Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Qələbənin 75 illiyinə həsr olunmuş ailəvi onlayn viktorinanın nəticələri məlum oldu

14-05-2020 11:03

F.Köçərli adına Respublika Uşaq Kitabxanası xüsusi karantin rejimində keçirilən tədbirlər çərçivəsində öz fəaliyyəti istiqamətində müxtəlif layihələr həyata keçirir.

Respublika Uşaq Kitabxanasının təşkil etdiyi Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş ailəvi onlayn viktorinanın nəticələri məlum oldu.

Müsabiqənin şərtlərinə əsasən Böyük Vətən Müharibəsinə həsr olunmuş 50 suala 60 dəqiqə ərzində Kərimovlar ailəsi düzgün cavab verməklə qalib oldular.

Qalib ailəyə Respublika Uşaq Kitabxanası tərəfindən 5 kitab hədiyyə edildi.

Viktorinanın keçirilməsində əsas məqsəd “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.

 

1.İkinci Dünya müharibəsi hansı illəri əhatə edir?

Cavab:1939-cu il sentyabrın 1-i başlamış,1945-ci il sentyabrın 2-si başa çatmışdır.

2.Böyük Vətən mühariəsi hansı illərdə baş vermişdi?

Cavab:1941-1945- ci illərdə baş vermişdir.Bu Almaniyanın SSRİ-yə hücumu idi.Bu İkinci Dünya müharibəsinin tərkib hissəsidir.

3.Almaniyanın SSRİ-yə hücum planı necə adlanır?

Cavab:Barbarossa planı adlanır.Bu plan ildırım sürətli plan idi.Yəni qısa müddətdə 1942-ci ilin qışına qədər SSRİ tamamilə işğal olunmalı idi.

4. 1941 - ci il iyunun 22-də SSRİ-yə hücum olunana qədər artıq Almaniya hansı əraziləri işğal etmişdi?

Cavab:Həmin illərə qədər Almaniya Danimarka,Norveç,Belçika,Fransa,Niderland kimi əraziləri artıq işğal etmişdi.

5. İkinci Dünya müharibəsinin gedişatında SSRİ-yə hücum olunan zaman SSRİ qoşunları nə vaxt əks hücuma keçdilər?

Cavab:1941-ci ilin dekabrında Moskva döyüşündə SSRİ qoşunları əks hücuma keçdilər.

6. Hitlerin Qafqaza dair hücum planı necə adlanırdı?

Cavab:Qafqaza dair hücum planı Edelveys planı adlanırdı.

7. Edelveys planında əsas haranın işğalı nəzərdə tutulurdu?

Cavab:Əsas Bakıya sahib olmaq, Bakı neftinin ələ keçirilməsi idi.

8.Edelveys planına görə Bakı nəvaxt alınmalı idi.

Cavab:Bu plana görə Bakı 1942- ci il sentyabrın 25 - də işğal olunmalı idi.

9.Böyük dovlətlər olan ABŞ və Böyük Britaniyanın Qafqaza dair hücum planı necə adlanırdı?

Cavab:Vilvet planı adlanırdı.

10.Vilvet planının əsas məqsədi nə idi?

Cavab:Vilvet planına görə Qafqaza ABŞ və Böyük Britaniyanın qoşunları yeridilməli idi.

11. Böyük Vətən Müharibəsində Azərbaycanda hansı  diviziyalar təşkil olunmuşdu?

Cavab:402;223;416;271 -ci diviziyalar

12.Əvvəldən axıra qədər döyüş yolu keçmiş diviziyamız hansıdır?

Cavab:416- cı diviziyadır.

13.İkinci dünya müharibəsində nə qədər Azərbaycanlı iştirak etmişdir?

Cavab:700000 - ə qədər azərbaycanlı səfərbər olmuşdur.

14. Bu azərbaycanlı əsgərlərdən neçəsi qadın idi?

Cavab:Bu əsgərlərdən 11000 dən çoxu qadın idi.

15.İkinci Dünya Müharibəsində neçə Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür?

Cavab:43 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

16.İkinci Dünya Müharibəsində ilk dəfə Sovet İttifaqı adına layiq görülmüş döyüşçümüz kimdir?

Cavab:1941- ci ilin dekabrında İsrafil Məmmədov bu ada layiq görülmüşdür.

17. İkinci Dünya Müharibəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına hansı azərbaycanlı döyüşçümüz layiq görülmüşdür?

