsinə verdi.

6-10 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş kitab clb.az saytının Elektron kitablar bölməsinə yerləşdirilib.

Kitabın müəllifi İngiltərənin uşaq yazarı və  illustratoru Sam Zuppardi, tərcüməçisi – Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) İran milli bölməsinin  əməkdaşı, yazıçı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi, redaktoru isə - Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Elvira Məmmədovadır. 

Əsərdə Cek adlı bir uşağın ilk dəfə konsert verəcəyi günü səbirsizliklə gözlədiyi , amma, o əlamətdar gün haqqında düşündükcə uğursuz çıxış edəbiləcəyi ehtimalından həyacan və narahatlıq keçirdiyi daha sonra isə anasının dəstəyi ilə qorxusunun üstünə gedərək arzu və məqsədlərinin ardıyca getməsindən bəhs olunur.

Kitabla BURADAN tanış ola bilərsiniz.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79