Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Qonağım ol” rubrikasının budəfəki qonağı gənc yazıçı, jurnalist Şahanə Müşfiq olacaq

12-07-2021 16:17

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının qonağı gənc yazıçı, jurnalist Şahanə Müşfiq olacaq.

Gənc yazar“Qaranlıqlar günəşi”, “Şahanənin nağılı” və yeni işıq üzü görənpovest və hekayələrdən ibarət “Hərənin öz romanı”adlı kitabların müəllifidir.

Şahanə Müşfiqin hekayələrində cəmiyyətdə mövcud olan müxtəlif ailədaxili problemlər əks olunur.

“Qonağım ol” rubrikası əsasında reallaşacaq görüş çərçivəsində, oxucular, canlı yayım üzərindəngənc yazıçı, jurnalist Şahanə Müşfiqilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər. Gənc yazar görüş zamanı həyat və fəaliyyəti, kitabları, əsərləri haqqında ətraflı məlumat verəcək.

Onlayn görüş iyulun 15-da saat 12:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən baş tutacaq.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla oxucuların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79