Cavab:Həzi Aslanov I dəfə 1942- ci il Stalinqrad döyüşündə, II dəfə 1944 - cü il Belarusyanın azad edilməsində layiq görülsədə təsdiq olunmamışdır. Nəhayət 1991- ci il Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təsdiq olunmuşdur.

18. İkinci Dünya Müharibəsində SSRİ - nin qələbə çalmasında Bakının əhəmiyyəti nədən ibarət idi?

Cavab:Müharibədə Bakı neftinin, benzinin böyük rolu var idi. Mühariədə Bakı neftin 75 faizini, benzinin 95 faizini təmin edirdi.

19.İkinci Dünya Müharibəsində Bakıda hansı hərbi texnika istehsal edilirdi?Cavab:Bakı həmin dövrdə cəbxəxana rolu oynayırdı. Eyni zamanda Bakıda Katyuşa raketi, YAK-3 qırıcı təyyarəsi, Şpagin pulemyotu, ümumiyyətlə, 130 adda silah və hərbi texnika istehsal edilirdi.  

20.Bu xidmətlərə görə Bakıya Qəhrəman şəhər adı verildimi?

Cavab:Həmin illərdə Bakıya qəhrəman şəhər adı verilmədi. Yalnız 1978-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı müharibədə göstərdiyi xidmətlərinə görə orden ilə təltif olundu.

21.Müharibənin gedişində Azərbaycanda yaranan diviziyalara hansı fəxri adlar verilmişdir?

Cavab:77 - ci diviziya Simferopol, 223-cü diviziya Belqrad,416 -cı diviziya Taqanroq, 271 - ci diviziyaya isə Qarlovka fəxri adı verilmişdir.

22.İkinci Dünya müharibəsində Sovet İttifaqı adını almış azərbaycanlılardan kimləri tanıyırsız?

Cavab:İsrafil Məmmədov,Həzi Aslanov,Yaqub Quliyev,Xıdır Mustafayev,Hüseynbala Əliyev, Adil Quliyev, Qafur Məmmədov,Ziya Bünyadov, Yusif Sadıqov və s. 

23. İkinci Dünya müharibəsinin qələbə çalmasında Partizan hərəkatının böyük rolu olmuşdur.Partizan hərəkatında iştirak edən azırbaycanlılardan kimləri tanıyırsınız?

Cavab:Aliyə Rüstəmbəyova, Alfa Şirazi, Vilayət Hüseynov, Cavad Həkimli,Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbralıyov və s. 

24.İkinci Dünya Müharibəsində Azərbaycan alimlərinin də çox böyük rolu olmuşdur.Bu haqda nə deyə bilərsiz?

Cavab:Naxçıvandan olan Yusif Məmmədəliyev tərəfindən Aviasiya üçün yüksək səviyyəli təyyarə benzini hazırlanmışdı. Mustafa Topçubaşov yeni hərbi cərrahiyə metodları tətbiq etmişdir və s.

25. İkinci Dünya Müharibəsinin gedişatında əsaslı dönüş hansı  döyüşlə başlamışdır?

Cavab:1942-ci ildə Stalinqrad döyüşü əsaslı dönüş olmuşdur.

26.Bu müharibədə əsaslı dönüş hansı döyüşlə başa çatmışdı?

Cavab:1943-cü ildə baş vermiş Kursk döyüşü, "tarixin ən geniş əhatəli tank döyüşü" ilə başa çatmışdı.

27. Tehran konfransı nə vaxt açılmışdı və bu konfransda əsas məsələ nə idi?

Cavab:1943-cü ildəaçılmışdır. Bu konfransda 3 böyük dövlət iştirak etmişdir.Bu konfransda SSRİ rəhbəri Stalin, ABŞ-nın rəhbəri Ruzvelt vəİngiltərənin baş naziri Çerçil iştirak etmişdir. Əsas məqsəd ikinci cəbhənin açılması idi.Qərara alındı ki, bu cəbhə 1944- cü il may ayında Şimali Fransada açılsın.

28. Krım konfransı nə vaxt açılmışdır?

Cavab:1945- ci ildə böyük üçlü iştirak etmişdi. Bu konfransda Almaniyadan alınacaq təzminat, işğal olunmuş torpaqların taleyi, Birləşmiş Millətlər təşkilatının iş qaydaları müəyyənləşmişdir. 

29. Müharibənin gedişatıda sonuncu konfrans nə vaxt olmuşdur?

Cavab:1945-ci ildə Potsdam konfransı.Artıq o zaman Almaniya təslim olmuşdu. 

30. Bu müharibədə Almaniya nə zaman təslim oldu?

Cavab:1945-ci il mayın 9-da qələbə çalındı. 1945- ci il mayın 8-də artıq Almaniya təslim olma aktını imzalamışdı.

