Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Respublika Uşaq Kitabxanası cari il üçün metodik vəsaitləri oxuculara təqdim etdi

27-01-2021 10:02

F.Köçərli adına Respublika Uşaq Kitabxanası çoxşaxəli fəaliyyət istiqamətində həm də metodik mərkəz kimi fəaliyyət göstərir. Kitabxanaların uşaq şöbələrinə elmi metodik mərkəz kimi rəhbərlik edərək tövsiyələr vermək, internetin axtarış sistemlərindən istifadəyə metodik köməklik göstərmək, qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılmasını təmin edir.

Respublika Uşaq Kitabxanası öz səmərəli fəaliyyətini davam etdirərək yeni metodik vəsaitləri oxuculara təqdim etdi. Şairə Mədinə Gülgünün 95 illiyinə həsr edilmiş  “Dastana çevrilmiş həyat” adlı metodik vəsait   Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları ,metodistlər üçün nəzərdə tutulmuşdur. İstifadəçilər vəsaitdə əhatə edilən dolğun məlumatlar sayəsində I hissədə şairənin “Apardı sellər Saranı”, “Uşaqlıq da həyatdır”, “Yadıma Xəzər düşür”, “Yazılı nağıllar”, “Təbriz küçələri”, “Ağ badam çiçəkləri”, “Günlər və xatirələr”, “Arzu da bir ömürdür”, “Ömrə yelkən ümidlərim”, “Ömrün payız dayanacağı”, “Könlümü ümidlər yaşadar”, “Dünya şirin dünyadır” kitabları haqqında məlumat əldə edəcəklər. II hissədə isə şairənin yaradıcılığı mövzusunda kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisi verilmişdir. İstifadəçilər  kitabxananın clb.az internet ünvanının Elmi-metodika  bolməsinə daxil olmaqla vəsaitdən yararlana bilərlər.

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79