Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Qonağım ol” rubrikasının növbəti qonağı Nicat Kazımov olacaq

04-05-2021 14:05

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov olacaq.

Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

Görüş çərçivəsində aktyor layihələri, tamaşaları ümumilikdə fəaliyyəti haqqında ətraflı məlumat verəcək, həmçinin, canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

Qeyd edək ki, onlayn görüş mayın 07-da saat 12:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79