31.Bundan sonra müharibə hansı ölkə ilə davam etdi?

Cavab:Yaponiya ilə 

32. Yaponiyanın aqibəti necə oldu?

Cavab:Yaponiya təslim olma aktını qəbul etmədi. Cəza olaraq 1945 - ci il avqustun 6-da Xirosima, avqustun 9-da isə Naqasaki şəhərlərinə ABŞ-ı atom bombası atdı.Yaponiya 1945-ci il sentyabrın 2-sində təslim olma aktını imzaladı. Bununlada İkinci Dünya Müharibəsi başa çatdı. 

33. İkinci dünya Müharibəsində neçə dövlət iştirak edirdi?

Cavab:65 dövlət iştirak edirdi.

34. Azərbaycan bu müharibəyə hansı dövlətin tərkibində qatılmışdı?

Cavab:SSRİ- nin tərkibində qatılmışdı.

35. “Faşizm”  və “Faşist” sözlərinin mənası nədir?

Cavab:Fazizm sözü bütövlükdə işğalçı, otoritər, irqçi və anti-demokratik xüsusiyyətlərdən hamısını  ya  da bir neçəsini özündə birləşdirən sistem  adı  və ya qurumdur. Faşizm ideyası ilk dəfə İkinci Dünya müharibəsi zamanı meydana gəlmişdir. Faşist isə bu və ya bu səbəblə anti-demokratik ideologiya və sistemlərini qoruyan, təmsil edən, tərəfdar olan və bütün bunlara dəstək olan insanlara verilən addır.

36. “Vahid hərbi düşərgə” qavramı nə deməkdir və  Azərbaycan bu düşərgənin bir hissəsi hesab olunurdumu? 

Cavab:  “Vahid hərbi düşərgə” ni SSRİ-yaratmışdı və Azərbaycan bu düşərgənin bir hissəsi idi. Bu hərbi düşərgənin bir hissəsində Sovet qoşunları alman ordusuna qarşı üz-üzə vuruşurdu. 

37.Sizcə ön cəbhə və arxa cəbhə anlayışı nədir? Ön cəbhə ilə arxa cəbhənin əlaqəsi nə üçün vacib idi?  

Cavab:  Sovet qoşunları alman ordularına qarşı üz-üzə vuruşurdu. Bura  ön cəbhə və yaxud sadəcə olaraq cəbhə adlanırdı. Hərbi düşərgənin digər hissəsində - arxada isə döyüş getmirdi. Ancaq buradakı adamlar da gecə-gündüz ön cəbhə üçün işləyirdilər. Ön cəbhəyə yanacaq, geyim, paltar, yemək, silah və s. göndərilirdi. Bunlar vaxtında göndərilməsəydi, ön cəbhədə qalib gəlmək olmazdı. Buna görə də hərbi düşərgənin bu hissəsi arxa cəbhə  adlanırdı. Ön cəbhə və arxa cəbhə birlikdə  vahid hərbi  düşərgəni təşkil edirdi. 

38.1941-1945-ci illər İkinci Dünya müharibəsində ilk günlərdən  Azərbaycan oğullarının  şücaət və qəhrəmanlığının sədası haradan gəldi? 

Cavab: Azərbaycanlıların mərdliyi haqqında ilk xəbər Brest qalasından gəldi. 44 nəfə azərbaycanlı qalanın müdafiəsində iştirak etmiş, axır nəfəslərinə qədər döyüşmüşdülər. 

39.Azad türk diviziyası hansı tarixdə yaradıldı? 

Cavab: 1943-cü ildə Azad türk diviziyası yaradıldı. Azərbaycanlılardan təşkil olunmuş legion da onun tərkibinə daxil edilmişdir.

40.Bu müharibədə Azərbaycanımız nə kimi işlər gördü?

Cavab:  Qələbənin taleyi Azərbaycanımızdan –Bakımızdan asılı idi. Buna görə də  Bakımız faşizmə qarşı mübarizənin əsas cəbhələrindən birinə çevrildi. Müharibə illərində Azərbaycandan sovet ordusuna 600 minə yaxın adam səfərbərliyə alınmışdı. 300 mini həlak olmuşdu. Kişilər, gənclər ön cəbhədəki döyüşlərə getdiklərindən qadınlarımız onları əvəz etdi. Buna görə də, müharibənin ilk aylarında neft sənayesinə 11 min qadın gəlmişdi. Müharibə illərində Bakı neftçiləri möcüzələr göstərirdilər. Qəhrəman nefçilərimizin əməyi sayəsində 1941-ci ildə Azərbaycanımızda 23 milyon tondan çox neft çıxarıldı. 23 milyon ton qara qızıl! Bu Azərbaycanda neft hasilatının bütün tarixi ərzində ən yüksək göstərici idi.

