“Qonağım ol” rubrikasının növbəti qonağı sevilən uşaq yazarı Elvira Məmmədova olacaq
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Elvira Məmmədova olacaq.
Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
Oxucular, canlı yayım vasitəsi ilə uşaq yazarı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, onlayn görüş mayın 21-də saat 13:30-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.






