“Qonağım ol” rubrikasının növbəti qonağı sevilən uşaq yazarı Gülzar İbrahimova olacaq
Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Gülzar İbrahimova olacaq.
Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
Görüş Novruz bayramına təsadüf etdiyi üçün yazar yaradıcılığında Bahara və Novruz bayramına həsr etdiyi nağıl, şeir və hekayələri haqqında ətraflı məlumat verəcək.
Qeyd edək ki, onlayn görüş martın 19-da saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.






