Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Qonağım ol” rubrikası oxucuları növbəti qonaq ilə onlayn görüşə dəvət edir

17-06-2021 14:22

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Respublika Xatirə kitabı redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsiscisi, şairə, publisist Nəzakət Məmmədova olacaq.

Layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yazıçılar, şairlər, rəssamlar, rejissorlar, jurnalistlər, psixoloqlar və s. sevilən ziyalılar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçıların yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

Oxucular canlı yayım vasitəsi ilə Nəzakət Məmmdədova ilə diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər. Görüş çərçivəsində, şairə jurnalist hərb və vətənpərvərlik mövzusunda qələmə aldığı əsərləri, kitabları və ümumilikdə öz fəaliyyəti haqqında ətraflı məlumat verəcəkdir.

Qeyd edək ki, onlayn görüş iyunun 18-də saat 12:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79