41. Bu il Qələbəmizin neçə illiyi qeyd olunur?

Qələbəmizin 75 ili tamam olur.

42. Sovet İttifaqı Qəhrəmanı və Müharibədən sonrakı dövrdə görkəmli şərqşünas alim kimi tanınmış, tarix elminin inkişafı üçün çox işlər görmüş akademik kimdir?

Ziya Bünyadov

43. Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi şəhərin hansı yerindədir?

Abidə 1949-cu ildə Həzi Aslanovun qəbrinin üstündə Dağüstü parkda qoyulmuşdur. Abidəni heykəltaraş Fuad Əbdürəhmanov hazırlamışdır. Abidə 2012-ci ildə əsaslı təmir olunub.

44.Böyük Vətən müharibəsi ilə bağlı hansı Azərbaycan filmlərinin adlarını çəkə bilərsiniz?

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun döyüşdə göstərdiyi hünərdən bəhs edən “Sovet pəhləvanı”, arxa cəbhədə zəhmət adamlarının əməyindən söhbət açan “Sovqat” qısametrajlı, dənizçilərin göstərdiyi igidlikləri əks etdirən “Sualtı qayıq “T-9” Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əmək və qızılgül”, “Mən ki gözəl deyildim”, Əjdər İbrahimovun “Onun böyük ürəyi”, Şamil Mahmudbəyovun “Şərikli çörək”, “Dörd bazar günü”, “Skripkanın sərgüzəşti”, “Torpaq. Dəniz. Od. Səma”, “Tənha narın nağılı” filmlərini göstərə bilərik. “Bakının işıqları” (rejissorlar A.Zarxi, İ.Xeyfits, R.Təhmasib), “Bizim Cəbiş müəllim” (H.Seyidbəyli), “Gilas ağacı” (T.İsmayılov), “Bakıda küləklər əsir” (M.Dadaşov), “Tütək səsi” (R.Ocaqov) kimi filmlərdə müharibə dövründə insanların yaşantıları dolğun ekran həllini tapıb. Eyni zamanda “Bizim küçə” (Ə.Atakişiyev), “Dağlarda döyüş” (K.Rüstəmbəyov), “Ömrün ilk saatı” (A.Babayev), “Ölsəm, bağışla” (R.Ocaqov), “Sahilsiz gecə” (Ş.Ələkbərov) və s.  

45. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovdan bəhs edən film necə adlanır?

“Sizi dünyalar qədər sevirdim” adlanır. Filmdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yolu əksini tapıb. Azərbaycanın qəhrəman oğlunun obrazını Xalq artisti Ramiz Novruz canlandırıb.

45. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədən bəhs edən Azərbaycan filminin adı nədir?

Film “Uzaq sahillərdə” adlanır. Baş roldaNodar Şaşıqoğlu iştirak edir. Ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli,Quruluşçu rejissor: Tofiq Tağızadə

46. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin heykəli şəhərin hansı yerində qoyulmuşdur? 

1957-ci ildə, Tbilisi prospektində qoyulmuşdur.Heykəltəraş F.Əbdürrəhmanov, arxitektor M. Useynov.Heykəltəraş, Mehdi Hüseynzadəni əlində qumbara tutaraq növbəti əməliyyat apardığı anda təsvir etmişdir. Heykəldə partizanın nifrət dolu gözləri, bir-birinə sıxılmış dodaqları və üzünün cizgiləri işlənmişdir.

47.Ikinci dünya müharibəsindən bəhs edən “Buz heykəl” hekayəsinin müəllifi kimdir?

Ənvər Məmmədxanlı

48.İkinci dünya müharibəsindən bəhs edən “Mən ki gözəl deyildim” filmində Səidə obrazını canlandıran aktrisa kimdir?

Xalq artisti Xuraman Qasımova

49.İkinci Dünya müharibəsinin çətinliklərindən bəhs edən “Şərikli çörək” filmində baş qəhrəmanın adı nədir?

Vaqif

50. Məmməd Rahimin "Leninqrad göylərində" poeması hansı qəhrəman əsgərimizə həsr olunmuşdur?

Təyyarəçi Hüseynbala Əliyevə həsr olunmuşdur.Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiqgörülmüşdür.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79